“Cəbr (məcburiyyət)” və “ixtiyar (seçim edə bilmək)” [mövzusunda] Fəxr Razi və Xacə [Nəsirəddin Tusi arasında] fikir ayrılığı - Fəxr Razi cəbr [əqidəsinə] inanır. Özünün “Muhəssəl” [əsərində] bu əqidəsininin [doğruluğunu] ibsat etmək üçün bir neçə dəlil söyləmişdir. Ondan fərqli düşünən Xacə isə Fəxr Razinin cəbrin isbatında söylədiyi dəlilləri rədd edir. İndi isə növbə ilə onların fikirlərini qeyd edib, sonra təhlil edəcəyik.
Fəxr Razı “Muhəssəl” və “Məalime usuliddin” [əsərlərində] özünün “insanın hərəkəti (gördüyü iş) qeyri ixtiyarı [baş verir] və iradənin hərəkətə hər hansı bir təsiri yoxdur” əqidəsi haqqında belə deyir:
Əgər bir insan bir işi icra edərkən onu tərk etmək qüdrətinə sahib deyilsə deməli ixtiyar sahibi deyil və məcburdur. Bu fərziyyə isə “ixtiyar” tərəfdarı olan Mötəzilə [firqəsinin] əqidəsinin puç olmasını ortaya qoyur. Əgər insan işi tərk etmək seçiminə [sahib] olarsa və onun işindən üstün tutulan [digər] bir iş [mövcud] olmazsa [bu zaman] “üstün tutulan olmadan üstün tutmaq [prinsipinin]” zərurəti yaranacaq ki, [bu da öz- özlüyündə] qeyri mümkündür. Əgər işin üzərinə hər hansı bir üstün tutula bilən [digər bir iş mövcud olarsa] və belə olduqda işin hasil olmaması da mümkün olarsa, üstün tutulanın hərəkətin baş vermə və ya verməmə zamanına olan nisbəti bərabər olacaqdır. Bunun gərəkcəsi üstün tutulan olmadan üstün tutmaq olduğuna görə ehtimala zidd olur və qeyri mümkündür. Əgər hərəkət (iş) üzərində üstün tutulanın mövcud olması ilə hərəkətin hasil olmaması qeyri mümkün və hasil olması vacib olarsa insanın ixtiyar və iradəsinin onun hərəkətinə təsir etmədiyi isbat olunar ki, nəticə də elə budur.
Əgər bir şəxsin özü hərəkətinin icraçısı olarsa həmin hərəkət haqqında müfəssəl elm [və bilik] əldə etməlidir. Əgər belə olmazsa [o zaman] müfəssəl elm olmadan ixtiyari hərəkətin yaranması nəticəsində Allah-taalanın da öz işinə qarşı elmi olmaması zərurəti yaradacaqdır. Yəni Allahda alimlik [sifətinin] inkarına gətirib çıxaracaq ki, bu da qəbul edilməzdir. Digər tərəfdən də bilrik ki, müfəssəl elm olmadan da bir insan iş görə bilər. İnsanın yuxuda gördüyü iş kimi. Yaxud ləng hərəkət edən bir şəxs kimi. Burada sükunət onun hərəkətinə ziyan vurur. Özü həmin sükunəti yaradan olsa da amma həmin sükunət haqqında elmi yoxdur. Bəzi hallarda insanın hərəkətinin onun iradəsinə bağlı olmadığını isbat etdikdən sonra deməli [belə bir nəticəyə gəlirik ki,] ümumiyyətlə insanın hərəkəti (işi) onun ixtiyarı əsasında baş vermir.
Xacə, Fəxr Razinin ixtiyari [seçim əqidəsinin] doğru olmadığını isbatlamaq istədiyi dəlilə cavab verərkən belə deyir: “Yaratmaq, öz – özlüyündə icraçının öz hərəkətinə alim olmasını tələb etmir. Əgər belə olmasa öz nəticələrindən xəbərdar olmayan od və günəş kimi həmin nəticələrin icraçısı olmasın. Halbuki belə deyildir. Elmsiz (xəbərdar olmadan) yaratmaq, Allahın alim olmaq isbatını inkar etmir. Allahın alim olmasını isbat etmək istəyənin dəlili Allahın yaradan olmasına əsaslanmır bəlkə onun hərəkətinin və işinin məsləhət və hikmət üzündən baş verməsinə əsaslanır ”.
Fəxr Razi “bir insanın ixtiyari formada icraçı olması” fikrinə əsaslanan öz digər dəlilini belə əsaslandırır:
“Əgər fərz etsək ki, Allah-taala bir cismin hərəkətə gəlməsini və bir insan isə onun sükunətdə olmasını istəyir. Heç birinin iradəsinin həyata keçməməsi qeyri mümkündür. Çünki hər hansı birinin iradəsinin həyata keçməməsi digərinin iradəsinin həyata keçməsindən asılıdır. Hər ikisinin həyata keçməməsi isə hər iki iradənin həyata keçməsini tələb edəcək ki, bu da qeyri mümkündür. Əgər birinin iradəsi –Allah və ya insanın- həyata keçərsə -hər iki iradə təsir göstərməkdə bərabər olduğuna görə- birini üstün tutmağa görə olmalıdır. Deməli, üstün tutmaq mövcud olmadan onlardan heç birinin təsir göstərməkdə qabağa düşməsi olmayacaqdır. Deməli, belə nəticəyə gəlirik ki, bir insanın hərəkəti onun iradəsinin nəticəsi deyil, digər təsir göstərənin nəticəsi olacaqdır”.
Xacə Tusi, Fəxr Razinin “əgər insanın hərəkəti ixtiyari olarsa qeyri mümkün şeyə səbəb olacaqdır” ifadəsinin cavabında belə deyir: “Əgər Allah, bir cismin hərəkətə gəlməsini və insan isə onun sükunətdə olmasını iradə edərsə şübhəsiz ki, hərəkət baş verəcəkdir. Çünki Allah-taalanın iradə qüdrəti daha güclüdür. Qüdrətlərin bərabər olması mühakiməsi doğru deyildir. Bir məsafəni müəyyən bir müddətdə ötə bilən qüdrətlə müqayisədə digər bir qüdrət bəzən ondan bir neçə dəfə çox müddətdə ötə bilər. Bəzən “güclü” zəifin hərəkətinə mane olsa da lakin bunun əksi doğru deyildir”.
Fəxr Razi cəbrin inkar edilməsində ixtiyar [əqidəsini] qəbul edənlərin əqli dəlilini qeyd etdikdən sonra onu rədd etməklə müxalif dəlili zəiflətmək və [nəticə etibarı ilə] cəbr əqidəsini gücləndirməyi düşünür. Onun bu məsələdə fikri belədir: “İxtiyarı qəbul edənlər deyirlər: İnsanın işi əgər Allah tərəfindən olarsa, deməli insanın bir iş görməsi mümkün olmayacaqdır. Çünki əgər Allah həmin işi xəlq etmiş olarsa vacib olacaqdır. Əgər xəlq etməmiş olarsa qeyri mümkün olacaqdır. Cavabı odur ki, ixtiyar ifadəsində də bu nöqsanlı məna vardır. Çünki işi etmək və ya tərk etməkdə iddia bərabər olarsa, etmək və ya tərk etməkdən hər birinə üsünlük vermək qeyri mümkün olacaqdır. Əgər bir –işi həyata keçirtmək və ya tərk etmək- iddiasından birinə digəri ilə nisbətdə üstünlük verilərsə, üstün tutulan vacib, üstün tutulmuş isə qeyri mümkün olacaqdır. Digəri budur ki, əgər Allahın elmi işə aid edilərsə həmin iş vacib olacaqdır. Əgər işi tərk etməyə aid olarsa iş qeyri mümkün olacaqdır. Buna görə də cəbr və ya ixtiyara inanmaqdan asılı olmayaraq insanın hərəkətləri ya vacib ya da qeyri mümkün olacaqdır. Deməli, bir- birinin ixtiyarı üzərində ifadəyə görə bir insana əmr və ya qadağa etmək də doğru olmayacaqdır. Cavab odur ki, Xosrovun etdiyi hər şey şirindir (yəni güclü nə edirsə haqqlıdır prinsipi) Allahın işində doğru deyildir. Bizim işlərimiz onun [iradəsinə bağlı olsa da yenə də] bizə əmr və qadağan edir. Allahın əmr və qadağası bizim ixtiyar [sahibi olmağımızın] dəlili deyildir”.
Xacə bu etirazın cavabında deyir:
“Fəxr Razinin dediyi “əgər cəbr və ya ixtiyara inansaq, insanın hərəkəti ya vacib ya da qeyri mümkün olacaq və deməli insan üçün əmr və qadağa mümkün deyil” ifadəsi doğru deyildir.Çünki “iş görmək insanın ixtiyarına bağlıdır” fikrinə inanan Motəzəilə tərəfdarı zərurət iddiasındadır. Fəxr Razi bir dəlil ilə ixtiyarı inkar etmək istəyir. Fəxr Razinin “üstünlük verənə vacib olan hərəkətə daha qüdrət aid olmaz” ifadəsi doğru deyildir. Çünki “hərəkətin vacib olması” bir insanın işi həyata keçirtmək və ya tərk etmək qüdrəti ilə zidd deyildir. Habelə “Allahın elmi əgər işin mövcud olmasına aid olarsa həmin iş vacib olacaqdır və daha insanın işi olmayacaqdır” ifadəsi də doğru deyildir. Çünki “işin vacib olması” əgər insandan ixtiyarı və ya icraçılığı inkar edirsə Allahdan da ixtiyar və səbəbkarlığı inkar etməlidir.
Nəticə:
Cəbr və ixtiyar məsələsində Fəxr Razi bir sıra dəlillər söyləyərək insanın hərəkətlərinin onun özünə deyil, Allaha məxsus olduğunu söylədi.
Xacə onun dəlillərindən hər birinə ayrılıqda cavab verdi. Tusinin “cəbr əqidəsini rədd etməsi” onun Mötəzilənin fikri olan “ixtiyarı” qəbul etməsi anlamına gəlmir. Bəlkə İmamiyyə əqidəsi olan “nə məcburiyyət və nə təfviz (tam ixtiyar sahibi olmaq)” əqidəsini qəbul edir. Bu barədə “Təlxisul- muhəssəl” və “Şərhe risalətul elm” də belə deyir:
“Cəbr və ixtiyar məsələsində haqq söz imamiyyə əqidəsidir. Yəni nə cəbr və nə də tam ixtiyar”. Bu ifadənin həqiqətini anlamayan haqqı tapmamışdır. “Şərhe risalətul elm” də öz ifadəsinə belə davam edir: İxtiyar [sahibi olmaq] mühakiməsi onun üçündür ki, hərəkətə “yaxın səbəb” olan insana diqqət yönəldilmiş və “uzaq səbəb” olan Allah unudulmuşdur. Əgər hərəkətin bütün səbəblərinə diqqət edilərsə nə cəbr və nə də tam ixtiyar sahibi olmaq ifadəsi doğru deyildir.
Deyilən məsələləri təkrar etmirik lakin cəbr etiqadında olan Fəxr Razinin ifadəsi fikimizcə qüsurlu olduğu üçün bir neçə məsələni qeyd edirik:
1. Xacə “Təlxisul- muhəssəl” də qeyd etdi ki, “Motəzilə” ixtiyar [sahibi olmaq] ifadəsi ilə zərurət iddiası edir. Fəxr Razi dəlil söyləməklə ixtiyar [sahibi olmaq] ifadəsini inkar etmək istəyir.
Fəxr Razinin “Məalime Usuliddin” əsərində Xacənin bu ifadəsini dəstəkləyən belə bir cümləsi vardır və o bundan ibarətdir: “Bizim müxalifimiz (yəni Mötəzilə firqəsi) ixtiyar [sahibi olmaq] etiqadinda olduğu üçün insanın öz hərəkətinin icraçısı olmasını bilməsinin zəruri bir elm olması iddiasındadır”.
Buna görə də Fəxr Razi etiraf edir ki, ixtiyar [sahibi olmaq] ifadəsinə düşmən [barışmaz münasibəti] Xacənin qeyd etdiyi kimi zərurət iddiası tələb edir. İxtiyarın inkar edilmə dəlili zərurəti də inkar etmək dəlili tələb edir və [bu isə] doğru deyildir.
2. Fəxr Razi ixtiyara inanalar tərəfindən “cəbr nəzəriyyəsini” rədd etmək dəlilini belə bəyan edir:
“Əgər insanın hərəkətini Allahın məxluqu (yaratdığı) hesab etsək, Allah həmin hərəkəti yaradırsa vacib və əgər yaratmırsa qeyri mümkündür. Vacib və qeyri mümkün hərəkət də insan qüdrətinin çərçivəsindən kənardır. Buna görə də insanın əmr və qadağa obyekti olması necə mümkündür?”. Sonra cavab verir:
“Bu nigarançılıq ixtiyar ifadəsində də vardır. Çünki icra və ya tərk etmək iddiası bərabər olarsa həmin hərəkət qeyri mümkündür. Əgər hərəkətdən birini və ya üstün olanın tərk edilməsini iddia edirsə üstün olan vacib və üstün olunan isə qeyri mümkün olacaqdır. Deməli ixtiyar sahibi olmaq əsasında da hərəkət ya vacib ya da qeyri mümkün olduğu üçün insanın əmr və ya qadağa obyekti olması doğru olmayacaqdır”.
