Azərbaycanda bu ilin sonuna kimi uşaqların cinsinə görə abortlara qadağa qoyulması gözlənilir
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, selektiv abortlarla bağlı məsələ "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə daxil edilərək parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Millət vəkili vurğulayıb ki, uşaqların cinsinin müəyyənləşdirilməsi üçün ultrasəs müayinəsinə cəlb olunması və selektiv abortların qarşısının alınması bu gün üçün olduqca vacib məsələdir.
M.Quliyev deyib ki, qanunvericiliyə dəyişikliyə görə qadağa sanksiyaları tətbiq olunacaq: "Selektiv abortları həyata keçirənlərin cərimələnməsi, həkimlik fəaliyyətinin məhdudlaşdırılması, hətta cinayət məsuliyyətinə cəlb olunmasına qədər sanksiyalar tətbiq olunmalıdır. Çünki bu işdə inzibati və cinayət xarakterli sanksiyalar olmasa, maarifləndirmə tədbirləri ilə selektiv abortların qarşısını almaq çətin olacaq".
Qeyd edək ki, Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur. Selektiv abort dedikdə söhbət 12 həftədən 22 həftəyədək sosial göstərişlərə görə abortun edilməsindən gedir.
M.Quliyev bildirib ki, Azərbaycanda abortun, ümumiyyətlə, qadağan olunmasından söhbət getmir: "Buna nə cəmiyyət hazırdır, nə də sosial göstəriş var. O ölkələr abortu qadağan edir ki, orada demoqrafik proseslər mənfiyə doğru gedir. Digər tərəfdən bəzi ölkələrdə din buna icazə vermədiyindən qadağa qoyur. Azərbaycan demokratik, hüquqi dövlətdir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR