
İsti nəfəsi ilə təbiəti oyadan yaz fəslinin gəlişi özü ilə bərabər müəyyən mövsümi xəstəlikləri də gətirir. Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan yazda insan orqanizmində bir sıra dəyişikliklər baş verir.
El arasında "qanın durulması" dövrü adlanan yaz fəslində immun sistemi zəiflədiyindən insanlarda ümumi halsızlıq yaranır və infeksion xəstəliklərə qarşı müqavimət zəifləyir. Orqanizmdə maddələr mübadiləsi sürətlənir ki, bu da vitaminlərə, minerallara və zülallara ehtiyacı artırır.
Həkim-terapevt Qasım Allahverdiyevin fikirlərinə görə, yazın gəlişi ilə bütün xroniki xəstəliklər kəskinləşir. Buna səbəb isə havanın temperaturunun kəskin dəyişməsidir: “Toza, çiçəklərin ətrinə qarşı güclü allergiya baş qaldırır. Boğulma, astma, astmatik bronxitlər əmələ gəlir”.
Həkim bizimlə söhbətində bildirdi ki, immun sisteminin zəifliyi qışda vitamin balansının azalması ilə özünü büruzə verir:
“Vitamin preparatlarını çox qəbul etməyə ehtiyac yoxdur. Tərəvəzin bol vaxtıdır, elə onun özü güclü vitamin balansını təmin edəcək”.
Terapevtin sözlərinə görə, xüsusən mədə-bağırsaq sisteminin xəstəlikləri, uşaqlarda allergik xəstəliklər fəsil dəyişkənliyi olan müddətdə baş qaldırır. Həkim-terapevt bizimlə söhbətində mövsümi xəstəliklərin ev şəraitində müalicəsi haqqında da müəyyən məlumat verdi:
“İtburnu çayı qəbul etməlidirlər. Onun tərkibində C vitamini çoxdur. Bu vitaminin qəbulu bəzi xəstəliklərin qarşısını alır. Çobanyastığı çiçəyi dəmləməsi içsələr, mədə-bağırsaq sistemi yaxşı işləyəcək. Bir də cökə çiçəyini çay kimi qəbul etsələr, demək olar ki, zökəm xəstəliyinə qalib gələ bilərlər”.
Bildirək ki, yazın gəlişi ilə bağlı insanların psixologiyasında da müəyyən problemlər yaranır. Psixoloq İlham Məmmədovun fikirlərinə görə, iqlim dəyişkənliyinin nəticəsi olaraq, orqanizmdə biokimyəvi stress yaranır ki, o da öz növbəsində bir sıra fəsadlara gətirib çıxarır:
“Həkimlər nəyə görə deyirlər ki, yaz fəslində daha çox vitaminlər qəbul etmək lazımdır? Çünki bu fəsildə orqanizmdə tələblər artır və orqanizm bunlara uyğunlaşmalıdır. O uyğunlaşma prosesini keçənə qədər, əlbəttə, orqanizmdə müəyyən gərginliklər olur, bu da stressin əmələ gəlməsinə gətirib çıxarır. Stress orqanizm üçün əlverişsiz şəraitə cavab reaksiyasıdır”.
Mövsüm dəyişikliyi ilə əlaqədar insanlar orqanizmlərində olan müəyyən xəstəliklərin müalicəsini düzgün həyata keçirib, normal qidalansalar, yaz fəslində bu xəstəliklər daha da kəskinləşib müəyyən psixoloji hallara gətirib çıxarmaz.
XƏBƏR LENTİ
Komitə sədri: “Azərbaycan yeganə ölkədir ki, 2020-ci ili qələbə ilə qeyd edəcək”
Meyvələr artıq çəki yaradırmı?
Azərbaycanda pasportlarla bağlı vahid qanun formalaşır
Melaniya Tramp Ağ Evi bəzədi - VİDEO - FOTO
Azərbaycanlılar Rusiyada ev almağa axışır
Bakıda şaxta olacaq
Qarpızın faydaları
Ən böyük şəbəkə Çində olacaq
Vazelinin bilmədiyimiz faydalı xüsusiyyətləri
Günün ulduz falı - 21.09.2013
Azərbaycan niyə maraqsızdır?
Gözəl formalı tortlar
Whatsapp-da daha bir yenilik
Hansı dəri pəhrizi sizə uyğundur?
Yol polisi kimləri cərimələyə bilməz?
Fitness haqqında bilinməyən 3 fakt
Günün ulduz falı
Uşaqların saçın uzatmaq ziyanlıdırmı?
Qışda yeyilməsi lazım olan ərzaqlar
Təqaüd almaq istəyənlərin nəzərinə!
İşğaldan azad olunan Xudafərin kəndindən VİDEOREPORTAJ
84 kiloqram arıqladı - inanılmaz görkəm aldı - FOTO
Payızın gözəl olduğu məkanlar
Yataq paltarları
Buddadan 14 dərs
Lavrov yenidən Bakıya gəlir
Ronaldudan emosional paylaşım
Ermənilərin yalanlarını sübut edən daha bir sənəd üzə çıxıb
İmtahanla bağlı yenilik
Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü
Azərbaycanla İran arasında imzalanan bəyannamənin detalları
HAVA necə olacaq?-21 dekabr
Bığ-saqqal üzrə dünya çempionatı keçirilir
Fransada hicaba icazə veriləcək?
Köhnə film ulduzların palto dəbi
Böyük hücum planı
Sevginiz sağlamdırmı?
Azərbaycanda internet: niyə ehtiyat variant yoxdur?
Ukraynada müxalifət inzibati binanı ələ keçirdi
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Yaponların növbəti möcüzəsi
Dəbli geyimlər
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Fikrət Məmmədov hakim və ədliyyə işçilərinə tapşırıq verdi
Fərizənin anası:"Hələ də ürəyim əzilir"
Ağstafa sakinin 201 yaşlı royalı-VİDEO
Bakının mərkəzindəki gülməli haldan yazdıq, problemi həll etdilər
Putin 7 rayonu necə qaytarır?
İstirahət gününün HAVAsı
İlk dərs gününə gözəl hava müjdəsi















- ŞƏRHLƏR