ANS PRESS-ə müsahibə verən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli mayın 16-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşün yekunları barədə həmsədr ölkələrin bəyanatını şərh edərkən bildirib ki, əslində həmsədr ölkələr Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı birləşmələrinin çıxarılması barədə müzakirələr aparmalı idilər:"Bundan sonra məcburi köçkünlərin öz evlərinə qaytarılması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üzrə danışıqlara başlanılmalı idi. Amma həmsədrlər tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizminin quraşdırılması barədə bəyanat veriblər".Politoloqun fikrincə, bu mexanizmlər Qarabağda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində xüsusi avadanlığın quraşdırılması, həmçinin təmas xəttinə bu avadanlıqlara xidmət edən xüsusi adamların yerləşdirilməsi deməkdir: "Təbii ki, bu variant status-kvonun uzadılmasına çalışan Ermənistanın maraqlarına cavab verir. Bizsə, torpaqlarımızın hərb yolu ilə azad edilməsi variantından heç zaman imtina etməməliyik".
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin adından yayılmış bəyanatda tərəflər 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişinə hörmət etməyə çağırılıb. Həmçinin bildirilib ki, gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.Əslində, bu bəyanat görüşdən öncə status-kvonun uzadılmasının müharibə riski yaratması ilə bağlı ABŞ-ın nümayiş etdirdiyi mövqedən xeyli fərqlənir. Bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Con Kirbi ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyəti "kövrək" saydığını və münaqişənin dinc yolla həlli yollarının tapılmasına tərəfdar olduğunu bildirmişdi.Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer də mayın 16-da prezidentlərin Vyanada nəzərdə tutulmuş görüşündən öncə buna bənzər açıqlama vermişdi. O, Dağlıq Qarabağda indiki vəziyyətin davam etməsinin Azərbaycanla Ermənistan arasında müharibəni qaçılmaz etdiyini bildirmişdi: "Altı həftə öncə qoşunların təmas xəttində baş vermiş gərgin döyüşlər göstərir ki, uzunmüddətli perspektivdə çoxillik status-kvo dayanıqlı deyil. Münaqişə nə qədər uzanarsa, tərəflər daha fəal silahlanar və yeni gərginlik riski bir o qədər artar. Bu hətta Ermənistan və Azərbaycan arasında müharibə ilə nəticələnə bilər".Amma göründüyü kimi, həmsədr ölkələrin XİN başçıları səviyyəsində edilmiş bəyanatda münaqişənin həlli üzrə konkret addımların atılması - Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması, məcburi köçkünlərin geri qaytarılması və s. barədə bir kəlmə də danışılmayıb. Əksinə, qoşunların təmas xəttinə status-kvonun uzadılmasına xidmət edən mexanizmlər yerləşdirilməsi qərara alınıb.
Politoloq Qabil Hüseynlinin fikrincə, həmsədrlərin bu cür bəyanat verməsində Rusiyanın rolu çoxdur: "Bu, Lavrovun mövqeyidir və görünür, Fransa da onu ciddi şəkildə dəstəkləyib. ABŞ da ümumi fikirlə razılaşmalı olub".
Əslində, ABŞ dövlət katibi Con Kerrinin şəxsi görüşləri də bu məsələdə öz əksini tapa bilər. Con Kerri ABŞ-da erməni soyqırımının tanınmasının tərəfdarlarından sayılır.
Rusiya isə görünür, status-kvonu uzatmaqla sadiq təbəəsi Serj Sarksiyanın hakimiyyətdən xətasız-bəlasız getməsinə çalışır. Sarkisyan 2018-ci ilə kimi hakimiyyətdə qalmalıdır ki, öz yerini varisinə "seçki" yolu ilə ötürsün. Qarabağ münaqişəsinin Madrid, yaxud hətta Kazan sənədlərini əsasında həlli Sarksiyanın hakimiyyətdən getməsini sürətləndirə bilər. Çünki Ermənistanda yaranmış paranoik əhval-ruhiyyə erməni ordusunun işğal edilmiş ərazilərdən çıxarılmasını qəbul edə bilmir. Bu fikri irəli sürən istənilən siyasətçi xalq düşməni elan edilir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)