Bədənimizin 65%-i sudan ibarətdir və bədənin su ehtiyacının qarşılaması üçün gündə 1.5-2 litr su içmək məsləhət görülür. Hətta hamiləlik, yüksək temperatur və məşq kimi vəziyyətlərdə bundan daha çox içmək lazım olur. Sağlam qalmağın təməl daşı olan su, bədənimizdə çatışmadığı zaman bəzi əlamətlər ortaya çıxarır. Bu əlamətləri nəzərə alıb tədbir görmək lazımdır.
1. Susamaq
Əlbəttə ki, susamaq bədənin susuz qaldığının ilk sübutudur. Lakin susuzluğu hiss etmək, bədənin su balansının çox aşağı olduğu mənasına gəlir. Bu səbəblə su içmək üçün susamağı gözləməyin. Gün ərzində susuzluq hiss etməsək də, müəyyən aralıqlarla su içməliyik. Xüsusilə yaşlı insanlar susuzluğu az hiss edirlər. Bu səbəblə müəyyən yaşın üzərində olan insanlar daha diqqətli olmalıdır. Eyni zamanda qidalanmağımıza da diqqət göstərməliyik. Çünki bədən suyu təkcə sudan deyil, tükətdiyimiz qidalardan da əldə edir. Unutmamaq lazımdır ki, su vaz keçilməyən yeganə içkidir. Şəkərli içkiləri mümkün olduğu qədər az içmək lazımdır, çünki onlar bədənin daha da susuz qalmasına səbəb olur.
2. Sidiyin rəngi
Bədənin susuz qaldığının digər bir sübutu sidikdəki rəng dəyişiklikləridir, nə qədər tünd rəng olsa, o qədər susuz qaldığınız mənasına gəlir.
3. Aşağı təzyiq
Aşağı təzyiq də susuzluğun əlamətləri arasındadır. Su çatışmazlığı qan təzyiqinin düşməsinə səbəb olur və bu da bütün orqanların işləməsinə təsir edir. Bu səbəblə su çatışmazlığı orqanlara da zərər verir.
4. Baş dönməsi
Susuzluq baş dönməsinə səbəb ola bilər. Bədən susuz qaldığı zaman orqanizmlərin bəzi hissələrinə su gedib çatmır, bu səbəblə də baş dönmələri hiss edilə, hətta bəzən nitqdə pozulmalar da yarana bilər.
5. Baş ağrısı
Bədən susuz qaldığı zaman baş ağrısı hiss edə bilərik. Bədənin bio-kimya reaksiyalarının çoxu suda əmələ gəlir. Bu səbəblə susuzluq, beyin də daxil olmaqla bədənin bütün sistemini pozar. Susuzluğun xəbərçisi olaraq baş ağrısı da müşahidə oluna bilər.
6. Qıcolma
İdmançılar bunu yaxşı bilir. İdman edərkən yetəri qədər su tükətmədiklərinə bədənin müxtəlif yerlərində qıcolma müşahidə olunur. Susuzluq bədənin mineral duz itkisinə səbəb olur, bunu nəticəsi olaraq da qıcolmalar yaranır.
7. Konsentrasiya pozulması Bədən susuz qaldığı zaman qan təzyiqi düşür. Qan təzyiqi düşdüyü zaman isə qan axışı ürək və ağ ciyər kimi həyati orqanlara üstünlük verir və digər orqanlara qan gedib çatmadığınından beyinə də daha az oksigen girir. Bu da konsentrasiyada pozulma əmələ gətirir.
8. Qəbzlik
Susuzluğun qəbzliyə səbəb olduğunu bilirik. Bədəndəki su azaldıqca tualetə çıxmaq çətinləşir.
9. Cilddəki dəyişikliklər
Cilddəki quruluq və qızarıqlıqlar susuzluğa işarədir. Su ehtiyacını qarşılaya bilməyən cild, xarici təsirlərlə mübarizə aparmaqda çətinlik çəkir, elastikliyini itirir.
10. Günvurma
Bədənin susuz qaldığının 10 sübutu arasında günvurmanı da saya bilərik. Günvurma ciddi susuzluq əlaməti olmaqla birlikdə təcili olaraq müdaxilə edilməlidir. Günvurma, baş dönməsi, qusma, huşu itirmək və cild yanığı kimi əlamətlərlə özünü göstərir. Belə hallarda həkimə müraciət etmək lazımdır.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR