
Boşanma prosesi heç də hər zaman sakitliklə ötüşmür. Tərəflər arasında bir çox problemlər və mübahisələr yaranır. Boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri də aliment məsələsidir. Bəs uşaqların saxlanılması üçün aliment hansı məbləğdə alınmalıdır? Bu məbləğ artırıla və ya azaldıla bilərmi?
Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası İsrafil Əlilinin sözlərinə görə, Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə Məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə akimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1-ci maddə). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (78.2-ci maddə).
Hüquqşünasın dediyinə görə, ailə qanunvericiliyi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan məbləğn miqdarı da qeyd olunmuşdur. Belə ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.
İ.Əlili deyib ki, yuxarıda göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Belə ki, şəxs alimentin miqdarının dəyişdirilməsini tələb edə bilər. Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunub. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər.
Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər. "Məsələn, vətəndaş yeni nikaha daxil olubsa və bu nikahdan övladı varsa, onda nikah haqqında şəhadətnaməni və həmin nikahdan olan uşağınızın doğum haqqında şəhadətnaməsinin əslini və ya təsdiqlənmiş surətini əlavə etməlidir və ya əmək haqqında azalma olmuşdursa, iş yerindən əmək haqqının azalması barədə arayışı təqdim etmək lazımdır. Yaxud, işdən çıxıbsa və heç bir yerdə işləmirsə, onda işdən çıxarılma barədə Əmrin, əmək kitabçasının və işsizliyə görə qeydiyyata alınma barədə arayışın əslini və ya surətini məhkəməyə vermək lazımdır", - deyə hüquqşünas bildirib.
XƏBƏR LENTİ
Hava haqqında - 01.10.2013
Bir dəfə də sus, bomba partlamayacaq...
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Nazirlikdən koronavirusa görə veriləcək ödəmələrlə bağlı daha bir AÇIQLAMA
Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın
Kitab"sevər"lər
Çağla Şikelin qazancı TƏƏCCÜBLƏNDİRDİ
Arutyunyan: “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
Kəpənək qalstuklarının tarixcəsi
"İstanbullu gəlin"in aktrisası öz qızları ilə çəkilmək istəyir
Qəbul imtahanlarının vaxtları açıqlandı
Azərbaycanda uşaqların cinsinə görə abortlara qadağa qoyulacaq
Kartofla dəri baxımı
İlk elektrik təyyarəsi uçdu - FOTO
Bu qadağalar hələ də qüvvədədir
Azərbaycanda uşaqları sevindirəcək yenilik
Üz quruluşuna görə papaq seçimi
Cazibədar xanımların seçimi
Hindistan tarixində ilk dəfə
Əcnəbilərə daimi yaşamaq icazəsinin verilməsi tələbləri sadələşdirilir
İlan dərisindən olan çantalar
Azərbaycan silah satacaq
Məşhurların illər əvvəl və sonrakı -FOTOları
Kərə yağını "dərə" yağından necə ayıraq?
Əriyən qar selə döndü, sakinlər təlaşda: bənd hər an partlaya bilər
Çempionlar Liqasının 4 bəxtəvər komandası
Müasir yataq otaqları
Hamı savaşa hazır olacaq
Dünyanın ilk uçan maşını satışa çıxarıldı - VİDEO
Qorxulu kadrlar: qatil belə hücuma keçdi
Yumurta sarısı qadına ana olmaqda kömək edib
Sabah leysan yağacaq
"Qadın.Net" çantası. Qurama (Dərs-6)
"Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir"
Qadınlar ən çox hansı havada intihar edirlər?
Cücə salatı (foto resept)
Uşaqlar üçün böyük xəstəlikləri
Kiprikləri uzatmaq üçün maska
"Yahoo!" 5 ofisini bağlayacaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Diş məcunu sızanaqları yox edirmi?
Sabah havanın hərarəti 36 dərəcəyə çatacaq
Kokoslu yaş keks
Azərbaycanda koronavirusa daha 28 yoluxma qeydə alındı, 59 nəfər sağaldı
Bu adalara "YOX" deyildi-SİYAHI
Xocalıda cəhənnəmi görən pilot Bakıya gəlir
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Naxçıvan paxlavası (foto resept)
Xəz gödəkçələri necə geyinməli?
Eser Yenenler yeni pəhrizə başladı















- ŞƏRHLƏR