Fəxr Razi özünün bu sözünə görə ixtiyara inanların ifadəsində olan cəbr ifadəsini qəbul edərək inkar etmədi. Onun iddasına görə bu nigarançılıq ixtiyar sahibi olmağa inananlar üçün də vardır. Deyirik: Onun cəbr haqqında bu ifadəsində nigarançılığını qəbul etməsi ixitiyarı deyil, “cəbr” əqidəsini etibardan salacaqdır. Çünki onlar bu iradı öz ifadələri əsasında qəbul etməyiblər.
Əgər hər iki ifadəyə -cəbr və ixtiyar ifadəsinə- irad tutularsa Fəxr Razi ehtiyatli olmalı və ya “ nə cəbr və nə də tam ixtiyar” ifadəsini qəbul etməli idi. Bundan əlavə Fəxr Razinin hər iki ifadəyə irad tutula bilməsini qəbul etməsinə görə cəbr ifadəsini seçmək mümkün olmayacaqdır. Çünki [bu] üstünlük olmadan, üstün etmək deməkdir.
Cəbr ifadəsinin rədd edilməsi haqqqında da bir sıra məsələlər söylənmişdir. O cümlədən əgər bir insan hərəkətlərinə məcburdursa o zaman böyrək və ciyər kimi üzvlər də onun əl və dilinin fəaliyyəti kimi olmalıdır. Halbuki belə olmadığını görürürk.
Digər budur ki, əgər insan davranışında məcbur olarsa titrəyən əlin hərəkəti titrəməyən əlin hərəkətindən fərqlənməməlidir. Halbuki onlar arasında fərqin olduğunu görürürk.
İki İslam filosofu Xacə Nəsir Tusi və imam Fəxr Razi arasında ixtilaflı məsələlərin tədqiqi kitabından
Tərcümə: Şahin Yəhyayev
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yuxudan vaxtında oyanmaq üçün nə edək?
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
İdmançımız Azərbaycana DÇ-nin qızıl medalını qazandırdı! - YENİLƏNİB
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
Smartfonun bu ziyanı ağlınıza gəlməzdi
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Miqrenə çarə mətbəxdə
BÜRCLƏR bizə nə vəd edir?-10 Oktyabr
Obama: “Müsəlmanların tərəfini saxlamıram, sadəcə...”
Dəyişiklik üçün 30 min xərclədi-FOTO
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Hörmə bulkular (foto resept)
Çəki azaltma və sağlam yaşamaq üçün 4 tövsiyə
Atəşkəs rejimi 13 dəfə pozuldu
Darçınlı, qozlu piroq (foto resept)
Ayrılığa bir gün qaldı...
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Məşhur aktyorun üçüncü övladı doğuldu-FOTO
Kimsəsiz ana və onun 3 yaşlı uşağı
Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb.
Dünyanın ən uzun qadını
Aşura günü Bakıda hərəkət məhdudlaşdırılacaq
ABŞ Serjdən girovları istəyir
Qurdlar bağırsaq vadisində
Stresin sonsuzluq müalicəsinə təsiri
Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün... - Vanqadan məsləhətlər
Bitkilər və təbabət
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Ayaqaltı modelləri
Baydenin prezidentliyinin ilk yüz gün üçün planları: İlk növbədə miqrantlara vətəndaşlıq vəd edir
Ermənistan ekoloji terrorla məşğuldur – VİDEO
Sobada pendirli ət (foto-resept)
Galaxy S4 smartfonunun zərif variantı
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Balıq kotleti (foto resept)
Saytların sayı hesablandı
Qarpız damarları aterosklerozdan qoruyur
Ən gözəl qarderoblar
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO
Xəbəriniz olsun!
Azərbaycanın milli təamları Bolqarıstanda
"Vətənpərvər insanlar ölmürlər"
Azərbaycanda koronavirusa yoluxma sayı 200-dən aşağı düşdü
Hansı sulara üstünlük verək?
101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Android maşınlar üçün də proqram hazırlayır
Maykl Ceksonun əlcəyi hərracda bu qiymətə satıldı - FOTO