
Ermənilər Azərbaycan dövlətinə düşmən münasibətlərini hər addımda sərgiləyirlər. Torpaqlarımızın 20%-ni işğal edən Ermənistan indi də dövlətimizi dağıtmaq üçün fərqli üsullara əl atıb. Bu dəfə sapı özümüzdən olan baltalardan istifadə etmək qərarına gəliblər. Düşmən ölkənin xüsusi xidmət orqanları Azərbaycan daxilində etnik zəmində nifaq yaratmağa cəhd göstərirlər. Onların Azərbaycanda azsaylı xalqları dövlətə qarşı qaldırmaq niyyətləri var.
Milli.Az xəbər verir ki, Ermənistandan dəstək alaraq separatçılığa meyl edənlər artıq öz varlıqlarını açıq-aşkar bəyan edirlər.
Bir neçə gün öncə sosial şəbəkələrdə yaradılmış qruplardakı yazışmaların təhlilini apardıq və maraqlı məqamlar üzə çıxdı. Bir qədər diqqətli olsaq, son zamanlar etnik mənsubiyyətinə görə tat olan şəxslərin sosial şəbəkələrdə fəallaşdığının şahidi olarıq.
Tat olduğunu iddia edən “Emin Shirvani” adlı istifadəçi özünü Şirvanın “Parsi” (farsi) millətinin nümayəndəsi kimi təqdim edir. Bu azmış kimi “Şirvan Azadlıq Cəbhəsi”nin (SAC) yaradılması haqqında sosial şəbəkələrdə bəyanat yerləşdirir və guya Azərbaycanın pantürkizm ideologiyası əsasında idarə olunduğundan bəhs edir.
Şirvani yaxın vaxtlarda SAC-ın gizli şəkildə Kiçik Qafqaz dağlarından Abşerona qədər mübarizəyə başlayacağını bildirib. Onun sözlərinə görə, SAC-ın əsas məqsədi 16-cı əsrə qədər Azərbaycan ərazisində mövcud olmuş Şirvanşahlar Dövlətini bərpa etməkdən ibarətdir.
“Emin Shirvani” öz internet səhifəsində qondarma “Şirvan Pars Respublikası”na məxsus himn və bayraq şəkilləri də yerləşdirib.
“Emin Shirvani"nin paylaşımları və tat separatçıların digər məlumatlarını araşdırdıqda görürük ki, kələfin ucu gedib Yerevana çıxır. Onların Ermənistan Xüsusi Xidmət Orqanları tərəfindən istiqamətləndirildiyinə şübhə yeri qalmır.
Xatırladaq ki, Ermənistan Dövlət Universitetinin İranistika Kafedrasının professoru, Şuşa şəhərində fəaliyyət göstərən “Talışıstanın səsi” radosunun rəhbəri Qarnik Asatryanın sədrliyi, eləcə də ermənilərə məxsus, “Modus Vivendi” Mərkəzi və “Hyksos” fondunun təşkilatçılığı ilə ötən il may ayının 16 və 17-də Yerevan şəhərində “Tatşünaslıq” üzrə 1-ci beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycanda yaşayan tatlar “qafqaz farsları” kimi qələmə veriliblər. Tatların guya ölkəmizdə hakimiyyət tərəfindən məqsədli şəkildə assimilyasiyaya uğradıldığı deyilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
İlk dəfə deyil ki, Ermənistanın xüsusi xidmət orqanları Azərbaycan daxilində etnik zəmində nifaq yaratmağa cəhd göstərirlər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Salatlar
10 milyon dollarlıq alma satılır-FOTO
Rəngarəng dəst geyimlər
Putin İlham Əliyevə məktub göndərdi
Hilari Daff nişanlandı-FOTO
Kompüterlə təmasda olanlar, oxumağınız vacibdir!
Övladların valideynə borcu
İstənilən vaxt düşmənin başını əzməyə hazırıq - Vaqif Dərgahlı
Yaşlanmanı gecikdirmək üçün nə etməli?
Səbəbi bilinməyən nevroloji xəstəlik
Qırmızı aksessuarlar
İstirahət günü hava əhvalınızı korlaya bilər - XƏBƏRDARLIQ
Cəbhədən XƏBƏR VAR
Atəşkəs yenidən pozuldu
Nazirlər toplanırlar - Türkiyədə
Azərbaycan raket istehsal edəcək
Göz qələmini 3 aydan artıq işlətməyin
Nazirlik borclu şəxslərin siyahısını yaydı
Ünvanlı sosial yardımla bağlı qaydalarda dəyişiklik - QƏRAR
Serdar Ortaç söz-söhbətə son qoydu-FOTO
Yay meyvələrinin bilinməyən faydaları
Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin qarşılıqlı artırılması imkanlarını öyrənirlər
Viktoriya Bekhem qapalı geyimi ilə rəğbət topladı - FOTO
Ermənistan təcavüzünün reallıqları ABŞ mediasına təqdim olunub
Hər kəs bu Evlilik Təklifindən danışır
Mənim əl işlərim
Körpəmizi ilk anından qoruyaq
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Çiyələk souslu keks (foto resept)
Allahın nəzərdən xəbəri yoxdur?
Dekorasiyada mavi rəng dəbi
İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü
Azərbaycana vizasız gələcəklər
Apple Yaponiyada uduzdu
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
Xudafərin körpüsünün görüntüləri yayılıb - VİDEO
Batareya texnologiyasında inqilab olacaq
Ailə quracaq şəxslərə qadağa
Qara istiot
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
Ən eybəcər idi, tam dəyişdi -FOTO
Şokoladlı yumşaq qrilyaj (foto resept)
Hamı oktyabrın 16-nı gözləyir
Pişiklər maye kimidir
Azərbaycana gələn pullar azaldı
Ana südüylə qidalanan uşaqlar daha intellektual olur
Sevdiyinizi xoşbəxt etmək üçün 8 hərəkət
Dodaq boyasının rənginə görə xarakter analizi
Hamiləlikdə saç tökülməsi
Hələ belə toy görünməyib















- ŞƏRHLƏR