Rusiya Federal Məclisinin Federasiya Şurasının rəsmi qəzeti olan "Parlamentskaya qazeta"da Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş geniş məqalə dərc olunub.Trend xəbər verir ki, "Olimpiya Bakısının rekordları" sərlövhəsi ilə dərc olunmuş məqalənin müəllifi "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovdur.F.Yusifov məqalədə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı şərtləndirən amilləri açıqlayıb. Məqalədə işğalçı ölkə kimi təqdim olunan Ermənistanın bugünkü acınacaqlı durumunun səbəbləri göstərilib, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qəbul olunmuş qərarı şərtləndirən amillər geniş şəkildə təhil olunub, Azərbaycanın dayanıqlı sosial-iqtisadi sistemi, sabit ictimai-siyasi vəziyyəti və eləcə də dövlətin geosiyasi və geoiqstisadi müstəvidə əldə etdiyi üstünlüklər barədə Rusiya oxucusuna ətraflı məlumat verilib.Müəllif qeyd edib ki, Azərbaycanın Cənubi Qafqaz regionunun ən qüdrətli dövlətinə çevrilməsi, təməli hələ 90-cı illərin ortalarından ümummilli lider böyük Heydər Əliyev tərəfindən qoyulmuş və on ildən artıq bir vaxt ərzində Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətin nəticəsində mümkün olub. Zəngin təbii resurslardan düzgün istifadə olunması, əldə olunan gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf etdirilməsinə yönəldilməsinin ölkəmizə nəhəng layihələrin gerçəkləşdirilməsi üçün geniş imkanlar verdiyini vurğulayan müəllif qeyd edib ki, Azərbaycan həm qonşu ölkələrə, həm də paralel şəkildə Avropa ailəsinin üzvlərinə təminatlı transmilli layihələrdən yararlanmaq üçün əlverişli şərait yaradır.Məqalədə Azərbaycanın belə bir böyük idman tədbirinə hazırlıq işlərini qısa müdət ərzində yekunlaşdırıması faktından da söz açılıb. Qeyd olunub ki, I Avropa Oyunlarına hazırlıq işlərini qısa bir zamanda yekunlaşdırmağın başlıca səbəbi Azərbaycan prezidenti İlham Əliyevin iradəsi və istənilən məsələnin həllində qətiyyətli addımlar atmaq bacarığıdır. Eyni zamanda, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, bacarığı və işgüzarlığı ilə seçilən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu işlərə töhfəsinin əvəzsiz olduğu da xüsusi vurğulanıb.F.Yusifovun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması barədə qeydləri də Rusiya Federasiya Şurasının - Parlamentin Yuxarı Palatasının rəsmi mətbu orqanında yer alıb. Müəllif qeyd edib ki, Cənubi Qafqaz regionunda Dağlıq Qarabağ problemini yaratmaqla özünü böyük transmilli layihələrdən kənarlaşdırmış, qloballaşan dünyada əsassız torpaq iddiaları ilə özünü iqtisadı bllokadaya salmış Ermənistan elə bütün bunlara görə ağır iqtisadi və sosial mərhumiyyətlərə düçar olub. Məqalədə BMT-nin məlum qətnamələrinin hələ də icra olunmadığına diqqət yönəldilərək bugünkü reallıqlar baxımından Ermənistanın bütün parametrlər üzrə Azərbaycana uduzduğu da vurğulanıb.Məqalənin sonunda I Avropa Oyunlarını bütövlükdə Azərbaycan cəmiyyətinin tam dəstəklədiyi xüsusi qeyd olunub: "Birinci Avropa oyunlarına bütün ölkə hazırlaşır. Bu günlərdə Azərbaycanın vətəndaş cəmiyyəti institutları, media qurumları Bakı 2015-in ətrafında birləşərək xüsusi dəstək Koalisiyası yaradıblar. Biz öz məsuliyyətimizi dərk edir, vətənimizi sevir və özümüzü onun əsl vətəndaşları hesab edirik. Yaxşı başa düşürük ki, bu oyunların yüksək səviyyədə keçirilməsi Azərbaycan üçün çox əhəmiyyətlidir. Sevindirici hal budur ki, ilk Avropa Oyunları öz başlanğıcını Bakıdan götürür və bununla da Bakı Avropa tarixinin yazılmasında iştirak edir".Qeyd edək ki, "Parlamentskaya qazeta" sözügedən məqaləyə özünün bütöv bir səhifəsini ayırıb və oxuculara nəfis tərtibatla təqdim edib.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Aleynadan etiraf: "Danışsam, ölkə qarışar"
Bakıya 10 vaqonluq müasir qatar gətirildi - FOTO
Türkiyə şirkəti Bakıda insansız sualtı vasitələrin təqdimatını keçirəcək
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı maraqlı AÇIQLAMA
Tələbələrin təhsil haqlarının ödənilməsində yenilik
Gəlin saç modelləri
Neftimiz yenə ucuzlaşdı
Kişilərin fantaziyaları
190 manatlıq ödəməni kim alacaq? - RƏSMİ AÇIQLAMA
Qan verməyin insana faydası
Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb
Azərbaycanda bayram gününün hava proqnozu açıqlandı
ABŞ-da güllə əvəzinə tibbi maska atan “silah” düzəltdilər - VİDEO
Xəttə görə xasiyyət necə müəyyən edilir?
İndoneziya silkələndi
Ən təsirli dəri maskaları
İphone sevənlərə
Kimə qırmızı kürü yemək olmaz?
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım
Bakıda prospekt gölə döndü
Son 14 gün ərzində virusa yoluxma halları artıb - RƏSMİ
Rubl kəskin bahalaşdı
Riyazi məntiq-13
Detoks təsiri yaradan ərzaqlar
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu
Sahil daşlarından hazırlanmış əl işi
Roma Papası məhbusların ayaqlarını yudu və öpdü
XİN-dən Ceyhun Bayramov və Lavrovun telefon danışığı ilə bağlı AÇIQLAMA
Yeni trend: Afrika hörüyü
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Bənövşəyə qulluq
Avropanı qasırğa sovurur
Emosional zəka
Messiyə ağlasığmaz təklif: 728 milyon dollar!
Sərin yay donları
Saxta brendlər - Azərbaycanlı alıcı necə aldadılır?
Neslihan izləyicilərini SEVİNDİRDİ
İngiltərə yığmasının Braziliya qorxusu
Yaponiya süni "ulduz yağışı" yaradacaq
Üzeyir Hacıbəyovun anım günüdür
Masajın tarixi haqda qısa məlumat
Rusiya Xəzərdəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi
Xroniki burun tıxanıqlığı
Demi Lovato yeni sevgilisinin FOTOsunu paylaşdı
Hava haqqında
Avtobuslara kameralar quraşdırılır
Qeyri-adi azyaşlı
Bəhram Bağırzadənin vəziyyəti necədir?
Bu kişilərlə evlənməyin
Ayın ən maraqlı xəbəri (Aprel ayı)

- ŞƏRHLƏR