Bu yaxınlarda hakerlər tərəfindən Hollivud ulduzlarının çılpaq fotoları yayılıb. Fotoşəkilləri yayılan Hollivud ulduzlarının vəkilləri Google şirkətindən 100 milyon məbləğində təzminat tələb edirlər.
Milli.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar iddia edirlər ki, internet şirkəti həmin məşhurların fotolarını vaxtında silə bilməyib. Bu səbəbdən də milyonlarla pul qazanıb.
Qeyd edək ki, hakerlər aktrisa Cennifer Lourens, model Keyt Apton, müğənni Rianna və digər məşhurların intim görüntülərini yaymışdılar. Ümumiyyətlə, məşhurlarla yanaşı, bir sıra informasiya saytları da tez-tez haker hücumuna məruz qalır.
Həmçinin mobil telefonlarımız da hakerlərin hücumuna məruz qala bilir. Artıq telefonlardan şəxsi informasiyanı oğurlaya bilən xüsusi proqramlar fəaliyyət göstərir. Applikasiyalar, zərərsiz görünən oyunların da arxasında məqsəd dura bilər. Əgər telefonunuzun batareyası tez qurtarırsa, o zaman narahat olmalısınız. Bu göstərir ki, sizin telefonunuzdan informasiya oğurlana bilər. Bundan başqa, aylıq hesabınızda qəribə nömrələr görsəniz, bu, telefonunuzda arzuedilməz softveyrin olduğundan xəbər verə bilər.
Maraqlıdır, bunun qarşısını necə almaq olar? Necə olur ki, bizim sosial şəbəkələrimizin parolları sındırılır?
İT mütəxəssisi Elxan Elmanoğlu bu kimi halların insanların diqqətsizliyi ucbatından baş verdiyini dedi: “İnsanların Google+ da şəkillərinin yayılması öz diqqətsizliklərindən qaynaqlanır. Məsələn, diqqət etsək, görərik ki, whatsapp ilə yanaşı, whatsapp+ yaradılıb. Diqqətsizlik edib bu proqramı yükləmək telefonunuza rahat müdaxilə edilməsinə şərait yaratmaqdır. Bu, adətən professional hakerlər tərəfindən atılan, ağıllı, aldadıcı addımlar və manevrlərdir. Hədəf isə əsasən iri şirkətlər, holdinqlər və ya proqramlar olur. Öncə onu qeyd edim ki, hadisələrin hazırkı gedişatı sadə vətəndaşları elə də böyük təhlükə ilə üz-üzə qoymur. Bu prosesi başlayan nəhəng haker qruplaşmalarının hədəfi iri şirkətlər və tanınmış şəxslər olur. Onlar bu addımı adətən qara PR üçün atırlar. Onlar ən məşhur şəxsləri seçir, məlumatları oğurlayır və yayırlar. Bu yaxınlarda Hollivud ulduzlarının iCloud hesabları oğurlandı və bir neçə məşhur şəxsin məlumatları oğurlanaraq, yayıldı. Burada hədəf İcloud və İOS əməliyyat sistemi idi. Hakerlər öz hədəflərinə çatmaq üçün bir neçə məşhur şəxsi seçdilər. Bundan başqa, yaxınlarda Ukrayna inqilabının başlanğıcını qoyan Udar Partiyasının sədri Vitali Kliçkonun həyat yoldaşı ilə olan şəkilləri oğurlanaraq yayıldı. Bu addım da Kliçko və Ukrayna inqilabına qarşı atılmış addım idi.
