Yalnız sağlam insan özünü xoşbəxt hiss edə bilər.
Sağlamlığı qocalığa kimi saxlamaq mümkündür. Həkimlər daim təkrar edir ki, insan orqanizmi çox davamlıdır və müəyyən qaydalara əməl etdikdə sağlamlığı ahıl yaşlara qədər qoruyub saxlamaq mümkündür. Bəzən adi gündə etdiyimiz hərəkətlər, gödüyümüz işlər bizim sağlamlığımızı korlayır və sonra biz təəccüblə həkimlərdən soruşuruq - bu xəstəlik məndə niyə əmələ gəldi? mən nəyi düz etmədim?
Burada biz qadın sağlamlığına mənfi təsir edən bəzi amilləri sadalamaq istəyirik.
1. Təmizkarlıq çox yaxşı xüsusiyyətdir. Lakin bəzən təmizkarlıq qadınlarda sanki xəstəliyə çevrilir. Qadın buna ciddi səbəb olmadan evini daim təmizləyir, yuyur, yığışdırır və bu zaman çoxsaylı kimyəvi vasitələrindən istifadə edir. Həkimlərin fikirinə görə, qadınlar arasında kişilərlə müqayisədə daha çox yayılmış astma, müxtəlif allergik, autoimmun xəstəliklərinin səbəblərindən biri məhz onların orqanizminə kimyəvi vasitələrin daim təsiridir.
2. Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün çox ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.
3. Dar cins şalvarlar və beldən aşağı olan şalvarlar sidik kisəsini, bağırsaqları, qadınların cinsiyyət orqanlarını saxır, bu orqanların qanla təchiz olunmasını pozur, müxtəlif pozulmmaların inkişafına təkan verir.
4. Qadınlar tez-tez dizləri üzərinə ağır əşyaları (çantalar və s.) qoyur, uşaqları əyləşdirir. Bu vəziyyətdə aşağı ətrafların venaları həddindən artıq dərəcədə yuklənmiş olur. Bu isə varikoz xəstəliyinin inkişafına təkan verir.
5. Qadınlar tez-tez ağır çantaları qaldırır və daşıyır. Bu isə onurğa problemlərinə, varikozun inkişafına təkan verir.
6. Yuxunun az olması qadınların sağlamlığına çox mənfi təsir edir - ürək-damar sistemi, şəkərli diabet və digər xəstəliklərin riskini artırır. Kişi orqanizmi yuxunun az olmasına daha davamlıdır.
7. Qadın daim dabanı 3-4 sm-dən hündür olan ayaqqabı geyindikdə (xüsusilə "şpilka" dabanı olan ayaqqabılar), onun onurğa sütunu çox ciddi gərginliklərə məruz qalır ki, bunun nəticəsində qadında onurğa sütunu xəstəlikləri inkişafı edə bilər. Bundan əlavə belə ayaqqabılar varikoz xəstəliyinin, pəncə və oynaqlar problemlərin inkişafına təkan verir, müxtəlif travmalara (çıxıq, sınıq) səbəb ola bilər. Daim hündürdaban ayaqqabı geyinən qadınlarda daxil orqanlar öz yerini dəyişir və bu da müxtəlif pozulmalara yol açır.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
