Son zamanlar özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrində insanların həyat və sağlamlığına zərər vurulması ilə bağlı vətəndaşlardan Səhiyyə Nazirliyinə və digər dövlət orqanlarına çoxsaylı müraciətlər daxil olub.
Qadin.Net xəbər verir ki, Nazirliyin Analitik Ekspertiza Mərkəzindən trend-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olub ki, əksər müraciətlərdə tibbi təhsili və lisenziyası olmayan müxtəlif şəxslər tərəfindən qanunsuz tibb fəaliyyətinin həyata keçirilməsi, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, əcnəbilərin və Azərbaycanda daimi yaşayan və vətəndaşlığı olmayan şəxslərin Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə almadan tibb fəaliyyəti ilə məşğul olması, özəl tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan kənar işlər üzrə tibbi xidmətlərin göstərilməsi, əmək müqaviləsi və tibbi təhsili təsdiq edən müvafiq sənədləri olmadan bəzi tibb işçilərinin tibb fəaliyyəti ilə məşğul olması, əhaliyə keyfiyyətsiz tibbi xidmət göstərilməsi və tibb işçilərinin etik davranış qaydalarını pozması, heç bir əsas olmadan pasiyentlərdən əlavə ödəniş tələb edilməsi və digər bu kimi xoşagəlməz hallar olub:
"Bildiririk ki, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, o cümlədən əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ixtisas sənədləri Azərbaycan Respublikasının ərazisində qüvvədə olması müvafiq qaydada təsdiq edilməli, həmçinin Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları"na əsasən, həmin şəxslər yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılmalıdır. Yuxarıda qeyd edilən xoşagəlməz hallarla rastlaşdıqda "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun tələblərinə əsaslanaraq, müraciət etdiyiniz tibb müəssisəsinin özəl tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən lisenziyanın və əlavənin mövcudluğu, sizi müayinə və müalicə edən tibb işçisinin (həkim, tibb bacısı) müvafiq ixtisas sənədlərinin (diplom, sertifikat, ölkə ərazisində işləməyə icazə verən şəhadətnamə) olub-olmaması barədə məlumatları yerində tələb etməyiniz məqsədəmüvafiqdir. Hüquqlarınız pozulduğu hallarda tibb müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilərsiniz. Həmçinin Səhiyyə Nazirliyinin qaynar xətt xidmətinə də bildirə bilərsiniz. Qanunlara uyğun olaraq, tibb işçisi öz peşə vəzifələrini lazımınca yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə intizam, inzibati və digər məsuliyyətə cəlb oluna bilər".
XƏBƏR LENTİ
Elastik smartfon bilərzik nümayiş olundu - VİDEO
Ballı-yumurtalı pəhriz
"Rusiya müharibəni qızışdıracaq"
Bu yazı gözü zəif olanlar üçündür
Oriqami sənəti
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Ceyms Bond filminin çəkilişində Böyük Skandal Yaşandı-FOTO
Sızanaqlı dəriyə səhv qulluq
3 milyon müsəlman "hacı" oldu
Qalxanvari vəzə ziyan vuran vərdişlər
Kəbədə ölənlərə şəhid statusu verildi
"Eurovision"da Böyük Britaniyanın niyə sonuncu olduğu bilindi
Qaraçı şnitzeli (foto resept)
Dəbli yay donları
Monqol mətbəxindən "Buuz" (foto resept)
Məşhur aktyor yaponiyalı qızla evləndi-FOTO
Qara nöqtələr üçün darçın maskası
Adriana Lima İlk dəfə Həqiqi Sevgisini açıqladı-FOTO
Soyuqdəymənin qəniminə rəqib çıxdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Stereotipləri qıran Cahanə nənə
Təbiətdən bir parça
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Azərbaycanda Yeni il qeyd edilir
Qeyri-adi ixtiralar
Bred Pit artıq təngə gəldi:"Yoxsa..."
Ən yaxşı fransız filmləri
Hərbi sahədə inqilabi yenilik
Saç tökülməsinin qarşısını alan qidalar
Yazmağı öyrənirəm - 5
Xəbərdarlıq: güclü külək, dolu
Təyyarədə yatmaq nə zaman təhlükəlidir?
Tramp Meqan Marklı təhqir etdi?-FOTO
Hədiyyə seçimi
Tarix İnstitutu uydurma "erməni soyqırımı"nın 100-cü ildönümününə qarşı yeni kitablar hazırlayır
Bir-birindən fərqli şaftalı rəng çalarında olan saç modelləri
Azərbaycanda daha 16 nəfər koronavirusdan öldü: 474 yeni yoluxma
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
Gözəlliyin 10 sirri
Karantin qaydaları yenidən sərtləşdirilə bilər - RƏSMİ
ÜST-dən inanılmaz XƏBƏRDARLIQ
Qıvrım saçlı xanımların diqqətinə
Televizora çox baxmağın yeni riskləri üzə çıxıb
Məktəblərdə VİRUS TƏHLÜKƏSİ - Şagirdlər özlərini necə qorumalıdır?
Geyimlərin rənginə görə xarakter
Məktəbi 1,5 ilə bitirib Universitetə başlayan superzəkalı uşaq-FOTO
Məşhur aktyor boşanır
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı
Ən çox hansı mobil telefonlar alınır? - REYTİNQ
Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı














