Dekabrın 1-dən etibarən Estoniyada “elektron vətəndaşlıq” rəsmən tətbiq edilir. Artıq bununla bağlı 12 min vətəndaş müraciət edib. Bu barədə Estoniyanın iqtisadiyyat və kommunikasiya naziri Taavi Kotka deyib.
Nazirin sözlərinə görə, dövlətin ərazisinin kiçik olması və əhali sayının az olmasına baxmayaraq vətəndaşlar iqtisadi inkişafın çətinliklərinə alışır, rəqəmli tərəqqiyə isə əksinə, asanlıqla nail olurlar.
“Bu səbəbdən hökumət tərəfindən “elektron vətəndaşlıq”ın tətbiqi ilə bağlı qərar qəbul edilib. Bu ona görə edilib ki, insanlar həmişə bizim iqtisadiyyatımızın tərkib hissəsi kimi qalaraq istədikləri yerdə yaşasınlar”, - nazir vurğulayıb.
Estoniya Respublikası dünyanın “elektron vətəndaşlıq” verən ilk ölkəsidir. Bundan sonra 50 avro (63 dollar) ödəməklə Estoniyanın virtual vətəndaşları ölkədə göstərilən rəqəmli xidmətlərdən istifadə etmək, eləcə də elektron sənədləri imzalamaq imkanı əldə edəcəklər. Bura onlayn bank, təhsil və səhiyyə xidmətləri daxildir. Avropa İttifaqında Estoniya virtual vətəndaşlarının elektron imzaları əl imzaları kimi qanuni hesab ediləcək.
Estoniya virtual vətəndaşlığı iş adamlarına və ölkədə bizneslə məşğul olmaq arzusunda olan, lakin yaşayış yerini dəyişmədən Estoniya vətəndaşlığını almaq istəyən insanlara verəcək. Bu addım hökumət və ölkənin informasiya-kommunikasiya sənayesi arasında əməkdaşlıq nəticəsində yaranan “elektron təşəbbüs” proqramının tərkib hissəsidir. Təşəbbüs Estoniyanı dünyanın ən qabaqcıl ölkələrindən biri etmək məqsədi daşıyır.
Bununla belə, Estoniya hökuməti bəyan edir ki, virtual vətəndaşlıq ölkənin rəsmi vətəndaşlığının alınmasına zəmanət vermir.
Virtual vətəndaşlığı almaq üçün şəxsən Estoniya Sərhəd Xidmətinə gələrək ərizə ilə müraciət etmək tələb olunur. Məsələ ilə bağlı qərar iki həftə ərzində veriləcək və bundan sonra Sərhəd Xidmətinə bir daha gələrək elektron kartı almaq lazım olacaq.
Virtual vətəndaşlıq kartı adi identifikasiya (şəxsiyyət vəsiqəsi) kartı deyil. Sənədin üzərində kart sahibinin fotoşəkli olmur. Fotoşəkli quraşdırılmış təhlükəsizlik sertifikatı və ikifaktorlu autentifikasiya mikroçipi əvəz edir. Estoniya hökumətinin məlumatına görə, bu, kartdan xüsusi quraşdırılmış proqram və kompüterə “USB” ilə qoşulan oxu qurğusu vasitəsilə istifadə etməyə imkan verir.
Ölkə virtual vətəndaşlıq kartlarını cari ilin sonunadək buraxmağa başlamağı planlaşdırır.
15 yaşı tamam olan bütün Estoniya vətəndaşları identifikasiya kartlarına malikdir. Estoniya xəstəxanaları elektron tibbi sığorta və doğum haqqında elektron şəhadətnamələr verir. Bundan başqa, ölkədə identifikasiya kartlarının (ID kart) verildiyi on il ərzində təhlükəsizlik sisteminin pozulması ilə bağlı hal qeydə alınmayıb, - "IT Expert” yazır.
XƏBƏR LENTİ
Murad Boz Aslı Enverlə barışdığını təsdiqlədi - FOTO
Yaqut Qarayeva koronavirus vaksininin alınması məsələsindən danışdı
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Evliliyin ilkin şərti-İntim münasibətlər
Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq
Ermənilər Çində də "kök" salmaq istəyirlər
Bakıda çəkiliş zamanı koronaviruslu xəstənin vəziyyəti ağırlaşdı - VİDEO
Filippində ikinci güclü zəlzələ silkələdi, ölənlərin sayı artır
91 yaşında İnstaqram fenomenidir - FOTO
Qadın.netlilərin pis vərdişləri
Google+-dan nə qədər adam istifadə edir?
3 yaşlı uşaqlar bağçaya göndərilməlidirlərmi?
Məşhur aktyorun evi yanıb kül oldu - FOTO
Xərçəng haqqında bilmədiklərimiz
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı - VİDEO
Oğul analarına pis xəbər
Tənbəl uşaqları işlətmək üçün maraqlı məsləhət - Wi-Fi ilə...
Dünyanın ilk pilotsuz taksi servisi İSTİFADƏYƏ VERİLDİ
Xroniki xəstələr oruc tuta bilərmi?
Nikol Paşinyan: “Mən bacarmadım”
Saçlarınızı dəsmalla qurulamayın
Qarderobunuzu qışa hazırlayın
İlk qadın nazir Bakıya qayıdır
Həm atadır, həm də ana -FOTO
Mən nə edim?
Gözəgörünməz qatilə cavab tapıldı
Bred Bit TƏƏCCÜBLƏNDİRDİ
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı: 10 min işsizə vəsait ödəndi - VİDEO
Artıq 5G sınanır
Küçələrdə, avtobus dayanacaqlarında, çadırlarda yaşamış MƏŞHURLAR
Dırnaqlara boya cəkilməsi qaydası
Sağlam bir həyat üçün qarpız
İran koronavirusa görə 54 min məhbusu evə buraxdı
Ramazan ayının 25-ci gününün duası - İmsak və iftar vaxtı
Çində koronavirusa son yoluxma sayı
Dərini gəncləşdirən maska
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Dünyadakı analar
Karantin zamanı yazılmış əsərlər
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
2014-cü ilin yataq otağı modelləri
Bənzərsiz Azərbaycan kəndindən
DYP-dən deputatların radar etirazına cavab
Şəkil çəkdiyi yerlərdə 30 il sonra yenə şəkil çəkdirdi
HAVA necə olacaq?
Kıvanç Tatlıtuğ yeni ev alır
Qız qaçıranların cəzası 12 ildən 2 ilə endirildi - İlginc məhkəmə QƏRARI
Erməni silahı susmur
Günün ulduz falı
YAŞIL rəngdə QAR yağdı-ŞOK FOTO
- ŞƏRHLƏR