
Cavan qalmaq, həmişə cavan görünmək hər kəs istəyir. Yaşlanmamaq, illər ötdükcə 20-25 yaşın təmizliyi və təravətini saxlamaq qadınlar qədər kişilərin də arzusudur. Lakin bu, mümkün deyil. Belə ki, yaş ötdükcə üz cizgilərinin artması, dərinin dəyişməsi qaçılmazdır. Düzdür, bununla mübarizə aparıb müxtəlif üsullarla qarşısını almaq hardasa mümkündür. Ancaq qocalmanın qarşısını tamamilə almaq qeyri-mümkündür.
Bütün insanlar təbiətin bu qanununa mütləq boyun əyəcək və yaşlanacaq. Yaşlanmaq kimisi üçün adi bir proses, kimisi üçün isə tamamilə fəlakətdir. Yaşlanmaqdan qorxanların kabusu olan 60 yaş sonrası ilin üstünə il gəldikcə insanların depressiyaya girməsi təbii hal olur. Xüsusən ölümdən qorxu və unudulmaq kimi hisslər yaşı ötmüş insanlar üçün düşüncəsi belə dəhşət olan bir hal olur.
Psixoloq Qurban Talıblının sözlərinə görə, yaş artdıqca insanda həddindən artıq təmizliyə meyl etmə, mükəmməl olmaq istəyi, küsəyənlik, zaman keçdikcə hisslərin və duyğuların kəskin dəyişimi, əsəbi və aqressiv olub özündən çıxmaq halları, başqaları tərəfindən başa düşülmədiyini hiss etmək kimi duyğular yarana bilir: "Əslində bunların çox sadə həll yolları var. Əvvəla, ailədə yaşlı insanı dinləyib onun fikirlərini dəstəkləyən biri mütləq olmalıdır. Əgər belə bir şərait, yaşlı insanı dinləyən birisi yoxdursa, onları mütləq aktiv həyatı geri qaytarmaq lazımdır.
Çünki yaşlanmaq evin bir küncündə oturub zamanın keçməsini, ölümü gözləmək deyil. Aktiv həyata qayıtmaq, gəzinti, həmyaşıdları ilə söhbət və s. fəaliyyətlər onların özlərini lazımlı hiss etmələrinə, həyat eşqlərinin ölməməsinə səbəb olacaq. Maraq dairələrində olan işlərə davam etmələri üçün onlara lazımı şəraiti yaratmaq lazımdır. Müəyyən yaşdan sonra artıq işə də getməyən insanlar mütləq evdə özlərinə uyğun bir iş tapmalıdırlar. Əks halda dözülməz bir yaşlılıq problemləri həm yaşlıları, həm də onların ətraflarını bezdirəcək. Onlar xəstə olmaya-olmaya özlərini xəstə hiss edəcəklər, canları sıxıldığı üçün ən kiçik sözləriniz belə xətirlərinə dəyəcək".
Müəyyən yaşdan sonra insanda ölüm qorxusu artmağa başlayar. Harda, kimin yanında, hansı şəraitdə dünyasını dəyişəcəklərindən narahat olan yaşlılar çox zaman bunu yaxınlarına hiss etdirməzlər. Vəziyyət o dərəcə gərgin olar ki, artıq yaşlı insanlar sabah oyana bilməyəcəyi qorxusundan yatmamağa çalışırlar: "Əslində ölümü bütün insanlar gec-tez yaşayacaq. Hansı yaşda olmağına baxmayaraq, ölüm anlayışı insanların ağlında yalnız bu cür formalaşıb: qocalanda öləcəyəm. Halbuki ölüm insanın yaşına baxmır. Məhz bu "qocalanda öləcəyəm" fikrini insan qoca olanda daha çox düşünür.
Bəzi yaşlılar ətrafdakılar tərəfindən səbrlə və anlayışla qarşılanmadıqları halda özlərini daha tənha və lazımsız hiss edir, ölüm, unudulmaq onları ikiqat qorxudur. Uşaqların böyüyüb, ailə qurub uzaqlaşması, həyat yoldaşlarının vəfatı yaşlıları bir növ yaşamağa maraq qalmadığı hissinə salır. Belə olan halda, ən yaxşı üsul yaşlı insanlarla maraqlanmaq, onları nəyəsə həvəsləndirib, ümidləndirməkdir. Hansısa nəvənin toyunu görmək, hansısa işin həll olunması və s. kimi durumlarla yaşlıları "bizə lazımsan" kimi həvəsləndirmək həm onların özlərinə güvən hissinin bərpa olmasına, həm də yaşamaq üçün səbəb olduğuna inandırar. Ölüm fikirləri əvvəlki kimi qorxuducu gəlməz".
