Hədislərdə oxuyuruq ki, qəbir hər gün fəryad çəkər: "Mən dəhşətli evəm. Mən qəm eviyəm". Lakin qəbir hər kəs üçün belə bir ev deyildir. Bəlkə bir çoxları üçün istirahət etdikləri ən münasib yerdir. (Tebyan)
Bərzəx aləmində, yəni qəbirdə elə hadisələr baş verər ki, insan əməlinin nəticələridir. Başqa sözlə desək, biz elə əməllər görə bilərik ki, onun vasitəsilə qəbrimizi nurani edərik.
Hədislərdə oxuyuruq ki, meyiti tez bir zamanda qəbrə qoymayın, bəlkə səbir edin. Qəbrin kənarında yerə qoyun. Meyit girəcəyi evə isinə bilsin. Bu qorxunu meytdən ala bilən əməllərdən biri - vəhşət namazıdır.
İnsanın qəbirinin nurani və səfalı olması üçün salavatı çox zikr etməsi mühümdür. Həzrət Peyğəmbər (s) buyurur: "Mənə çoxlu salavat göndərin. Mənə salavat göndərmək qəbirdə olan nurdur, Siratda olan nurdur və behiştdə olan nurdur". Əlbəttə nur dedikdə, həyat nəzərdə tutulur. O yerdə ki, nur olar - əzab olmaz, aclıq və susuzluq olmaz.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, hər kim "Nur" surəsini vacib və ya nafilə namazlarında oxuyarsa, Allah onu qəbir əzabından qoruyar.
Həmçinin gecə namazı haqqında da belə hədislər mövcuddur. Bu hədislər buyurur ki, gecə namazı qəbri işıqlandırar və əzabı aradan aparar. Allah Təala Həzrət Musaya (ə) xitab edir ki, gecənin qaranlığında qalx ki, qəbrini behişt bağlarındakı bağ kimi edim.
İmam Baqir (ə) buyurur: "Əgər kimsə rükusunu tamam etsə, yəni namazını yaxşı yerinə yetirsə, qəbir dəhşəti ona nazil olmaz".
İmam Rza (ə) buyurur: "Gecə namazına çox inayət göstərin. Elə bir bəndə yoxdur ki, gecənin sonunda ayağa qalxsın, 8 rükət gecə nafiləsini, iki rükət şəf namazını və bir rükət vitr namazını qılsın və vitr namazının qunutunda 70 dəfə istiğfar etsin, məgər o halda ki, Allah onu qəbir əzabından hifz edər və Öz pənahında qərar verər".
Ona görə də gecə namazının ilk xasiyyəti budur ki, insan qəbir əzabından xilas olar.
Gecə namazı qılmağın müsbət nəticələri:
1. Qəbir əzabını dəf edər.
2. Cəhənnəm əzabını dəf edər.
3. Ömrü uzun edər.
4. Ruzini çoxaldar.
"Yasin" surəsini oxumaq da qəbir əzabını aradan qaldıra bilən amillərdəndir. Həmçinin Rəcəb ayı gecələrində qılınan Rəğayib namazı da qəbir əzabını dəf edər. Şəban ayında 12 gün oruc tutmaq da bu xasiyyətə malikdir.
Milli.Az
XƏBƏR LENTİ
Boşanma xəbəri yalan çıxdı-FOTO
Təbii yolla daha sağlam həyat
"Bakı metropoliteni"ndə İLK - FOTO
Dahilərdən gözəl sözlər - 12
Bədbin düşüncə tərzinin mənfi nəticələri
Evlənəcək şəxslər bu SİYAHIya mütləq baxsınlar
Azərbaycanda qızlar qəhətə çıxacaq?
Bakıda yaşayıb rayon qeydiyyatlı maşın sürənlərin nəzərinə
Nazirlikdə boş iş yeri var
Uşaqlarımıza qayğı göstərək
Ailə üçün təhdid: yuxuda danışmaq
Dünyanın ən əyri küçəsi
Messi Ronaldonun dəvətini cavabsız qoymadı
Düzgün duruşdan başlayın
Ən böyük mavi almaz tapıldı
Azərbaycanlı bəstəkarın beynində əməliyyat aparıldı
Şadlıq evlərində vəziyyət necədir?
Daha səkkiz rayonda xüsusi karantin rejimi tətbiq olunacaq - SİYAHI
Paltaryuyan maşını kim kəşf edib?
Diktatoru məzarından çıxarmaq, yoxsa bağışlayıb unutmaq?
Nənənin başı söhbətə qarışdı, nəvəsini oğurladılar - VİDEO
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Şokolad souslu rulet (foto-resept)
Ginnesin Rekordlar Kitabına düşən məşhurlar
Məşhur cütlüyün övladının cinsiyyəti bəlli oldu - FOTO
Qadın siyasəti
BÜRCLƏR bizə nə vəd edir?-30 Avqust
Ordu bölmələrimizin təminatının yaxşılaşdırılması ilə bağlı görüntülər - VİDEO
Hava haqqında
Van Dam rəqsi ilə gündəm oldu - VİDEO
Paris moda həftəsində qarşımıza çıxan 4 trend
"Dolce & Gabbana"dan yeni kolleksiya - FOTO
Uşaqlara şəkilli kitab oxuyun!
Tibb tarixində bir ilk-FOTO
Günün ulduz falı
Çinlilər 2-ci yerə çıxdılar
Həkimlər xərçəngin ilk simptomlarını - AÇIQLADI
Prezident İlham Əliyev və xanımı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində yarışları izləyirlər
Klafuti (foto-resept)
Allahın sevimli bəndəsi olaq
Yeni binaların satışı bankla olacaq
“Çernobıl”ın keçmiş direktoru QƏZƏBLƏNDİ-FOTO
Günün qoroskopu:Təmkinli olun!
Leyla Əliyevanın "Dünya yuxutək əriyir…" şeirlər kitabı nəşr olunub
İrəvan türk qutusuna salınır
Bananlı bonjur (foto resept)
Hakerlər Papanın sirlərini öyrənməyə cəhd etdi
Qış aylarında yaz tətili üçün 10 ölkə
"No Makeup" trendinə qoşulan məşhurlar
Dekabr ayında Moskva














