Pəhrizdə olsam da ara-sıra özümü mükafatlandırıram J
Sizə özümün əlavələrim də olan reseptimi təqdim etmək istəyirəm.
Bu resept tortun biskvitinə vaxt itirmək istəməyənlər üçün sərfəlidir. Çünki beləcə mikserlə qarışdırmaq, içinin çiy qalmaq, qabarmamaq, yanmaq qayğılarından uzaq olursunuz. İstəsəniz yağlı xəmiri özünüz də əvvəldən edib buzluğa ata bilər, istədiyiniz vaxt istifadə edə bilərsiniz. Amma məncə o qədər yağ istifadə edib yağlı xəmir düzəldənə kimi hazır yağlı xəmirlərdən istifadə etmək daha sərfəlidir. 6 manatlıq qablaşdırmalarda 20 ədəd yağlı xəmir olur. Daha kiçikləri isə 3 manata başa gəlir. Xudmani tort üçün kiçik qablaşdırmadan istifadə edə bilərsiniz.
Lazım olacaq ərzaqlar:
Hazır yağlı xəmir
Krem üçün:
Süd
Xama
Qarğıdalı nişastası
Yağ
Şəkər tozu
Vanil
Əgər bu krem sizə çətin gəlirsə hazır qablaşdırmada olan qatılasdırılmış süd və paket marqarin yağından da istifadə edə bilərsiniz. Yağı otaq istiliyində yumşaldıb mikserlə çalın sonra malokonu əlavə edin. Yəqin hamı razılaşar ki,ən asan krem məhz budur.
Yuxarıda yazdığım kremin ərzaq miqdarların isə özüm yazmadım, çünki o tortun həcminə görə, ağız dadınıza görə dəyişə bilər. Amma məsələn mən bir stəkan südə bir x.q kraxmal,1 x.q un,300 qr xama, 100 qr şəkər tozu, 100 qr yağ qatdım. Əgər tortunuzun həcmi böyükdürsə kreminiz də çox olmalıdır.
Qeyd: Südlə hazırladığım krem tortu həddindən artıq yumşaq edir. Yəni çox sürtməyinizə də ehtiyac olmayacaq.
Ilk öncə xəmirlərin yumşalmağını gözləyin. Və onların öz-özünə, otaq istiliyində yumşalmağına şərait yaradın. Yəni tez buzu açılsın deyə müdaxilə etməyin. Əgər düzbucaq tort ya kvadrat etmək istəyirsinizsə o zaman fətirləri öz formasında yayın, böyüdün. Yox dairəvi tort istəyirsinizsə o zaman xəmirləri kiçik kündələr şəklində yumrulayın sonra yayın.
Mən fətirləri kraxmalla yaydım. Sobanı yüksək dərəcədə qızdırıb üzləri çəhrayi rəngə çalana qədər qurutdum.
Kremi üçün unu, kraxmalı, şəkər tozunu bir qaba töküb qarısdırdım. Düyün olmamağına diqqət edin sonra südü əlavə etdim. Ocağın üstündə krem formasına düşənə qədər, qarışdırmanı dayandırmadan saxladım. Sonra yağı əlavə edib soyutdum. Daha sonra qaymağı əlavə edib mikserdən keçirtdim.
Qaymaq demişkən, hər dəfə evə gələn yağlı inək südlərinin üzlərini yığıb buzxanaya atırdım. Bu krem üçün məhz həmin qaymaq-xama, artıq hər nədirsə ondan istifadə etdim. Çox da gözəl oldu.
Fətirlərin bərkliyindən narahatsınızsa şərbət sürtub sonra kremləyin.
Belə tortlara fətirlərarası üçün qoz, banan çox gözəl dad verir.
Öz ovuntuları ilə də üstünü örtdüm. Istəyən bəzəyə də bilər.
Nuş olsun!

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR