
Azərbaycan Dövlər Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Ubadulla Ağayev Milli.Az-a bildirdi ki, yoluxucu xəstəliklərin müxtəif qrupu mövsümlə bağlıdır: “Payız fəslində havaların soyuması ilə əlaqədar olaraq qrip xəstəliyi təhlükəsi var. Ümumiyyətlə, insanın təşəkkül tapdığı gündən bu günə qədər yoluxucu xəstəliklər var və bundan sonra da olacaq. Hazırda ölkə ərazisində heç bir yoluxucu xəstəliklə bağlı təhlükə yoxdur. Bütün infeksiyaların hamısı Səhiyyə Nazirliyinin nəzarətindədir. Yəni elə xəstəliklər var ki, SN-in müvafiq idarələri tərəfindən bunlar vaxtında yerinə yetirilir. Amma qrip qədim xəstəliklərdən biridir və insan mövcud olduğu gündən soyuqdəymə, müxtəlif sətəlcəmlər, hamısı var. Qrip xəstəliyi də mövsümü xarakter aldığına görə, hazırda ölkəmizdə onun epidemiyası yoxdur, hələ ki, dünyada da pandemiyası yoxdur”.Baş epidemioloq deyir ki, bununla yanaşı, ayrı-ayrı müəssisələrdə, kollektivlərdə xəstələnmə halları olur, yaxud evlərdə ailə üzvlərindən biri xəstədirsə, digərlərindən tədric olunmursa, mütləq xəstələnəcək: “Həmçinin iş yerində işçilərdən biri xəstə halda işə gəlirsə, mütləq digərini də yoluxduracaq. Qripin törədicisi viruslardır. Müxtəif yoluxucu xəstəliklərdən qorunmaq üçün üsullar, eləcə də yoluxucu xəstəliklərin müxtəlif qrupu var. Qrip xəstəliyində bu, hava-damcı infeksiyalarına aid olduğu üçün yayılması daha tez baş verir.Mövsümi xəstəliklərdə insan gərək özü-özünü qorusun. Burada həm müasir tibbin nailiyyətlərindən, həm də türkəçarədən istifadə etmək lazımdır. İnsan xəstələndikdə də immunitet zəifləyir. Hazırda meyvə boldur, bazarlarda alma, gavalı, üzüm çoxdur, xurmanın mövsümü başlayır, bu meyvələrdən yesinlər immunitetləri zəifləməsin. Hər bir insan öz sağlamlığını qorumalıdır”.Ətrafınıza pozitiv baxsanız, nə payız, nə də qışda depressiya sizə qalib gələ bilməz. Bu mövsümdə insanlarda ən çox müşahidə edilən problemlərdən biri depressiyadır. Psixoloq Humay Axundzadənin Milli.Az-a dediyi sözlərinə görə, belə bir tendensiya məlumdur ki, payız aylarında günəş işığının azalması, təbiətdə gedən dəyişikliklər insanların orqanizmində gedən fizioloji proseslərə təsir göstərir: “Bu isə, öz növbəsində, onların psixoloji durumuna da öz təsirini göstərir. Müəyyən depressiv vəziyyətlər, xüsusilə də günəşin görünmədiyi günlərdə olması mövcuddur. İlk növbədə, deyərdim ki, insanlar özlərini tədric etməsinlər. Düşünməsinlər ki, hava tez qaralacaq, saatlar çəkiləcək, ötənilki əhval-ruhiyyəsini fikirləşəcək. Özlərinə neqativlər təlqinlər etməsinlər. Digər tərəfdən fəaliyyət vasitəsilə belə halların qarşısını almaq olar. İnsan nə qədər passivliyə qapılırsa, fəaliyyətsiz qalırsa, o zaman belə hallar arta bilər”.Psixoloq deyir ki, ona görə insanlar həm iş, həm də fiziki aktivlik baxımından sağlamlıqlarına diqqət yetirsinlər. Həmçinin qarşılarına bir məqsəd qoysunlar, iradə, səy olan yerdə artıq depressiyaya heç bir yer qalmayacaq.