Psixoloqun sözlərinə görə, bu gün demək olmaz ki, bütün yaşlılar depressiya, ölüm, unudulmaq qorxusu ilə yaşayır. "Elə insanlar var ki, onlar həyatlarının məhz bu yaşlarını ömürlərinin ən gözəl vaxtı kimi qiymətləndirirlər. Uşaqlarının ailə sahibi olması, bir növ rahatlaması imkan yaradır ki, yaşlılıq dövrlərini zövqlə, doya-doya yaşasınlar. Elə insanlara rast gəlirik ki, onlar 60 yaşı ötür, lakin istər davranışı, istər baxımlı olması, istərsə də söz-söhbəti ilə cavanlardan heç də seçilmir", - deyən Talıblı bildirir ki, bu, insanın özündən də asılıdır.
Belə ki, onun sözlərinə görə, həyatı boyu bir sıra psixoloji travma yaşayan insanların özlərini məhz yaşlılıq dönəmindəki rahatlığa hazırlaması vacibdir. Qocalığa lazımsız insan olmaq kimi yox, dincəlmək, rahatlamaq kimi baxmaq insanı yaş artımına hazırlamış olur: "Bizdə belə bir psixologiya formalaşıb ki, yaşlanan və təqaüdçü olan insan artıq evdə oturmalı, xeyir-şərin ağsaqqalı olmalı, ağır davranmalı, yaşının haqqını verməlidir. Halbuki insan yaş ötdükcə deyil, yaşlandığını qəbul etdiyi zaman yaşlı olur. Aktiv həyat keçirmək, işdən çıxdıqdan sonra maraq dairəsində olan bir işlə məşğul olmaq və ən əsası yaşlandığını qəbul etməmək bütün problemlərin çıxış yoludur".
Mənbə:Milli.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hər yerə geyə biləcəyiniz 5 qiyafət
Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun – TƏKLİF
Qırıq saç ucları üçün təbii maskalar
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO
Rabitə Nazirliyi mobil operatorlara qarşı məcburi tədbirlər görəcək
BÜRCLƏR bizə nə vəd edir?-15 Sentyabr
61-ci Qremmi Mükafatlarının sahibləri
Portağal yağının faydaları
Arizona Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etdi
"Facebook"dan yenilik: Gizli və "yoxa çıxan" mesajlar
Armudla gözəlləşin
Hikmət Hacıyev Ermənistanın təxribatı barədə bəyanət verib
Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdülər
Rekord qıran klip plagiat çıxdı - FOTO
Britaniyanın səhiyyə naziri canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO
Kraliça özünə aşbaz axtarır-FOTO
Ekstrim həvəskarı iki saat yarıma dünya rekordunu qırdı
Ucardan aksiya xəbəri gəldi
Badamlı, portağallı peçenye (foto resept)
Ən gəlirli biznes sahələri- SİYAHI
Rusiya 2014-cü ilin sonunadək kosmosa 11 hərbi peyk buraxacaq
Koronavirusa görə dərisinin rəngi dəyişən həkim öldü
Rusiyalı rəssamın əl işləri
Dollarla krediti olanların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
Avtobuslar gecə saat 12-yə, metro saat 2-yə kimi işləyəcək
Əlilləri istirahatə göndərdilər
Koronavirus soyuducuda 1 ay yaşayır, onu məhv etməyin yeganə çarəsi
Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?
Son 10 ilin ən bahalı toyları açıqlandı
Manikur
59 yaşlı aktyor 28 yaşlı qızla evləndi – FOTO
Tom Kruz karantinə alındı
Qan azlığı ürəyə təsir edir
Günün ulduz falı - 30.12.2013
Günümüzü əks etdirən rəsmlər
Dəniz suyunun faydaları
Zərif və zövqlü ziyafət geyimləri (3)
Azərbaycandan Xankəndinə İLK TƏYİNAT
HAVA necə olacaq?- 22 MART
Infiniti Q60-ı göstərdilər
"Ağıllı" pəncərələr hazırlanıb
Sükan arxasında mürgüləmək ölümə aparır
HAVA necə olacaq?
Müğənni konsert qabağı xəstəxanaya düşdü
167 kq-lıq qadın "Barbie"yə bənzəmək istədi-ŞOK nəticə
Riçard Gir 3-cü dəfə ata oldu-FOTO
Klinton Trampdan 1,5 milyon çox səs toplayıb
Bitkilər və təbabət (12)
Qadınların dəhşətli bəlasının sirri açıldı
Azərbaycan telekanallarında ədəbi dilin istifadəsi ilə bağlı aparılan monitorinqin ilkin nəticələri açıqlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]