Cütlük və ailələrdə geniş yayılmış məntiqsiz düşüncələr var. Ailə münasibətləri üzrə mütəxəssislərin dediyinə görə bəzi münasibətlərdə məlumatlı olmaq müsbət nətıcə versə də, bəzilərində sıxıntı və çatışmazlıq yaradır. Sağlam münasibətlərdə, tərəflər, məsələn, hər iki tərəfin ehtiyaclarının əhəmiyyətli olduğunu, münasibətin problemsiz olmayacağını və hər şeyin qaydasında getməsi üçün səy göstərməli olduqlarına inanırlar. Əks vəziyyətdə, tərəflərin gözləntiləri neqativ yöndə olduğu zaman, bir-birləri haqqında, evlilikləri haqqında da ümidsiz qərarlara varırlar. Zehin oxumalarına nə qədər güvənirlərsə, ümidləri puç olan tərəfin işəyaramaz düşüncələrə baş vurması o qədər problem yaradacaq. “Belə davranır, çünki işəyaramaz biridir!” və yaxud da, “O belə olmağı seçir, çünki məndən nifrət edir.” Kimi açıqlamalar, incidilən tərəfin qarşısındakı ilə dava etməsinə, və yaxud da geri çəkilməsinə gətirib çıxarır. Günahlandırıldığını və cəzalandırıldığını fikirləşən digər tərəf də, adətən qarşı həmləyə keçərək, yaxud geri çəkilərək cavab verir. Bu mərhələ başladığı zaman adətən, münasibətlərin digər tərəflərinə də çox asanlıqla yayılır. Bəzi alimlər bu mövzuda çox qiymətli araşdırmalar aparmış, əhəmiyyətli nəticələrə varmışdırlar.
Onların qısa xülasəsini versək: Tərəflər atdıqları hər bir addıma görə, dəstəklənməyi, bəyənilməyi, təriflənməyi gözləyirlər. Bu həddini aşdığında tərəflərdən biri, yaxud hər ikisi hər hərəkəti sevgi və razılıqla tənqid edir. Gözləntini qarşılamayan bir hərəkət, Hissiyyat baxımından ciddi bir xəyal qırıqlığı, rədd edilmək və sevilməmək kimi yaddaşa hopur. Mükəmməl tərəf müqabili gözləninlən hər işi edə bilməlidir. Bu insanlar gözləndiyinindən daha uğurludur, çətinliyi sevir və heç vaxt başqasından kömək istəmir. O, qarşısındakının nə istədiyini təxmin etməyə çalışır, və əslində olmayan bir ehtiyacın var olduğunu hesab edir. Mükəmməllik üçün çalışsalar da, bu insanlar, hər zaman uğursuz olduqlarını zənn edirlər. Və qarşısındakının ondan nə gözlədiyini zehnindən oxuyaraq bilməyə can atırlar. Bir tərəf, digəri tərəfindən səhv başa düşülən bir addım atarsa, zərərçəkən tərəf digərini cəzalandırmaq haqqına sahib olduğunu zənmn edir. Bu vəziyyət bağışlanmağa yol vermir, sadəcə cəzalandırma və intiqama yol açır. Belə misallara ən real nümunə kimi, aldatmaq hadisələrini göstərmək olar. Aldatılan tərəf məsum şahid kimi qavranılaraq, aldatan tərəf xain olaraq qəbul olunur. Bütün tərəflərin bir-birlərindən mənfəətləri olur. Adi şərtlər altında bu mənfəətlər yerinə yetirilməyə də bilər. Fəqət bəzi cütlüklər xəyal qırıqlığı, kədər, və ya təəssüf hissinə qarşı çox həssasdərlar, belə tərəflər çox küsəyən olur, gözlədikləri həyata keçmədikdə özlərini yaralanmış və zərərçəkmiş kimi hiss edirlər. Bəzi cütlüklər bədbəxtliklərinə görə bir-birini günahlandırmaq havasında olurlar hər zaman. Bu cür insanlar xoşbəxtliyə dair məsuliyyəti özlərində kənarlaşdırılrlar və öz davranışlarını təhlil etməyə ehtiyac görmürlər. Bu insanlar, seanslarda digər insan və münasibətlə bağlı danışarkən, bədbəxt olan tərəfin hadisələrə və yainsanlarla əlaqəli dediyi fikirlərə necə bir hiss təsir bağışladığını görmür. Bəzi cütlüklər yaxınlıq qurmaqdan çəkinirlər. Bir çox insan üçün bu qorxu ilk vaxtlar şüuraltı ola bilər. Məsələn öncəki tərəf müqabili tərəfindən rədd edilən qadın, erinin də onu rədd edəcəyini fikirləşərək bu vəziyyətdən qorxur və özünün rədd edəcəyi qaydalar yarada bilər və ya məsafə qoyaraq özünü bu qorxudan qoruya bilər. Bunun digər bir şəkildə ifadə edilməsi isə itirmək qorxusu ilə bağlı bir münasibət yarada bilər. Əgər hər iki tərəf buna bağlıdırsa qayğıları ən aza yüklənmiş olar.