İlk növbədə dərinizi canlandırın. Payız mövsümünün gəlməsilə insanların kosmetoloji amillərə də diqqət yetirməli olduqlarını deyən həkim-kosmetoloq Səbinə İsgəndərova bildirdi ki, yayda günəşin zərərli təsirlərinə məruz qalan dəridə nəmlənmə tarazlığında azalma, günəş ləkələri, incə qırışıqlar meydana gəlir: “Bunun üçün ilk olaraq dərini canlandırmaq lazımdır. Həm üz, həm də bədən üçün pilinqlərdən istifadə etmək olar. Eləcə də yay aylarında gözlərin qıyılması nəticəsində göz ətrafında qırışlar əmələ gəlir ki, onu aradan qaldırmaq lazım gəlir. Dəniz, hovuz suyundan davamlı istifadə və hədsiz isti hava və nəm təsiriylə dərinin nəmlilik tarazlığı pozulur. Dəri isti yay günlərində günəşin quruducu təsirinə qarşı hədsiz tərlədiyindən yağ ifrazını artırır. Eyni zamanda əgər dəri lazımi məhsullarla təmizlənməsə, uyğun olmayan kosmetikadan istifadə edilərsə, yaxud yağ tərkibi dəriyə artıq təsir edən günəş qoruyuculardan istifadə edilərsə, qara nöqtələr, sivilcələr yarana bilər. Yaranan bu dəri problemlərini aradan qaldırmaq üçün ilk olaraq dəri təmizlənməsi aparılmalıdır”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Kartof pəhrizi (3 günə 5 kilo)
Dəmir yolları ətrafındakı bəzi evlər köçürüləcək
Bu gün Tofiq Bəhramovun günüdür
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Tramp yenidən prezidentliyə namizəd oldu
Kakaolu gecə maskası
Coronavirus körpələrə "toxunmur"-SƏBƏB
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Üç qat keks (foto resept)
Gül kələmli zapekanka (foto resept)
Məktəbli formaları indi neçəyədir?
Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi - VİDEO
Yaponiyalı astronavtın boyu kosmosda 9 sm uzanıb
Depressiya zəngli saat kimidir, qurduğunuzda çalar
Uşaqlarımız itəndə nə etməlidirlər
Erməni silahlıları cəbhənin iki istiqamətində fəallaşıblar
Kakoslu qurabiyələr (foto resept)
İlon Mask Marsda məskunlaşma üçün bütün sərvətini satacaq
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Həkimlər pasiyentlərə dərman əvəzinə göbək rəqsi oynamağı məsləhət görürlər
Portağaldan şam düzəldin
Kainatın kiçik modeli tapıldı - FOTO
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Azərbaycanda 5 gün iş olmayacaq
Gədəbəyə dolu düşdü - VİDEO
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Sosial izolasiyanın normal hala çevrildiyini göstərən şəkillər
Azərbaycanda 20 minə yaxın şagird yenidən məktəbdaxili qiymətləndirmə üçün müraciət edib
"Netflix"də yayımlanacaq ilk türk filminin tizeri - VİDEO
Piylənmə və maddələr mübadiləsi sindromu
Şaxta baba xəstəxanada
Sadə qələmlə çəkilmiş şəkillər
Rusiya COVID-19 peyvəndini uşaqlar üzərində sınayacaq - RƏSMİ
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
Kişilər niyə aldadır? (2)
"Rüzgar gülü"pizza (foto resept)
Günün qoroskopu: əlverişli zamandır
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
Şumaxerin həyatı ilə bağlı xoş xəbər
Günün qoroskopu: həm uğurlu, həm də maraqlı gündür
İsmayıllıya dolu yağıb
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
Bakı sakinlərinə XƏBƏRDARLIQ: 18:00-dan sonra çalışın küçəyə çıxmayın
Rahibələr 10 ildə daim oğurluq etdilər-FOTO
Planetimizin iki yeni peyki kəşf edildi
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)
Məşhur prodüseri öldürmək istədilər-FOTO
3 tələbə böcək yeyib sağ qaldılar
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
Enrikenin yeni doğulan körpəsi - FOTO















- ŞƏRHLƏR