
İnsanda həyat eşqi çoxaldıqca bioloji yaşı azalır, azaldıqca isə artır
Hər bir insan həmişə cavan qalmaq istəyir, qocalıq haqqında heç fikirləşmək belə istəmir. Buna baxmayaraq qocalıq qaçılmazdır, sadəcə bəzilərində qocalmanın əlamətləri bir qədət tez, bəzilərində isə gec büruzə verir. Mütəxəssislər hesab edir ki, bu, bioloji yaşla əlaqədardır. Yəni insanların fizioloji yaşı ilə bioloji yaşı fərqlənə bilər.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, əksər insanlar yaşlanmaqdan qorxar, xüsusilə də qadınlar 30 yaşına çatdıqda yaşlanacaqlarını düşünməyə başlayırlar. Əgər qadınlar bu yaşa qədər belə fikirlərlə özlərini yormurlarsa, bu yaşda artıq qorxular çoxalmağa başlayır. "Əslində isə yaşlanmaqdan qorxmağa dəyməz. Belə ki, insan yaşlandıqca təcrübə qazanır. Daha az səhv buraxır, daha çox şeyi anlayır. Lakin bunu anlamaqlarına baxmayaraq, insanlar yaşlanmaqdan qorxurlar. Bu qorxunun kökündə isə ömürlərinin bitməsini hiss etməkdir. Yaşlandıqca insanın xəstələnməsi, zəifləməsi, kiməsə möhtac qalması da insanı qorxudur", - deyən psixoloq əlavə edib ki, insan bioloji və fiziki olaraq qocalır. Onun sözlərinə görə, bu yaşlanma prosesləri fərqli ola bilər: "Belə ki, bəzi adamlar 30 yaşında belə özünü qoca kimi aparır, tez-tez xəstələnir və hərəkətsizliyə meylli olur. Bəzən isə 50-60 yaşında belə adam çox gümrah olur. Cavanın görə bilmədiyi işi cəld görür. Həyata da daha ümidlə və ruh yüksəkliyi ilə baxır. Bu cür insanlar bioloji yaşlanmaya nəzərən cavan qalırlar. Və əsl qocalıq və xəstəliklər insan bioloji cəhətdən yaşlananda baş verir".
İnsan öz fiziki yaşına təsir edə bilməsə də, bioloji yaşını idarə etmək iqtidarındadır. Belə ki, sağlam həyat və pozitiv düşüncə tərzi bioloji yaşlanmanı dayandıra və ya ləngidə bilər. Sağlam həyat tərzi dedikdə, idmanla məşğul olmaq, düzgün qidalanmaq, şirin və çox duzludan uzaq durmaq, meyvə-tərəvəz, göyərti və süd məhsullarına üstünlük vermək, spirtli və süni içkilərdən, pis vərdişlərdən imtina etmək, təmiz havada çox olmaq, həyatın gözəlliklərindən maksimum zövq almaq başa düşülür. Pozitiv düşüncəyə ilk növbədə "mən yaşlanıram" kimi fikirləri ləğv etmək, depressiyaya düşməmək, insanlar haqqında yaxşı şeylər fikirləşmək, gələcəyə nikbin baxmaq, meditasiya etmək, ruhun mənəvi zənginləşməsinə çalışmaq, neqativ fikirlərdən uzaqlaşmaq, yüksək əhavala nail olmaq aiddir. Qeyd edək ki, yoqa ilə məşğul olmaq da insanı fiziki cəhətdən cavan saxlayır və bioloji yaşlanmanı ləngidir.
Alimlər sübut ediblər ki, şəxsiyyət vəsiqəsində göstərilən yaşla insanın bioloji yaşı arasında fərq var. Ola bilsin ki, şəxs psixoloji olaraq göstərilən yaşdan daha yaşlı və ya cavan olsun. Hər şey insanın özünü necə hiss etməsindən, necə həyat tərzi sürməsindən asılıdır. Müasir tibbdə bioloji yaşı isə müxtəlif üsullarla öyrənirlər. Bunu həm analizlər, həm psixoloji testlər, həm də fiziki məşğələlərlə yoxlamaq olar. Hətta sadə məşğələlərlə də çox asanlıqla təxmini bioloji yaşınızı öyrənə bilərsiniz. Məsələn, bunun üçün nəbzinizi yoxlaya bilərsiz. Öyrəndiyiniz rəqəmi qeyd edib 30 dəfə tez-tez oturub durun. Sonra yenə də nəbzinizi yoxlayın. Əgər nəbziniz 0-10-a qədər qalxıbsa, 20 yaş, 10-20-yə qədər qalxıbsa, 30 yaş, 30-40-a qədər qalxıbsa, 50 yaş, 40-60-a qədər qalxıbsa, 60 və daha çox yaşınız var. Bioloji yaşınızı öyrənmək üçün baş barmaqla şəhadət barmağınızı möhkəm sıxıb biləyinizin iç tərəfini 5 saniyəlik çimdikləyin (çimdikləyəndə həmin nahiyə ağaracaq). Daha dəqiq nəticə üçün vaxtı saniyə ölçənlə yoxlayın. 5 saniyə keçən kimi əlinizi buraxıb dərinizin ağarmış hissəsinin neçə saniyə ərzində əvvəlki vəziyyətini almasını ölçün. Əgər 5 saniyə ərzində dəri öz rəngini aldısa, 30 yaş, 20 saniyə ərzində dəri öz rəngini aldısa 50 yaş, 15 saniyə ərzində dəri öz rəngini aldısa 60 yaşındasız.