Ən çox geniş yayılmış inanclardan biri də, bal ayından sonra hər şeyin gözəl olacağıdır. Belə fikirləşən cütlüklər evliliyin çox asan olduğunu düşünürlər. Münasibətlərin çətin olduğu, mütəmadi olaraq bir diqqət, cəhd tələb etdiyi həqiqəti ilə üzləşəndə bəzən boşanma, pis vərdişlər və ya özünü işə həsr etmək kimi yollara qaçmağı seçim edirlər. Bu faktorlardan təsirlənən cütlər problemin tezliklə həll olunmasının lazım olduğuna inanırlar. Gənc cütlər mübahisənin çox pis bir şey olduğuna, problemlərin qəzəb duyğusu olmadan da həll olunmalı olduğuna inanırlar. Onlara görə, bunu bacarmamaq evliliyin uğursuz olmağına gətirib çıxarar. Bəzi cütlüklərdə, tərəflərdən birinin uşaq ikən yaşadığı neqativ bir hadisəni bu ankı həyatına daxil edir və bunu dəyişə biləcəyini görmür. Məsələn, uşaqlıqda təcavüzə uğramış bir qadın, bir kişi tərəfindən təcavüz olsa da, bunu bütün kişilərə aid edir. Tərəflərdən biri və yaxud da hər ikisi heç bir iş görmədən passiv, müstəqil olaraq kefinə baxaraq xoşbəxt ola biləcəyini düşünürsə. Özünə yənəlmiş məsuliyyəti götürməz amma digərinə düşəni etməyini gözləyir. Bəzən də cütlüklər öz problemləri ilə üzləşmək əvəzinə başqa insanların problemlərinə yönəlir. Tərəflərdən biri xəstə yatan, digəri ona qulluq edən formada olur hər zaman. Burda qulluq edən şəxs öz problemləri, depresiyası ilə məşqul olmaq əvəzinə özünə xəstə bir tərəf müqabili seçməklə diqqətini yayındırır. Bəzi cütlüklər problemlərinin sehirli bir şəkildə həll olunacağını gözləyirlər. Bu səbəblə əhatələrindən həmişə dəstək alırlar. Belə insanlar alternativ nəticələr yaratmaq və ya yaradıcı olmaq baxımından yetərsizdirlər. Bəzi cütlüklər hisslərinin üstündə hakimiyyətlərinin heç olmaması, və bununla yaşamaq məcburiyyətində olması ilə şikayətlənir. Məsələn mübahisə əsnasında tərəflərdən biri ifrat əsəbləşir və hissinin nəzarət edilmədiyini iddia ederək dəyişmək üçün cəhd göstərməz. Cütlük və ailələrdə geniş yayılmış qəsdən diqqət yayındırmaları. Bunlar aftomatik fikirlərə oxşayırlar. Aftomatik düşüncə, bir hadisə sonrasında insanın ağlından ani olaraq keçən və həmin insanın özünü pis hiss etməsinə səbəb olan fikirdir. Necə ki, bir refleks kimi əvvəlcədən hər hansı bir işarə ya da məntiqsiz olaraq ortaya çıxır. Digər insanlara məqbul görünməsə belə, danışanlar üçün məntiqli və ağlabatandır.
Nəticəyə varmaq.
Dəstəkləyici və sübutedici bir məlumat olmasa da evin böyükləri qəti bir nəticəyə gəlir. Məsələn, evin yeyiyetməsi evə bir az gec gəlirsə ata hökm çıxarır:” nəsə pis işlərə qoşulub...”
Mövzunun qarşıdırılması. Bununla da insan üstündəki məsuliyyəti atmış hiss edir, məsələn arvadının deyindiyi səbəbi araşdırmaqdansa kişi nəticəyə varır ki, arvadı əsəbləşib ona.
Ifrat ümumiləşdirmə. Tək başına bir hadisəni uyğun gəldi ya gəlmədi digər hadisə və münasibətlərlə eyniləşdirmək. Məsələn uşağa gecə çölə çıxmağa icazə verilmirsə uşaq buna belə münasibət bildirir: “Mənə heç nəyə icazə verilmir!”
Şişirtmə ya da dəyərini azaltmaq. Hadisələrin olduğundan daha əhəmiyyətli ya da əhəmiyyətsiz qələmə verilməsi. Məsələn, hirsli bir ərin kredtk kartı xərclərinin çox olduğunu görüb “Məhv olduq!” deməsi.
Şəxsləşdirmə. Nəticə çıxartmağa kifayət qədər sübut olmadığı halda kənar təsirləri özüylə əlaqələndirir və başqaları ilə müqaisədə özünü yetərsiz görür. Məsələn: qadın ərinin öz yeməyinə duz tökdüyünü gördüyündə “Yeməyi bəyənmədi!” deyə fikirləşməsi. Ya hər şey ya heç nə tərzinidə fikirləşmək. Təcrübələrini ya qara ya ağ şəkildə, ya bütünlüklə uğurlu ya bütünlüklə uğursuz şəkildə qələmə vermək. Bu düşüncələr “Daima”, “Əsla!” kimi kəlmələrlə ifadə olunur. Məsələn ər dolabı təmir etdiyində, qadın bir məsləhət versə kişinin “Nə eləsəm mız qoyur!” kimi fikirləşməsi.
Tunel yanaşma. Aylə üzvlərin öz beyinlərinə batan hadisələri görüb, digərlərini görməzdən gəlməsinə deyilir. Məsələn, “onsuz da ürəyim nə istəsə edə bilərəm !” düşüncəsi ilə yaşayan adam xanımı bir seçim etdiyində şəxsi mənfəətindən qaynaqlandığını fikirləşir. Zehin oxumaq. Bu sözlər, danışıq olmasa da qarşısındakının fikirlərini oxumağı bacaranlara aiddir.
Zehni zədə. Bu neqativ bir düşüncəni, hadisəni gələcəkdə başına gələcək bütün hadisələrdən qorunmaq təlaşıdır.
Təsir altında saxlamaq. Məsələn bir insanı “O bunu qətiyyən etməz!” deyə fikirləşməsi. Bütün bu streatiplər ailə terapiyasında əhəmiyyətli yer tutur.
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR