Kompüter əkizinizdir?Son zamanlar xarici görünüşlərinə daha çox diqqət yetirməyə başlayan insanlar üçün dərinin görünüşü mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Yaşlanma həyatın qaçınılmaz bir reallığı olsa da, yaşla birlikdə dəridə yaranan dəyişmələr bəzi tədbirlərlə sadəcə gecikdirilə bilər.
Ancaq insanlar unudurlar ki, vacib olanı ilk növbədə dəri problemlərinə səbəb ola biləcək həyat tərzini müəyyənləşdirməkdir. Bu gün televizor və kompüter başında 7-8 saat vaxt keçirmək normal qəbul olunur. Ekran qarşısında oturmaq ilk növbədə hərəkətsizliyə səbəb olur. Üstəlik, bu zaman ağız da boş dayanmayıb, daim mədəni qidayla təmin edirsə, yaxın zamanda tərəzinin ayaq altında şaqqıltıyla sınmasına da səbəb ola bilər. Nəhayət, ekran qarşısındakı saatlar dərinin "ömründən" gedir.
Mütəxəssislərin fikrincə, hətta kompüter qarşısında 4 saatdan artıq davamlı olaraq qalanların 90 faizində CVS (Computer Vision Syndrome) adlanan problem meydana çıxır ki, bu da baş ağrısı, bulanıq görmə, boyun ağrısı, gözlərdə qızartı, yorğunluq kimi əlamətlərlə özünü göstərir. Alimlər belə bir rəyə gəliblər ki, təkcə kompüter qarşısında gündə 10 saatdan artıq qalanlar erkən yaşlanma riskiylə qarşı-qarşıyadırlar. Müasir dövrdə insanların bir çoxu istər işdə, istərsə də evdə kompüter qarşısında uzun müddət vaxt keçirir. Kompüterdən sıx istifadə etmə nəticəsində bədənlərindən estetik əməliyyat yolu ilə piyləri götürdən amerikalılar artıq daha çox gözətrafı estetik əməliyyatları etdirirlər.
Kosmetoloq yanına gedə bilməyənlər...
Həkim-kosmetoloq Səbinə İsrafilova da təsdiq edir ki, hazırda insanların işinin kompüterlə sıx bağlı olduğu bir dövrdə yaşayırıq:
"İş bir tərəfə, artıq uşaqlar da kiçik yaşlarından başlayaraq kompüterə meyl salırlar. Kompüter qarşısında əyləşərkən də insanlar çox gərgin vəziyyətdə olurlar. Ona görə də yalnız bədən deyil, üz əzələləri də gərginlik altında olur. Bu zaman ən çox təsirlənən bölgə isə təbii olaraq göz ətrafı və üz nahiyəsidir. Kompüter istifadəsi üz və göz ətrafında qalıcı deformasiya yaradır. Buna görə də alın, göz ətrafında, ağızla-burun arasında qırışlar əmələ gəlməyə başlayır. Eləcə də dəri təravətini itirir. Torbalanır, sallanır, rəngi solğun olur. Həmin insanın üzünə baxanda yorğunluq hiss olunur. Bütün bunlara görə də insanda tez qocalma baş verir".
Müalicəsinə gəldikdə isə həkim deyir ki, imkan daxilində kompüter qarşısında az olmaq məsləhətdir. Əsasən masajlardan istifadənin önəmli olduğunu deyən kosmetoloqun sözlərinə görə, qırışlara, gəncləşməyə aid nə müalicə varsa, onu tətbiq etmək lazımdır:
"Əgər kosmetoloq yanına getməyə imkan yoxdursa, işdən evə gələn kimi 15 dəqiqə sakit şəraitdə uzansınlar. Müxtəlif bitkilərdən dəmləmələrlə üzlərinə kompress etsinlər ki, dəri dincəlsin. Bu, cəfəri, nanə, adi qızılgül ləçəkləri ola bilər. Gün ərzində bu məqsədlə özlərinə 15-20 dəqiqə ərzində vaxt ayırsalar, yaxşı olar. Əsas müalicə üsulu kimi isə peşəkar yanında olmalıdırlar, qırışlara, qocalmaya qarşı müalicələr aparılmalıdır".
Kosmetoloqun sözlərinə görə, həddindən artıq kompüterdən istifadə nəticəsində göz altı çökmələri kremlərlə müvəqqəti olaraq aradan qaldırmaq da olar:
"Kremlərlə düzəlməyən problemlərdə isə estetik əməliyyata ehtiyac qalır ki, o, 2 həftə müddətində alt göz qapaqlarına tətbiq olunur. Bu zaman üzdəki yaşlanma ilə yaranan və yorğun bir ifadə görkəmi verən göz altı torbaları da sadə və qısa sürən bir əməliyyatla aradan qaldırılır. Sallanan üst göz qapaqları ağırlıq etdiyində kompüter istifadəçisinin görmə fəaliyyətinə mənfi təsir edir ki, xəstənin 5 gündə yaxşılaşa biləcəyi sadə bir əməliyyatla sallanan göz qapaqları normal vəziyyətə gətirilir. Ortaya çıxan digər tez qocalma əlamətlərindən olan göz ətrafında və qaş aralarında yaranan qırışlar isə botoksla aradan qaldırılır".
