Quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.
Baytarlıq Xidmətinin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, aprelin 7-dən köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verilmişdir. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.
Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri aprelin 18-də ictimaiyyət üçün açıqlanacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.
Qeyd edirik ki, hal-hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
publika.az
XƏBƏR LENTİ
Alzheimer və unutqanlıq arasındakı fərq
Yeni il süfrəsi üçün dekorasiya fikirləri
Gözəl dırnaqlar
Kakaolu piroq (foto resept)
İlham Əliyev Türkiyəyə gedib
2012 ci ildə dəbdə olan yay ayaqqabıları
Putinin islama keçməsi düz çıxdı
Ailələr niyə dağılır?
Çiyələkli tort (foto resept)
Əhvalı korlanan hamama!
Azərbaycanda əhalinin sayı açıqlandı
Daban çatları (2)
Azərbaycanda yol hərəkəti qaydalarında yeniliklər edilir
Aşpazlığın sirləri
Süzülən zamanımız: vaxt hara itir?
Hava haqqında
"S" hərfi ilə başlayan adların mənası
Toyuqlu talaş börəyi (foto resept)
Həyatın simvolu - qadın sinəsi
Azərbaycan əhalisinin son sayı açıqlandı
Dekorasiya üçün gül qurutma üsulları
Qida infeksiyasından qoruyan ədviyyat
Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf
Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər
Nazirlik yoluxanların evdə müalicə prosesini açıqladı
Azərbaycanda sutka ərzində daha səkkiz nəfər koronavirusdan öldü: Yeni yoluxma faktı qeydə alındı
Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkəti
Ədviyyatları necə saxlamalı?
Hər yerdə internet olacaq
Cəbhədə atəş səsləri artdı
Göz makyajı
Qarabağ xalçaları Amerikada satışa çıxarılacaq (FOTO)
Gigi Hadid ilk dəfə hamiləlik şəkillərini paylaşdı
Evlilik təklifi
Kala gülünə qulluq
"Kurtlar Vadisi"nin məşhur aktyoru VƏFAT ETDİ - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-22 yanvar
Körpələr üçün saç bandı (özün düzəlt)
Kartoflu piroq (foto resept)
Kömək gözləyən sevimli heyvanlar
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Souslu tagliatelle makaronu (foto resept)
Ballı limonlu keks
Bədii gimnastika üzrə Azərbaycan çempionatının qalibləri məlum oldu
Qanqalın faydaları
Günün qoroskopu: birmənalı olmayan sözlər deməyin
Acundan "Survivor" paylaşımı
Bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək - YENİLİK
Yağış yağacaq, şimal küləyi əsəcək
Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
- ŞƏRHLƏR