
Milli.Az musavat coma-a istinadən xəbər verir ki, yaşadıqları qeyri-adi hadisələr onları digər insanlardan fərqləndirsə də onları nə ən şanslı, nə də ən şanssız qrupa aid etmək olar.
10) Cem Tokaç
32 yaşlı Cem Tokaç Türkiyənin Mersin şəhər limanında işləyirmiş. 2009-cu ildə fevral ayında limandan çıxan bir tir yük maşını qatarla toqquşur. Tokaç qatarın sürüklədiyi yük maşınının altında qalsa da sadəcə qolu qırılır.
9) Janna Rocers
Film kimi həyatı olan Janna 18 yaşında dostuyla bərabər qayıq gəzintisinə çıxıb. O şəkil çəkərkən suya yıxılıb və üstəlik, ona kömək istəyən dostu qəfildən şüurunu itirib. Bir müddət sonra ağlı yerinə gələn dostu batmaq təhlükəsi ilə üzbəüz olan Rocersi qurtarıb.
İllər sonra isə Rocers küçədə gedərkən başına bir yarasa qonub və onu buraxmayıb. Bir müddət küçədə çığıra-çığıra gəzən Rocers nəhayət maşınına minib və yarasadan canını qurtarmaq üçün baytara gedib.
Onun digər şanssız təcrübələri arasında gülləllənmək, soyulmaq və çuxura düşmək var.
8) Ann Hoces
1954-cü il 30 oktyabrda evində yatan Hocesin başına tarixdə hələ baş verməmiş bir hadisə gəlib. Belə ki, onun evinin tavanını dələn meteroit daha sonra ayağına dəyib. Hoces tarixdə meteroit vuran ilk insandır.
7) Violet Jessop
Jessop 1911-ci ildə “Olimpik” gəmisində çalışırdı. Həmin il “Olimpik” ingilis donanmasına aid bir savaş gəmisi ilə toqquşub. Bu qəzadan sonra Jessop qorxub və guya batma riski daha az olan “Titanik”də işləməyə başlayıb. “Titanik” batanda isə Jessop sağ qalan adamlardan biri idi. 1916-cı ildə isə “Britanik” gəmisinə keçib, lakin bu gəmi də sualtı minaya dəyərək partlayıb. Bununla belə, Jessop yenə sağ qalıb. 1971-ci ildə ürək çatışmazlığından ölüb.
6) Roy Sallivan
Statistikaya görə, bir nəfəri ildırım vurma ehtimalı mində üçdür. Bir nəfəri 7 dəfə ildırım vurma ehtimalı isə 22000000000000000000000000-da birdir. Sallivan bu hadisəni düz 7 dəfə yaşayıb. Onu 1942-ci ildə ilk dəfə ildırım vurub. Bu hadisədən sonra dağdan aşağı maşınla enərkən, balıq tutarkən və evdə dincələrkən onu ildırım vurub. Bir dəfə isə arvadına paltar asmağa kömək edərkən ildırım hər ikisini vurub. Altıncı dəfədən sonra o buludların onu izlədiyini deyirmiş. Sallivan 71 yaşında intihar edib.
5) Ceyson və Cenni Lourens
Bir neçə dəfə terrorçuların hücumuna məruz qalıblar. 11 sentyabr hadisələrində cütlük Dünya Ticarət Mərkəzində olsa da, sağ qurtulub. Dörd il sonra, 2005-ci ildə Londona tətilə gedən Lourenslər metroda partladılan ərazilərdən birində olublar. Üç il sonra isə Hindistana tətilə gediblər və Mumbayda ölkə tarixinin ən böyük terror aktına düşərək sağ qurtulublar.
4) Robert Todd Linkoln
Onun tanış olduğu bütün ABŞ prezidentləri öldürülüb. Məşhur prezident Avram Linkolnun oğlu Robert Linkoln atası öləndə 21 yaşında idi. Siyasətə qoşulduqdan sonra prezident Ceyms Qarfild tərəfindən quru qoşunları komandiri təyin edildi. 4 ay sonra Qarfield onu Nyu-Cersiyə gəzintiyə çağırdı və qatara minməmişdən az öncə prezident öldü. 20 il sonra Linkoln Nyu-Yorkda bənzər bir hadisə yaşadı. Bu səfər prezident Uilyam Mak-Kinli tərəfindən dəvət edilmişdi. Mak-Kinli kürsüdə danışarkən öldürüldü.
3) Alek Alder
İngiltərədə yaşayan Alder, demək olar ki, hər cür qəzaya düşüb. 1926-cı ildə onun üzərinə ağaç aşıb, üç il sonra velosiped sürərkən maşın vursa da, sürücünün həkim olması onu xilas edib.
1939-cu ildə II dünya müharibəsinə qatılıb, lakin yeni evləndiyindən ona 5 günlük icazə verilib. Adler geri qayıtdıqda onun bölüyü başqa
yerə göndərildiyindən yeri dəyişdirilib, 6 həftə sonra isə keçmiş bölüyündəki hər kəs öldürülüb.
1942-ci ildə tankın altında qalıb, lakin torpağın palçıqlı olması səbəbiylə tank tırtılları onun bədəninin üstündən keçsə də ölməyib. Bir il sonra qaldığı evə döyüş təyyarəsi düşsə də, bundan da sağ qurtulub.
2) Freyn Selak
Xorvat musiqi müəllimi Selakın hekayəsi də Adlerinkinə bənzəyir. 1962-ci ildə içərisində olduğu qatar relsdən çıxaraq gölə düşüb, 17 nəfərin öldüyü qəzada Selakın sadəcə qolu çıxıb.
Bir il sonra mindiyi təyyarənin qapısının qəfil açılması nəticəsində Selak təyyarədən düşüb. Bir müddət sonra həmin təyyarə qəzaya uğrayıb, amma Selak ot tayasının üstünə düşmüşdü. 1966-cı ildə mindiyi avtobus gölə düşüb, amma 4 nəfər ölsə də, o sağ qurtulub. 1970-ci ildə sürdüyü avtomobil birdən-birə yanıb, Selak maşından özünü bayıra atandan az sonra avtomobil partlayıb. Eyni hadisə üç il sonra yenidən başına gəlib. 1996-cı ildə dağ yolunda maşını yoldan çıxıb, Selak özünü bayıra atandan az sonra maşın 400 metrlik uçuruma düşərək partlayıb.
2003-cü ildə 40 ildən sonra ilk dəfə lotereya bileti alıb və 1 milyon dollar udub.
1) Tsutomu Yamaquçi
İki atom bombasından sağ çıxan adam. 1945-ci ildə Yamaquçi Xirosimadan çıxmağına azca qalmış şəhərə atom bombası atılıb. O, sağ qalsa da, eşitməsini itirib və müalicə üçün şəhərdən çıxaraq Naqasakidəki evinə gedib. Evdə oturub hadisəni dostlarına danışanda ikinci bomba Naqasakiyə atılıb, amma o buradan da sağ qurtulub. 2010-cu ildə mədə xərçəngindən ölüb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Can Yamanın yeni serialı məhkəməlik oldu-SƏBƏB
Bağçalar nə vaxt açılacaq? - AÇIQLAMA
Elektron ödəmə populyarlaşır
Formada olmaq nə deməkdir?
"Azərbaycanfilm"də Bədii Şura yaradıldı
Məşhur ulduzun qızı GÜNDƏMDƏDİR-FOTO
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
Kəs və yapışdır-2
Azərbaycan 53 medal qazandı
İş yerində hədiyyələr: nə olar, nə olmaz?
Bezdirən reklam SMS-lərinin sonu çatdı?
Koronavirus yeni yolla yoluxa bilər
Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu - FOTO
Türkiyədə uçan kömür şaxtasından 9 nəfər çıxarıldı
Qadınların hislərini ələ verən 9 vəziyyət
Günün ulduz falı
Çiyələkli maffinlər(Foto resept)
Narahat idiniz? Facebook qaydaları dəyişir
Kraliçanı saraydan köçürürlər-SƏBƏB
Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?
Əliyev məşəli alovlandırdı
Putin ermənilərə "hə" dedi
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
Azərbaycanda bəzi ərzaq məhsulları bahalaşdı
Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ + VİDEO
Argentinada "Azərbaycanı kəşf et" adlı tədbir keçirilib
Həftənin ilk iş gününün havası
Yapon geyşalarının sirri
Azərbaycanda koronavirusa 1202 nəfər yoluxdu, 18 nəfər vəfat edib
Ronaldunun 10 milyonluq avtomobili - FOTO
Uşağa məktəbi necə sevdirməli?
Son 15 ilin ən aşağı tempraturlau iyun ayı
DiKaprio Azərbaycanda sevilən müğənnini lağa qoydu
Əhaliyə ŞAD XƏBƏR: Mağazalar açıldı, amma gigiyena şərtləri... - FOTO
Məşhur model sistemdən sonra öldü-SƏBƏB
Göz yaşı
Artritə qarşı... fırça
Ermənistan ordusunda qiyam baş verib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Bazar günü yağış yağacaq
Pendirli-şokoladlı tort (foto resept)
Artur Rasizadənin oxşarı tapıldı
Dünyada ilk dəfə çap evlər tikiləcək-FOTO
amfAR Kan Qala 2019
Meyvə-tərəvəzin qiyməti niyə qalxıb?
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
HAVA necə olacaq?-12 yanvar
Cardi B-yə nə olub?-FOTO
Baş ağrısından dərmansız qurtulmağın SADƏ YOLU
Ali məktəblərə qəbul olanların qeydiyyatı bu gün başa çatır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]