Mənə elə gəlir ki, hazırda bizim üçün belə təhlükə yoxdur. Qaldı bizim bunlardan necə sığortalanacağımıza, bu proqram application, əməliyyat sistemi, sosial şəbəkədən asılı olaraq dəyişir. Bizim, yəni proqramçıların görəcəyi xırda tədbirlər iri hücumların qarşısını ala bilmir. Bu kimi iri hücumların qarşısı ancaq hədəf seçilmiş şirkətlər, əməliyyat sistemləri və sairə tərəfindən alına bilər. Məsələn, əgər iCloud hesabına hücumlar olursa, onun qarşısını almaq üçün Apple şirkəti tədbirlər görməlidir. Apple müəyyən etməlidir ki, hücumlar hansı boşluqlardan istifadə olunaraq həyata keçirilib. Bu boşluqlar Apple şirkəti tərəfindən bağlanmalı və istifadəçilərinin tam güvənliliyi təmin edilməlidir. Eyni zamanda gmail, facebook hesabımızda da bizim görəcəyimiz tədbirlər, hakerler üçün ciddi əhəmiyyət kəsb etmir. Əgər hücum edən həvəskar haker olarsa, məsləhət vermək olar ki, hesabınızı nömrənizlə əlaqələndirin. Belə edəcəyiniz təqdirdə hesabınıza hər daxil olmaq istəyəndə telefon nömrənizə kod gələcək. Yalnız o kodu daxil etdikdən sonra hesabınıza daxil olmaq mümkün olacaq. Bu daha güvənlidir. Həmçinin bu, facebook və gmail hesabınıza da aiddir. Yəni bu hesablarınızı da nömrənizlə əlaqələndirin. Əgər söhbət iCloud hesablarınızdan gedirsə, iCloud hesabı gmail-lə əlaqəli olur. Buna görə də gmail hesabınızda bütün təhlükəsizlik tədbirlərini görmək lazımdır. Mümkündürsə, iCloud hesabınızda da geri qaytarılası fayl saxlamayın və silin".
XƏBƏR LENTİ
Kişilər üçün: Boynu qılıncdan qoruyan istidə özü bıçağa dönür
Sarkisyan Azərbaycandadır
Quş qripi yenidən xortladı
Uzun omurlu evlilik
Ata oyuncaqdan ölmüş oğlunun ürək döyüntülərini eşitdi – VİDEO
Məsamələri kiçildən 3 təbii maska
HAVA necə olacaq?-9 dekabr
Messi imicini dəyişdi-FOTO
Marsda növbəti həyat əlamətləri
Əroğanın qızının toyundan FOTOlar
15 yaşlı girovdan xəbər var
DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək
Rusiyada koronaviruslu körpə doğuldu
Silvestr Stallone məhkəməlik oldu
Heç vaxt görmədiyiniz tərzdə ayaqqabılar
Çingiz xanın qəbri haradadır?
İlk Avropa Oyunlarının yayımı üçün 60-dan çox şirkətlə razılaşma əldə olunub
Payız depressiyası
Bananın ziyanı və xeyri
Dəriyə parlaqlıq verən 2 gözəllik maskası
Dikkensdən Qoqola ədəbiyyatda yeni il ənənəsi
Anası sizi sevmirsə...
Bakıda bağçalarda yoxlamalar başladı
Azərbaycan 4 ölkə ilə Anlaşma Memorandumu imzalayacaq
190 manatlıq ödəmələr üçün nə qədər vəsait sərf olunacaq? - RƏSMİ
TƏBİB: “Koronavirusdan sağalmış şəxsin təkrar test olunması tələb edilməməlidir”
Təhsil Nazirliyindən müəllimlərlə xəbər
Eşqin 7 səviyyəsi
Nemtsovun qətlinin motivi bəlli oldu
Şuşada ilk çörək sexi fəaliyyətə başladı - VİDEO
Salam Allahın salamıdır: Bəs biz kimik?
Konqresmen Azərbaycandan yazdı
Burak və Fahriyə 18 milyonluq ev alır-FOTO
"The Hill": Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti müsəlman və ərəb dünyası üçün nümunə oldu
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Gülməli heyvan şəkilləri
Günün ulduz falı - 09.02.2014
Binə hava limanı bağlanır
BDU-dan karantinə alınan çinli tələbə ilə bağlı - Açıqlama
Ər və arvad mübahisə zamanı nələri etməməlidir?
Azərbaycanda erkən nikah problemləri: nə etməli?
Obamanın qızı Harvardda oxumağa başladı
Arda Turan doğulacaq oğlunun adını açıqladı-FOTO
Paltaryuyan maşınınızın ömrünü sirkə ilə uzadın!
"Tısbağa" tortu və "Zebra" piroqu
Azərbaycanda əhalinin dolanışığı qonşu ölkələrlə müqayisədə qənaətbəxşdir
Dərini gəncləşdirən 11 qida
Gəlinlik modelləri
Müəllim olmaq istəyən abituriyentlərə müjdəli xəbər