ANS PRESS-in məlumatına görə, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq ə bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək həvalə olunub.
1. 188-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma
188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
188.4.1. təkrar törədildikdə;
188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
2. 314-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 314-1. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə
314-1.1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-1.2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-1.3. Bu Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
3. 314-2-ci maddənin adına “torpaq sahələri ayırma,” sözlərindən sonra “yaxud” sözü əlavə edilsin.
4. 314-2.2-ci maddədə “ayırma,” sözü “və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud” sözləri ilə əvəz edilsin.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb
Dəniz qaraçıları: suda yaşayan xalq
"Amazon"un təsisçisindən maraqlı test-FOTO
Sinoptiklərdən müjdə
Kayli Markın yerini tutdu-ən varlı gənc!
Bakıda ərzaq qıtlığı təşvişi
Bülent Ersoy 6 saata 500 min xərclədi-FOTO
Hansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu - RƏSMİ
Beren Saatın qaynanası BOŞANMAdan danışdı-FOTO
Azərbaycan ilan zəhəri sata bilər - Artıq türk şirkəti ilə danışıqlara başlanılıb
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Qədr gecəsi hədislərdə
Həm ziyarət, həm ticarət
Tailand kralı Azərbaycan prezidentini təbrik edib
Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı
Füzuliyə komendant təyin edildi
Putin azərbaycanlıları maraqlandıran KRİTİK QƏRAR İMZALADI - VİDEO
Xoşbəxt uşaq böyütməyin yolları
Uşaq pulunun bərpası yenidən gündəmdə - Təkliflər hökumətə göndərildi
Azərbaycanda yeni virusa yoluxan mal-qaranın 95 faizi sağalıb
Depressiyaya qalib gəlmək üçün bunları yeyin!
Bakıda kirayə mənzil bazarı bahalaşdı
Əhalinin sağlamlığının risk amillərinin öyrənilməsinə dair yeni tədqiqata başlanıldı
Rəsmi Bakıdan Ermənistanın Şuşada kilsənin vurulması yalanına SƏRT REAKSİYA
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Azərbaycanda xanımların "arıqlamaq" səhvi
Körpəniz mışıl-mışıl yatsın deyə...
Məşhur serialla bağlı yeni qərar verildi
Hava haqqında
Uşaqlarınızı qripdən qoruyun
Ancelinaya bənzəməyə çalışan Səhər boynunu qırdı-FOTO
Günəşdə növbəti qasırğa
Bakının bəzi ərazilərində hiss olunan kəskin qoxunun səbəbi nədir?
Bakıda ictimai nəqliyyatda gediş haqqı artacaqmı? - AÇIQLAMA
Azərbaycanda seçici siyahılarının hazırlanması praktikası digər ölkələr üçün nümunə ola bilər
Vazelinin dəriyə faydası
Keyt Holmsun metro "səyahəti"-FOTO
Bu gün nə bişirim?
Toya gedənlər üçün tövsiyələr
5 dollara aldığı fincan tarixi eksponat çıxdı - FOTO
Şeyma Acunun kanalında çalışacaq
Rəngarəng ayaqqabılar
Sabahın HAVAsı
Çörəklə bağlı rəsmi açıqlama
Megan bir daha diqqət mərkəzində-FOTO
Günün geyimi
Sabahın HAVAsı
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Azərbaycan ağır atletika üzrə dünya rekordunu yenilədi
Kişilərin ağlını başdan necə çıxarmaq olar?