Ən çox kimlər risk altındadır?
Həkim deyir ki, peşələri yazı və internet ilə bağlı olan, gündə davamlı olaraq kompüter qarşısında olan kişilər, xüsusilə də qadınlar daha çox risk altındadırlar:
"Kompüterin dəri üzərində təsirlərinə gəldikdə isə qadınların dərisi kişilərə görə daha həssasdır. Davamlı kompüter istifadəsinin 30 yaşdan aşağı gənc bir üzə sahib olan qadınların göz ətrafı və üzlərində yol açdığı yaşlılıq əlamətləri onların 35 yaşındakı kimi görünməsinə səbəb olur. Dəridə ilk olaraq quruma başlayır. Kifayət qədər nəmlənməyən dəridə burun və üz arasında kanallar yaranır. Gözaltı torbalar nəzərə çarpır, göz qapaqlarında da sallanmalar olur. Üzün ən həssas bölgəsi olan göz ətrafında tünd qaralmalar başlayır. Üzdə zamanla günəş ləkələrinə bənzər ləkələr də meydana gələ bilər".
Mütəxəssislərin fikrincə, günün, ən azı, yarısını kompüter qarşısında keçirmək, bəzi insanlar üçün eyni zamanda sıx şəkildə çay, qəhvə və siqaretdən istifadə kimi vərdişləri də özü ilə bərabər gətirir. Bu alışqanlıqlar isə dərinin qanla qidalanmasına, dolayısıyla dərinin canlılığına və elastikliyinə mənfi təsir edir. Gecə vaxtı kompüter istifadəsi isə yuxu nizamını pozur.Kompüterdən insanın üzünə ionlayıcı, ultrabənövşəyi şüalar kimi bir çox fiziki mesajlar gəlir. Monitordan yayılan zərərli şüalar və istilik üzdəki hüceyrələrin DNT-sinə mənfi təsir edir. Kompüter ekranından qaynaqlanan elektrik yüklərinin insan dərisi üzərində toplanması səbəbindən yağ vəzilərinin dəri üzərində yaratdığı iltihablı civzələr ortaya çıxır.
XƏBƏR LENTİ
Bu gündən İCAZƏ VERİLDİ - Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
Ramazan ayı nə vaxt başlayır?
“Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcək
Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
İşğaldan azad olunmuş ərazilərin əhalisinin sayı açıqlanıb
Cırıq qaloşlar muzeyə qoyuldu
Uşağın ölümü valideynin də ömrünü qısaldır
Ajda Pekkan doğulub-böyüdüyü evi ala bilmədi-FOTO
Putinin islama keçməsi düz çıxdı
Ofeliya Sənani yeni imicdə-VİDEO/FOTO
Azərbaycanda gizli Ebola virusu daşıyıcıları var?
Azərbaycan faunasında ilk dəfə 2 yeni balıq növü aşkarlanıb
Üzüm tumunun faydaları
Azərbaycan ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
Düşmən cəbhə xəttində atəşkəsi 23 dəfə pozdu
Putinin xəstəliyi barədə açıqlama
Bakıda nadir şiş əməliyyatı reallaşdı
Sabahın HAVAsı
Hava necə olacaq?
Azərbaycanda əmək kitabçaları ləğv ediləcək
"Azərbaycan Hava Yolları" Tehrana reyslərin sayını artırır
Fotoqrafın xəyal dünyası
Çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO
"Təhsilin inkişafı məqsədilə verilən təkliflər nəzərə alınacaq"
Plastik boru satışı qadağan edildi
Ağdamda könüllülər ordu sıralarına yollanır
Google 500 milyon dollara şirkət alır
"YouTube"da ən çox izlənən video artıq odur - 3 milyard 55 milyon
Məşhurlar haqqında bilmədiyimiz faktlar
Xalq təbiblərinin bəzi məsləhətləri
Çatlaq izlərinin çarəsi kartof
ABŞ Dövlət Departamenti Kerri və Lavrovun Qarabağ müzakirəsini şərh etdi
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Uşaqların sevmədiyi oyuncaqlar
Lavrovun İrəvan səfəri: çaşqın Ermənistan və reallıqlar
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Metronun fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
Bu cihaz xərçəng hüceyrəsini 10 saniyədə aşkarlayır
Zəncirli ayaqqabı dəbi
Sinan Akçıl Ayrılıqdan danışdı-FOTO
“Ağıllı” zibil qabı təqdim edildi
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
HAVA necə olacaq?-3 dekabr
Qız uşaqları üçün saç düzümləri
Vaxt keçdikcə bahalaşan maşınlar
Tramp ailəsinin növbəti sirri məlum oldu
Dadlı halva (foto resept)
Xəzəryanı ölkələr nərəkimilərin kommersiya məqsədli ovlanmasına qadağanı uzadıblar
- ŞƏRHLƏR