Bioloji yaşı fiziki məşğələ ilə öyrənmək olar. Bunun üçün düz dayanın, dizlərinizi bir qədər büküb qabağa əyilin. Bu vəziyyətdə əllərinizin iç tərəfini yerə qoymağa çalışın. Əgər bunu etdikdə əllərinizi tam yerə qoya bildinizsə, 20-30 yaşınız, barmaqlarınızla yerə toxuna bildinizsə, 40 yaşınız, yalnız ayaqlarınızın aşağısına toxuna bildinizsə, 50 yaşınız, dizə qədər toxundunuzsa, artıq 60 yaşınız var.
Terapevt Solmaz Rüstəmova hesab edir ki, dərman qəbul edərkən ehtiyatlı olmaq lazımdır. Çox və həkimin təyinatı olmadan dərman qəbulu da orqanizmin yaşlanmasına və müxtəlif xoşagəlməz fasadların yaranmasına gətirib çıxarır. Düzgün qidalanmaq və ümumiyyətlə düzgün həyat tərzi sürməksə cavanlığın açarıdır. Bundan başqa, yaşıl çay içmək də orqanizmi cavanlaşdırır. Onun dediyinə görə, düzgün həyat tərzi ilə fikirlərində də insanın düzgünlük və xeyirxahlıq olmalıdır.
A.Qurbanova əlavə edib ki, bacardıqca çox gülmək lazımdır: "Belə ki, gülüş qanda stress hormonlarını azaldır. Sevmək də insana müsbət təsir edir, sevinc hormonlarını yaradır və yaşlanmanı ləngidir. Həyatı sevmək, hər şeyin yaxşı olacağına inanmaq da çox effektivdir. Belə ki, insanda həyat eşqi çoxaldıqca bioloji yaşı azalır, azaldıqca isə çoxalır".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Eviniz üçün aksessuarlar
Winamp tarixə qovuşur
Saflığına qəzəbləndiyimiz seral qəhrəmanları
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Münasibətlərdə ən əsas problem və həlli
Sobada sarımsaqlı balıq (video-resept)
Acun Ilıcalı baba oldu
Bunları bilmək vacibdir: ağrıkəsici dərmanların zərərləri
Qarpız pəhrizi - həm arıqladır, həm orqanizmi təmizləyir
Bayrağımız Şuşada dalğalanacaq
Gül bayramı keçirilməyəcək - Video
Qar yağacaq, külək əsəcək
Göz ətrafına qulluq
Britaniya qadın casusların sayını artırır
Azərbaycan tarixindən yüz şəxsiyyət-16
Azərbaycan idmançısı Olimpiadada mübarizəni dayandırıb
Oruc tutanların DİQQƏTİNƏ: mütəxəssislər XƏBƏRDARLIQ EDİR
İşsizliyin aradan qaldırılması üçün tədbirlər gücləndirilir – Məbləğ artırılır
Azərbaycanda daha bir kənddə 26 nəfər koronavirusa yoluxdu
Ağlayan keks (video-resept)
Günün qoroskopu: yeni, böyük işə başlamayın
Günün qoroskopu:Məqsədinizə doğru inadla iraliləyin
Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
Günün ulduz falı - 30.11.2013
Dubay sonuncu koronavirus xəstəsini evə buraxdı
Qələbəyə aparan yolun təhlükələri: Kəlbəcərdə dağlar minalardan təmizlənir - VİDEO
Temperament (2)
Pelin Akıl əkizləri ilə jurnal üçün çəkildi
"Sirli" toyuq (foto resept)
Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətə başlayır
Rihanna geyimi ilə diqqət çəkdi-FOTO
Yeni qaş dəbi
Bakı 2015-də ilk medalımızı qazandıq
Serdar Ortaçın keçmiş xanımı SİRRİ AÇDI
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Kəlbəcər istiqamətində PKK terrorçuları məhv edildi
Can bütün şübhələri doğrultdu-FOTO
"Bizim Tarla"dan Novruz sovqatı!
Məktəblilərarası V Məntiq Olimpiadası keçiriləcək
Daimi makiyajın incəlikləri
15 yaşlı Azər Rusiyanı heyrətləndirdi
Avropadakı anomal istilərin səbəbi məlum oldu
Boşanma halları artıb
İvana Sert çimərlikdə diqqət çəkdi-FOTO
Uzunömürlülər
Xanım kaprizi salatı(foto resept)
Bakı 2015 Avropa Oyunları rəsmi Ceyran və Nar simvollarını təqdim etdi
Məktəblər nə vaxt açılacaq?
Yaponlar uzunömürlü olmaq üçün BUNLARI EDİRLƏR
Almaniya - Braziliya: hansı kanalda?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]