
Cavan qalmaq, həmişə cavan görünmək hər kəs istəyir. Yaşlanmamaq, illər ötdükcə 20-25 yaşın təmizliyi və təravətini saxlamaq qadınlar qədər kişilərin də arzusudur. Lakin bu, mümkün deyil. Belə ki, yaş ötdükcə üz cizgilərinin artması, dərinin dəyişməsi qaçılmazdır. Düzdür, bununla mübarizə aparıb müxtəlif üsullarla qarşısını almaq hardasa mümkündür. Ancaq qocalmanın qarşısını tamamilə almaq qeyri-mümkündür.Bütün insanlar təbiətin bu qanununa mütləq boyun əyəcək və yaşlanacaq. Yaşlanmaq kimisi üçün adi bir proses, kimisi üçün isə tamamilə fəlakətdir. Yaşlanmaqdan qorxanların kabusu olan 60 yaş sonrası ilin üstünə il gəldikcə insanların depressiyaya girməsi təbii hal olur. Xüsusən ölümdən qorxu və unudulmaq kimi hisslər yaşı ötmüş insanlar üçün düşüncəsi belə dəhşət olan bir hal olur.Psixoloq Qurban Talıblının sözlərinə görə, yaş artdıqca insanda həddindən artıq təmizliyə meyl etmə, mükəmməl olmaq istəyi, küsəyənlik, zaman keçdikcə hisslərin və duyğuların kəskin dəyişimi, əsəbi və aqressiv olub özündən çıxmaq halları, başqaları tərəfindən başa düşülmədiyini hiss etmək kimi duyğular yarana bilir: "Əslində bunların çox sadə həll yolları var. Əvvəla, ailədə yaşlı insanı dinləyib onun fikirlərini dəstəkləyən biri mütləq olmalıdır. Əgər belə bir şərait, yaşlı insanı dinləyən birisi yoxdursa, onları mütləq aktiv həyatı geri qaytarmaq lazımdır. Çünki yaşlanmaq evin bir küncündə oturub zamanın keçməsini, ölümü gözləmək deyil. Aktiv həyata qayıtmaq, gəzinti, həmyaşıdları ilə söhbət və s. fəaliyyətlər onların özlərini lazımlı hiss etmələrinə, həyat eşqlərinin ölməməsinə səbəb olacaq. Maraq dairələrində olan işlərə davam etmələri üçün onlara lazımı şəraiti yaratmaq lazımdır. Müəyyən yaşdan sonra artıq işə də getməyən insanlar mütləq evdə özlərinə uyğun bir iş tapmalıdırlar. Əks halda dözülməz bir yaşlılıq problemləri həm yaşlıları, həm də onların ətraflarını bezdirəcək. Onlar xəstə olmaya-olmaya özlərini xəstə hiss edəcəklər, canları sıxıldığı üçün ən kiçik sözləriniz belə xətirlərinə dəyəcək".Müəyyən yaşdan sonra insanda ölüm qorxusu artmağa başlayar. Harda, kimin yanında, hansı şəraitdə dünyasını dəyişəcəklərindən narahat olan yaşlılar çox zaman bunu yaxınlarına hiss etdirməzlər. Vəziyyət o dərəcə gərgin olar ki, artıq yaşlı insanlar sabah oyana bilməyəcəyi qorxusundan yatmamağa çalışırlar: "Əslində ölümü bütün insanlar gec-tez yaşayacaq. Hansı yaşda olmağına baxmayaraq, ölüm anlayışı insanların ağlında yalnız bu cür formalaşıb: qocalanda öləcəyəm. Halbuki ölüm insanın yaşına baxmır. Məhz bu "qocalanda öləcəyəm" fikrini insan qoca olanda daha çox düşünür. Bəzi yaşlılar ətrafdakılar tərəfindən səbrlə və anlayışla qarşılanmadıqları halda özlərini daha tənha və lazımsız hiss edir, ölüm, unudulmaq onları ikiqat qorxudur. Uşaqların böyüyüb, ailə qurub uzaqlaşması, həyat yoldaşlarının vəfatı yaşlıları bir növ yaşamağa maraq qalmadığı hissinə salır. Belə olan halda, ən yaxşı üsul yaşlı insanlarla maraqlanmaq, onları nəyəsə həvəsləndirib, ümidləndirməkdir. Hansısa nəvənin toyunu görmək, hansısa işin həll olunması və s. kimi durumlarla yaşlıları "bizə lazımsan" kimi həvəsləndirmək həm onların özlərinə güvən hissinin bərpa olmasına, həm də yaşamaq üçün səbəb olduğuna inandırar. Ölüm fikirləri əvvəlki kimi qorxuducu gəlməz".Psixoloqun sözlərinə görə, bu gün demək olmaz ki, bütün yaşlılar depressiya, ölüm, unudulmaq qorxusu ilə yaşayır. "Elə insanlar var ki, onlar həyatlarının məhz bu yaşlarını ömürlərinin ən gözəl vaxtı kimi qiymətləndirirlər. Uşaqlarının ailə sahibi olması, bir növ rahatlaması imkan yaradır ki, yaşlılıq dövrlərini zövqlə, doya-doya yaşasınlar. Elə insanlara rast gəlirik ki, onlar 60 yaşı ötür, lakin istər davranışı, istər baxımlı olması, istərsə də söz-söhbəti ilə cavanlardan heç də seçilmir", - deyən Talıblı bildirir ki, bu, insanın özündən də asılıdır. Belə ki, onun sözlərinə görə, həyatı boyu bir sıra psixoloji travma yaşayan insanların özlərini məhz yaşlılıq dönəmindəki rahatlığa hazırlaması vacibdir. Qocalığa lazımsız insan olmaq kimi yox, dincəlmək, rahatlamaq kimi baxmaq insanı yaş artımına hazırlamış olur: "Bizdə belə bir psixologiya formalaşıb ki, yaşlanan və təqaüdçü olan insan artıq evdə oturmalı, xeyir-şərin ağsaqqalı olmalı, ağır davranmalı, yaşının haqqını verməlidir. Halbuki insan yaş ötdükcə deyil, yaşlandığını qəbul etdiyi zaman yaşlı olur. Aktiv həyat keçirmək, işdən çıxdıqdan sonra maraq dairəsində olan bir işlə məşğul olmaq və ən əsası yaşlandığını qəbul etməmək bütün problemlərin çıxış yoludur".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İşıqda yatmaq çox ziyanlıdır!
Gənc qız Putini yerə çırpdı
Mənim əl işlərim (2-ci hissə)
Qarın bölgəsindəki piylər hansı xəstəliklərə tutulma riskini artırır?
2019 Çanta Dəbi
Azərbaycanın ilk pilotsuz təyyarəsi
Bakı metrosunda dəhşətli qəzadan 20 il keçir
Özü üçün Hobbit evi hazırlayan qadın
Belə hobbi görmüsünüz?
ABŞ-ın donu açılır: itkilər 5 milyard dollara çatıb
Netanyahu Fransanın baş nazirinin qəlbini qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır - RƏSMİ
Serenay Sarıkaya diqqət çəkdi-FOTO
Ananaslı toyuq əti (foto resept)
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Uşaqların fiziki tərbiyəsi
Britni Spirsin halı lap pisləşib-FOTO
Məşhur telekanal Trampa qadağa qoydu-SƏBƏB
"Sürpriz" tortu (foto-resept)
Bakı avtobusları: diqqətsizlik, yoxsa məsuliyyətsizlik?
Ənənəvi Braziliya karnavalı başlayıb
Ev tikmək istəyənlərə şad xəbər:şərtlər dəyişdi
Bakı Metropoliteni sabah bu qaydada çalışacaq - AÇIQLAMA
Heydər Əliyevin rəsmi olan qızıl iPhone-lar
Beyons 100 milyon dollar qazanacaq
Azərbaycanda daha 153 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Dünyanın gözü yenə Bakıda oldu
Sintepon haqqda nə bilirik?
Bakı ermənilərə cavab verdi
3 il boyunca "hamilə olan" qadın
80 ildən sonra Hitler В«fəxri sakinВ» adından məhrum edildi
Google-dan təqaüd qazanan Murat Çiçek
Təmənnasız dost-Valideyn
Gəlinlərin paradı keçirildi-FOTO
Məşhur müğənni tanınmaz halda: "Necə olacaq bilmirəm" - FOTO
Dənizə qərənfillər atıldı - Bulvarda neftçilər anıldı
Sabah QAZ OLMAYACAQ!
Hava haqqında
Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır?
Ləzzətli toyuq (foto resept)
Lotereyada 14 dəfə pul uddu
Bananlı-çiyələkli kokteyl (foto resept)
HAVA necə olacaq?-25 Oktyabr
Ürək döyüntüsü şüur itkisinə səbəb olur
Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı
Aksessuarlar
Kudryaj tortu(foto-resept)
Naxışlı qurabiyə (foto resept)
Pilotsuz poçt maşınları yola çıxdı















- ŞƏRHLƏR