Yer kürəsinin Günəşdən məsafəsi, fırlanma sürəti və ya yer üzü formaları ilə yaşanı böyüklüyü də əhəmiyyət daşıyır. Yer kürəsinin kütləsinin sadəcə 8%-nə bərabər olar Merkuri və ya Yer kürəsindən 318 dəfə artıq kütləyə malik olan Yupiterlə Yer kürəsini müqayisə etdikdə planetlərin çox müxtəlif ölçülərə malik olduğunu görürük. Bəs görəsən, bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilib?
Xeyr! Yer kürəsinin xüsusiyyətlərini nəzərdən keçirdikdə üstündə yaşadığımız bu göy cisminin lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Press və Siver Yer kürəsinin bu cəhətdən “uyğunluğu” haqqında belə deyirlər:
“Yer kürəsinin ölçüsü lazımi qədərdir. Daha kiçik olsaydı, Yer kürəsinin cazibə qüvvəsi çox zəifləyəcək və atmosferini ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsaydı, bu dəfə də Yer kürəsinin cazibə qüvvəsi çox artar və bəzi zəhərlli qazları da saxlayaraq atmosferi öldürücü hala salardı…” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4). Yer kürəsinin kütləsi ilə yanaşı daxili quruluşu da həyat üçün xüsusi nizamlanmışdır. Bu daxili quruluşdakı təbəqələr sayəsində Yer kürəsi maqnetik sahəyə malikdir və bu maqnetik sahə həyatın qorunması üçün çox vacibdir. Press və Siver bu mövzunu belə açıqlayırlar:
“Yer kürəsinin nüvəsi isə çox böyük həssaslıqla tarazlanmışdır və bu nüvə radioaktivliklə qidalanan temperatur motorudur… Əgər bu motor daha yavaş işləsəydi, qitələr indiki formalarda ola bilməzdilər… Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə, Yer kürəsinin maqnetik sahəsi heç vaxt əmələ gəlməzd Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və buna görə də daha sürətli temperatur motoru olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddən artıq qatı olar və Yer kürəsinin səthi də demək olar ki hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı.” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)
Van Allen qurşaqları
Press və Siverin bəhs etdikləri maqnetik sahə həyatımız üçün böyük əhəmiyyətə malikdir. Bu maqnetik sahə yuxarıda bildirildiyi kimi Yer kürəsinin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementlərdən təşkil olunmuşdur. Daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində maqnitləşmə təsiri yaradaraq maqnetik sahə əmələ gətirir. Atmosferdən kənara çıxan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrə qarşı qorunmuş olur. Günəşdən başqa digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də Yer kürəsinin on minlərlə kilometr uzağında maqnetik halqalar çəkən Van Allen qurşaqları dünyanı bu öldürücü enerjidən qoruyur.
Sözügedən plazma buludlarının bəzilərinin Xirosimaya atılan atom bombasının 100 milyard mislinə bərabər olduğu hesablanmışdır. Eyni şəkildə Yer kürəsinin maqnetik sahəsi çox şiddətli kosmik şüaların da sadəcə 0.1%-ni keçirir və qalan mində bir faiz şüalar da atmosfer tərəfindən udulur. Bu maqnetik sahəni əmələ gətirmək üçün istifadə edilən elektrik enerjisi bir milyard amperlik axındır və bu bəşəriyyətin bütün tarix boyu istehsal etdiyi eletrik enerjisinin cəminə bərabərdir.
Əgər Yer kürəsinin bu maqnetik qalxanı olmasa, yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv ediləcək, bəlkə də heç mövcud olmayacaqdı. Amma Press və Siverin bildirdiyi kimi Yer kürəsinin nüvəsi lazımi formada olduğu üçün Yer kürəsi bu təhlükələrdən qorunur. Başqa sözlə desək, göy üzündə bizim üçün yaradılmış xüsusi qoruyucu qalxan var.
Kazımov İzhar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR