Ünsiyyət daim ehtiyac duyduğumuz ən vacib məşğuliyyətdir. Ümumiyyətlə, insan həyatını ünsiyyətsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki, insan mövcudluğu ünsiyyət tələb edir. Biz ünsiyyət zamanı fikirlərimizi paylaşır, hadisələrə münasibətimizi bildirir, düşündüklərimizi ifadə edirik. Bütün bunlar ünsiyyət prosesində baş verir. Bundan başqa insanlarla ünsiyyətdə olduğumuz müddət ərzində biz yeni “insan tiplərini” kəşf edirik. Məsələn, bu pisdi, o yaxşıdı, o maraqsız insandı, o çox ünsiyyətcildi, bu çox çətin adamdı və.s.
Ətrafdakılarla ünsiyyət qurmaq üçün bir şeyi yadda saxlamaq çox vacibdir: insanlar onlara maraq göstərən, düşüncələri ortaq olanlarla ünsiyyət qurmağa çalışırlar. Əgər insanlarla yaxşı ünsiyyətin alınmasına nail olmaq və özümüzü onlara sevdirmək istəyiriksə əməl olunması vacib sayılan 5 üsulu yadda saxlamalıyıq:
Adamlara maraq göstərmək. Məsələn qarşımızdakının problemləri, qayğıları, hər hansı hadisə ilə bağlı təəssüratları, fikirləri və.s. ilə maraqlanmalıyıq. Bu vasitə ünsiyyətdə çox effektiv təsirə malikdir. Çünki, yaddan çıxarmayaq ki, hər kəs özü haqqda danışmağı çox sevir.
Gülümsəmək
Gülüş insanlara təsir edən ən effektiv vasitədir. Ona görə ki, gülüş ətrafdakılara müsbət emosiyalar göndərir. Bu da hər kəsə xoş olur. Buna görə təbəssümü üzümüzdən əksik etməməliyik.
Yaxşı dinləyici olmaq. Başqalarını özləri haqqda danışmağa vadar etməliyik. Belə olarsa onlar bizimlə daha çox ünsiyyətdə olmağa çalışacaqlar. Bu vasitənin əsas tərəfi də odur ki, dinləyici olsaq qarşımızdakı bizə sevə-sevə özü və hadisələr haqqda informasiya verəcək.
Qarşımızdakının bacarıq və imkanlarına, bizə olan səmimi münasibətinə inanmaq. Əgər belə etmiş olsaq, onda zaman keçdikcə doğurdan da istədiyimizi əldə edə biləcəyik. Yəni qarşımızdakının bizə münasibəti müsbət istiqamətdə dəyişəcək.
Başqasına maraqlı olan dildə danışmaq
Münasibətlərdə uğur qazanmaq üçün həmsöhbətimizin maraqları ilə üst-üstə düşən dildə danışmağı öyrənməliyik. Bu ünsiyyət qanunudur və bunu ilk tanışlıqda, münasibətlərin sonrakı axarında, iş həyatında, o cümlədən, ailə münasibətlərində gözləməliyik. Başqaları ilə elə rəftar etməliyik ki, onlar o rəftarı bizdən gözləyirlər.
Xoşumuza gəlməyənlər
Ünsiyyət qurmanın əsas məsələsi budur ki, bizə xoş təsir etməyən, xoşumuza gəlməyən adamlarla ünsiyyət qura bilək. Bunu bacarmaq üçün isə aşağıdakılara diqqət yetirməliyik:
Ona qarşı olan bu mənfi münasibətimizin səbəbini dəqiqləşdirməliyik;
Onun ən azı 5 müsbət xüsusiyyətini tapmalıyıq;
Onu ən yaxın bildiyimiz və çox istədiyimiz insanın simasında görə bilməyi bacarmalıyıq;
Onunla ünsiyyətə girməli və fikirlərimizdə ortaq nöqtələri tapmalıyıq;
İmkan daxilində ona hədiyyə almalıyıq (ucuz və baha; fərq etməz).
Amma çalışmaq lazımdır ki, bütün bu etdiklərimiz tam səmimi alınsın. Əgər yuxarıda qeyd olunanlara əməl etsək həmin şəxsin bizə qarşı münasibəti müsbət istqamətdə dəyişməsinə azda olsa nail olarıq. Elə biz də özümüzü, ruhumuzu ləkələrdən qoruyayıq. Çünki, pis fikirlər, çirkin əməllər insanın ruhunu ağırlaşdırır; həyatdan, yaşamaqdan zövq almasına mane olur.
Əbədi olan yalnız hisslər və qarşılıqlı münasibətlərdir. Bunlar da öz əksini ünsiyyətdə tapır. Ona görə də insanlarla sağlam ünsiyyətdə olmağa çalışmalıyıq. Unutmayaq ki, dağ yalnız uzaqdan əlçatmaz görünür. Biz insanlar üçün isə keçilməz meşələr və aşılmaz dağlar yoxdur. İstəklərimizə nail olmaq üçün səbr, zaman və hərəkət lazımdır.
Fəridə Həsənova
XƏBƏR LENTİ
Şahmatçımız dünyada üçüncü oldu
Baş ağrısına nə kömək edir?
Ön xətdə gərginlik qalır - RƏSMİ
Brilliant ilə bəzədilmiş telefonlar
Günün qoroskopu: çılğın ruhunuzu sakitləşdirin
Dünyanın ən maraqlı gölləri
Ziyafət çantaları
Şeytana çevrilən insanın keçdiyi 7 mərhələ
Çin hökuməti vətəndaşlara müraciət etdi: Uşaq dünyaya gətirin
Bəzi yerlərdə zəif duman olacaq
Uzun ömürlü qadınların sirri
İşıqlandırma qərar qəbul etməyə təsir edir
Ət piroqu (foto resept)
Sevgini paylaşın ki, evinizə bərəkət gəlsin
İnkişaf nədir?
Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Novruz haqqında bunları bilirdiniz?
"Whatsapp"dan daha həyəcanverici yenilik gəlir
Günün ulduz falı
Sabah 28Лљ isti olacaq
Məşhur cütlük boşandı
Tovuzda şəhid olanların ailəsinə Prezident təqaüdü veriləcək
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
Ruh barədə bilmədiklərimiz
Yemək görünüşlü üzüklər
Parkinson xəstəliyi
Günün qoroskopu: münasibətlərin bütün incəliklərini anlamaq çətindir
"Evin dirəklərinə" – "Hə", "duz yükünə" – "Yox"?
Kələm salatı (foto resept)
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün məşqlər
Birinci xanım: Cəza alacaqlar
Qadin.Netlilərin ixtisas arzuları - 1
Frappe (foto-resept)
Kağız halva-6
Beş il əvvəl itkin düşən kişinin skeleti yaşadığı mənzildən tapıldı
Görməniz lazım olan yerlər (1)
Facebook-da Like-ı "Hisslərini bölüşürəm" əvəzləyəcək?
Çiyələkli sufle (foto resept)
Qurban Qurbanov koronavirusa yoluxub
İstirahət gününün HAVAsı
Günün ulduz falı
Ömrümüzün 20 ili: bu kabus da ola bilər, rahatlıq da
Cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət bilavasitə Ermənistanın üzərinə düşür
Sevən ürəklər peçenyesi (foto resept)
Poğaça (foto-resept)
Soba qutabı (foto resept)
Dünyanın ən böyük qızıl üzüyü SƏRGİDƏ
Skype-la pul göndərmək mümkündür
Qaymaq ev şəraitində necə hazırlanır?















- ŞƏRHLƏR