Valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov bildirib ki, Ailə Məcəlləsində əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduqları təsbit olunub.
Vəkil deyir ki, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
“Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən aliment tələbi valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verilməsindən asılı olmayaraq məhkəmə onların hamısını nəzərə ala bilər”, Novruzov deyib.
Vəkilin sözlərinə görə, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar, həmçinin valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
Novruzov bildirib ki, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.
“Uşaqların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla müəyyən edilir”, o deyib.
Vəkil qeyd edib ki, əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin bağladığı sazişlə də müəyyən oluna bilər.
“Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı və ödənilməsi qaydası və üsulları tərəflərinin razılığı ilə müəyyən olunur”, hüquq məsləhətçisi deyib.
Müəyyən olunmuş aliment aliment ödəməli olan şəxsin qazancından və digər gəlirlərindən tutulur. Qazanc və digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən tutulur. Bu vəsaitlər çatışmadıqda isə tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.
Aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda aliment öhdəliklərinə xitam verilir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Prezident İlham Əliyev Vladimir Putini evinə çay süfrəsinə dəvət edib - FOTO
3 günə 1 kiloqram arıqladan pəhriz
Qidadan zəhərlənmə sağlamlıqda ömürlük iz qoyur
TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ
İcra başçısının jurnalistlərə verdiyi “Tissot” saxta çıxdı
Meyvəli tort - 2 (foto resept)
Fahriye və Burak uşaqları ilə bağlı hazırlıqlara başladılar
2013 nələr vəd edir?
Aleyna Tilki dondurma reklamında
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
Astroloqun Azərbaycan üçün 2015 proqnozu
Prezident İlham Əliyev Ərdoğana zəng edib
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Oruc tutmağın faydası və qaydaları
Ən kasıb prezident
Qeyri-adi fotoşop nümunələri
Azərbaycanda il ərzində yeni Ayın təzələnmə vaxtı açıqlanıb
Hamiləlik dövründə hansı qidalara üstünlük verməli?
İlham Əliyev: “Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir”
Bədənizdəki xallar sizin haqqınızda nə deyir TEST
Ermənilər yenidən mülki əhalini top atəşinə tutdu: Ölənlər var - RƏSMİ
Bakıda hərəkət iflic oldu
Günahları məhv edən amillər
Azərbaycanda dərslik kitabları ləğv oluna bilər
Alişanın xanımı Tənqid hədəfinə çevrildi-SƏBƏB/FOTO
Ən populyar ixtisasların keçid balı açıqlandı
Türkiyəli məşhurlardan Azərbaycana Qarabağ DƏSTƏYİ
Dünyaya sərt mesaj verdi
NASA: Noyabrda dünya qaranlığa qərq olacaq
İncə bilərziklər
Qadınlara özəl: xoşbəxt olmaq üçün bunları etməyin!
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda(2)
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Saçları gözəlləşdirən sadə üsullar
Hava haqqında - 10.10.2013
Bütün mülkünü satıb dünya turuna çıxdı
Tanış olun: ən son Subaru Legacy
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Balıqçılar 5 metrlik akula tutdular-FOTO
Manat dollara güc gəlir
Məşhur cütlük toydan sonra İLK DƏFƏ-FOTO
Evlilikdə çətin və ən xoşbəxt illər
Məleykə Abbaszadə müraciət etdi
Məşhur aktyor Dünyanın Ən Yaraşıqlı Kişisi seçildi-FOTO
WhatsApp-dan Google bombası
Məşhur aktyor Bakıya gəlir-SƏBƏB/VİDEO
Siqaret yaddaş itkisinə səbəb olur














