Çiy qidalanma zamanı bağırsaqda qıcqırma və çürümənin qarşısını almaq üçün qida məhsullarını düzgün kombin etmə qaydaları.Çiy qidalananlarda mədədə xoş olmayan hisslər yarana bilər. Mədə dolu, lakin həmişəki ağırlıq hiss yoxdursa, bu onu göstərir ki, çiy məhsullar orqanizmi təmizləmə prosesinə başlayıb. Şlaklar və toksinlər daha tez xaric olur, buna isə orqanizm öyrəşməyib. Çiy qidaya başlayan adamlar bu dəyişikliklərə adətən hazır olmurlar.
Çiy yeyənlərin ən çox yayılmış səhvlərindən biri – bu məhsulları səhv proporsiyalarda qarışdırmaqdır. Öyrəşdiyiniz doyumluluq hissi bir yeməkdə günəbaxan tumu, fındıq və tərəvəzləri qəbul etdikdə baş verir. Lakin əslində həzm prosesi yavaşlanır, yedikləriniz həzm olunmur və nəticədə çürümə prosesləri başlayır. Bu halda siz hər gün çiy qidalansanız da, daxilinizdəki çürümə prosesləri əvvəlki kimi davam edir, bunun nəticəsində əhval-ruhiyyənin korlanması, ənənəvi qidalanmaya meyllilik artır. Çiy qidanın bütün üstün cəhətlərini o zaman hiss etmək olar ki, siz istifadə etdiyiniz ərzaqları hansı proporsiyalarda kombin etmək və hansı ardıcıllıqla qəbul etmək qaydalarını biləsiniz.
Qayda 1:
Qidanın daxildə çürüməməsi və yaxşı həzm olunması üçün şəkərlə yağı qətiyyən qarışdırmayın. Şəkər dedikdə burada rafinə olunmuş, çaya və kofeyə qatdığınız şəkər deyil, meyvələrdə olan şəkər nəzərdə tutulur. Çiy yeyənlər üçün yağ dedikdə isə müxtəlif növ quru meyvələr (günəbaxan, fındıq, qoz, badam, kətan toxumu, küncüt və s.), kokos və avokado nəzərdə tutulur.
Bu qidaları kombin etmək düzgün deyil:
– Xurma ilə quru meyvələr
– Meyvələr və kokos
– Quru meyvələr və avokado
– Şirin meyvələr və avokado
Yuxarıdakı məhsulları qarışdırılması orqanizmdə qıcqırma prosesinə səbəb olur.
Qayda 2:
Müxəlif çiy qidalar yalnız xüsusi fermentlərin təsiri nəticəsində tamamilə həzm olunur. Səhv qidaları qarışdırsanız həzm və qidanın mənimsəmə prosesini yavaşladacaqsız. Məsələ burasındadır ki, fermentlər bir-birlərini neytrallaşdırırlar. Kraxmal və turşuları biryerdə yeməyin. Kraxmal dedikdə kartof, banan və çörək nəzərdə tutulur. Turşular dedikdə isə turş meyvələr: pomidor, limon, apelsin və s.
Aşağıdakıları qarışdırmaq tövsiyyə edilmir:
– Apelsin və banan
– Pomidor və kartof
Qayda 3:
Sübut edilib ki, eyni tərkibli qidaları qarışdırdıqda həzm və mənimsəmə prosesi pisləşir. Müxəlif növ yağları qarışdırmaq olmaz. Məsələn: qoz, fındıq, günəbaxan tumu və s. kimi quru meyvələrdən ibarət salata avokado qatmaq və üzərinə yağ tökmək düzgün deyil. Yağlar mədə üçün çox ağır qidadır. Müxəlif növ yağların qarışdırılması çiy qidalanan insanın həzm sisteminə böyük zərbədir.
Bunları qarışdırmayın:
– Kokos və avokado
– Quru meyvələr və Avokado
– Quru meyvələr və Kokos
– Quru meyvələr və bitki yağları
İdealda hər bir məhsul ayrı-ayrılıqda yeyilməlidir (monoqidalanma). Lakin çiy qidalanmanın ilkin vaxtlarında bunu etmək bir az çətindir. Quru meyvələri isə meyvələrlə birlikdə deyil ayrıca qəbul etmək lazımdır.
Göyərti və meyvələrin ən yaxşı qarışığı yaşıl kokteyllərdir. Yaşıl kokteyllər çiy yeyənlər üçün ən yaxşı qidadır, xüsusilə də ilkin keçid dövründə.
Çiyyeyənlər üçün qida qəbulunun xüsusi ardıcıllıq prinsipləri var. Öncə tərkibində ədaha çox su olan, daha sonra isə quru qidalar qəbul edilməlidir. Məsələn, əvvəlcə meyvə şirələri, yemiş, armud sonra tərəvəzlər yeyilməlidir. Daha sonra isə daha bərk (avokado) və ondan sonra isə lap bərk qidalar – günəbaxan tumları və s. quru meyvələr yeyilməlidir.
Əvvəlcə turş meyvələr gəlməlidir, tərəvəz və quru meyvələrin yerlərini dəyişmək olar, çünki tərəvəzlər qıcqırma yaratmır.
Yuxarıda sadalanan ardıcıllıq prinsipinə əməl edərək gün ərzində hətta bir-birinə uyğun olmayan qidaları da qəbul etmək olar. Əsas odur ki, onlar mədədə xüsusi ardıcıllığa uyğun, qat-qat şəklində olsunlar.
Yanlış ardıcıllıq:
– Quru meyvələr, sonra meyvələr
– Quru meyvələr, sonra kraxmal
– Kraxmal, sonra meyvələr
– Kraxmal, sonra turş meyvələr
– Banan, sonra turş meyvələr
– Qurudulmuş meyvələr (ərik qurusu, xurma, kişmiş və s.), sonra meyvələr.
Yuxarıdakı qaydalar çətin görünürsə aşağıdakıları yadda saxlayın:
1. Göyərtini hər şeylə yemək olar.
2. Şirin meyvələri hər hansı başqa şirin meyvələrlə və şirin giləmeyvələrlə, turş meyvələri isə bütün turş meyvələrlə və turş giləmeyvələrlə.
3. Tərəvəzləri tərəvəzlərlə.
4. Dənli bitkilərin cücərtilərini ayrı
5. Paxlalı bitkilərin cücərtilərini ayrı.
6. Quru meyvələri isə ayrı yemək lazımdır.
Pürrəng
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR