Payız fəslinin gəlməsi, artıq infeksion xəstəliklərin yayılmasını gündəmə gətirib.
ANS PRESS-in məlumatına görə, həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Odur ki, payızı “xəstəliklər fəsli” də adlandırırlar. Bu fəsildə infeksion xəstəliklər daha çox hava-damcı yolu ilə keçən xəstəliklərdir. Xəstəliyə tutulanlar isə, adətən, immuniteti zəif olan insanlar olurlar. Bəs, payız fəslində bu xəstəliklərin yaranmasına səbəb nədir və onlarla necə mübarizə aparmaq olar?
Həkimlərin fikrincə, məhz, bu fəsildə xəstəliklərin yayılmasına səbəb havanın temperaturunun dəyişilməsidir. İnsanlar isti hava şəraitindən birdən-birə soyuq hava şəraitinə düşür. Bəzi insanlar temperaturun kəskin dəyişməsinə reaksiya vermirlər və geyimlərində dəyişikliklər etmirlər. Amma immun sistemi zəif olan insanlar temperaturun, mövsümün dəyişməsinə həssas olurlar. İmmun sistemi zəif olan insanlarda ümumi halsızlıq, infeksion xəstəliklərə qarşı müqavimət və iş qabiliyyəti zəifləyir.Bu xəstəliklərdən ən çox əziyyət çəkənlər isə uşaqlar və yaşlılardır. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının tibb işçisi Gülxanım Allahverdiyeva deyir ki, bu mövsüm bir sıra infeksion xəstəliklər yayılır ki, bunlardan da ən çox yayılanı tənəffüs yollarının infeksiyalarıdır: "Tənəffüs yolları infeksiyalarının havadan verilməsi mexanizmində bakterial aerozollar (damcı) və bakterial toz iştirak edir. Tənəffüs yollarının törədici mikrobları xarici mühitdə azdavamlı olan infeksiyalarda (qızılca, su çiçəyi, məxmərək, epidemik parotit) dezinfeksiya, demək olar ki, tətbiq edilmir. Dezinfeksiya, əsasən, skarlatina və difteriya zamanı aparılır. İmuniteti zəif olanlarda süni immunitet yaratmaq üçün vaksinlər (vaksinlə profilaktika) tətbiq etmək lazımdır. Peyvəndlər yalnız tibbi idarələrdə: poliknikaların, ambulatoriyaların, tibb məntəqələrinin peyvənd kabinetlərində aparılmalıdır", - deyə Gülxanım Allahverdiyeva əlavə etdi.
Səhiyyə Nazirliyindən də hər il bununla bağlı xüsusi tədbirlər gördüyünü deyildi. İnsanların xəstəliklərə tutulmaması üçün nazirliyin saytında hazırladıqları videoçarxlarda, nazirliyin nəşr etdiyi "Tibb" qəzetində mütəmadi olaraq, bu mövzuda maarifləndirici məlumatlar verilir.
İmuniteti gücləndirmək üçün qidaya da fikir vermək vacib amillərdəndir. Çalışın, daha çox meyvə (limon, alma) və tərəvəzi (sarımsaq, soğan) menyunuzda artırın. Çoxlu maye qəbul edin.Odur ki, mövsümi xəstəliklərdən qorunmaq üçün qabaqlayıcı tədbirlər görsəniz daha yaxşı olar. Payız gələndə hava ritminə uyğun geyinin. Bir də görürsən, günün birinci yarısı hava günəşli olur, ikinci yarısında isə birdən dəyişir, havanın hərarəti enir. Belə havada uzun müddət yüngül geyimlə qaldıqda, bədəninin temperaturunun aşağı düşməsi soyuqdəyməyə gətirib çıxarır. Soyuqdəymə isə xroniki xəstəliklər olan xroniki bronxiti, faringiti və başqa fəsadları daha tez üzə çıxarır. Bu aylarda geyiminizə və qidanıza daha çox diqqət yetirsəniz, sağlam qalarsınız.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Manatın məzənnəsi
Azərbaycanda məktəblərdə yoxlamalar başlanır
Bu kəşf alimləri qorxutdu
Nataşa Korolyova sosial şəbəkədə gündəm oldu-VİDEO
İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndinin görüntüləri - VİDEO
Sarı balqabaqlı sote (foto resept)
Seren Serengil Deniz Akkayadan ŞİKAYƏT etdi-SƏBƏB
Barak Obamanın daimi kitabxanası açılacaq
Uşaqların özünə inamını artırmağın yolları
Ən bahalı yataq dəsti
Burak Özçivitin 150 minlik maşını-FOTO
Bütün şəhər kəpənəklərlə doludur-SƏBƏB
Ronaldonun görməmişliyi
Yarpaq bisküvit (foto resept)
Çimərlikdəki möcüzədən xəbəriniz varmı?
Dövlət Xidmətindən Aİ-92 benzini ilə bağlı sahibkarlara XƏBƏRDARLIQ
WhatsApp-da dostları izləmək mümkün olacaq
Qozlu xarço şorbası
ABŞ-da 10 dollara malikanə satılır
Koreyalılar koronavirusu əvvəlcədən PROQNOZLAŞDIRIBLAR
85 yaşlı qadın fenomen oldu - VİDEO
Kişilər niyə evdən qaçır?
Lavrovdan Dağlıq Qarabağ AÇIQLAMASI: "Başqa yol yoxdur"
"Vüqarı bütün dünya şahmatı itirdi"
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Günün qoroskopu: Əhvalınızı pozmayın!
Paytaxt sakinlərinin NƏZƏRİNƏ!
Kolbasa alarkən nələrə diqqət etməliyik?
Kosmosa 12 günlük səyahət - Qiymət açıqlandı/Video
7 yaşlı azərbaycanlı dünya çempionu oldu
Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb - RƏSMİ
Metro və avtobuslar işləməyəcək
Göz qurumasına səbəb olan faktorlar
Sənədsiz evlərlə bağlı yenilik
Düşmənin döyüş texnikası və sursatları məhv edilib - VİDEO
Aslı Enver idmana başladı-FOTO
Yaponiyalı alim insanı sürətlə qocaldan QİDALARI AÇIQLADI:
Həbsxanadan belə qaçış ancaq filmlərdə olur - FOTO
Kəs və yapışdır-17
Yevlaxda qeyri-adi olay
8 günlük qeyri-iş günləri ilə bağlı daha bir önəmli AÇIQLAMA
Aleyna Tilkinin 15 minlik geyimi-FOTO
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
Sabah Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edildi
İlham Əliyev Qırğızıstanda səfərdədir
Fransız qadınlarının gözəllik sirləri
UEFA-dan yeni format
"Yuventus" "Borussiya"nın futbolçusuna elçi düşüb
Viktoriya Bekhem xəstəxanalıq oldu
Dünyada ilk dəfə: insan başı köçürüləcək















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]