Diqqətlə uzatdığınız saçların hər zaman ən yaxşı görünüşünü qorumaq istəsəniz də, təəssüf ki, uzun saç qırılmağa, qopmağa və zərər görməyə daha çox meyillidir. Buna görə də uzun saçlar qulluq tələb edir. Sizə uzun saç baxımınızı asanlaşdıracaq 6 təklifim var. Gəlin birlikdə bunlara nəzər salaq.
Hamımız bilirik ki, uzun saça atquyruğu modeli çox yaraşır, amma saçı möhkəm-möhkəm yığmaq saça zərər verə bilir. Ona görə də davamlı olaraq bu modeli etməkdən çəkinməlisiniz. Bundan əlavə saçınız nəm haldadırsa əsla atquyruğu modelindən istifadə etməməlisiniz.
Saçınızın cinsini yaxşı bilməlisiniz. Fərqli saç cinsləri, fərqli qayğı tələb edir. Buna görə saçınıza uyğun məhsul seçməlisiniz. Məsələn: əgər saçınız yağlıdırsa, yağlılığı aradan qaldıran şanpun seçməlisiniz.
Mümkün olduğunca saçlarınızın özbaşına qurumasını təmin edin. Saçlarınızı çox əldən salmadan yüngülcə dəsmalla qurudun. Əgər təcili küçəyə çıxmanız lazımdırsa, saç qurudanın soyuq havasıyla yüngülcə qurudun.
Saçlarınızı zədələməmək üçün taxta ya da təbii tüklərdən düzəldilmiş daraq seçməlisiniz. Geniş dişli daraqlar saçlarınız üçün daha sağlamı olacaq. Bundan əlavə çalışın ki, saçınızı ən azından gündə 2 ya da 3 dəfə darayasınız.
Saçlarınızı hər 6-8 həftədə bir uclarından kəsdirin. Saçın uzunluğu qısalacaq deyə kədərlənməyin, çünki belə etdikdə saçlarınız daha tez və sağlam uzanacaq.
İstifadə etdiyiniz aksesuarların da təsiri əhəmiyyətlidir. Saçınız üçün metal aksesuarlar seçməyin. Saç rezinin və ya digər aksesuarların saçlarınıza ilişib zərər verməməsinə diqqət yetirin.
Əgər saçınız tez yağlanırsa həftədə 2 dəfə yuyun. Ancaq çalışın ki, yaş saçla çölə çıxmayasınız.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR