Glaukoma (qara su)
Bu göz problemi - göz suyunun çoxalaraq drenaj boruların tutulması ilə yaşanan haldır. Yaşla əlaqələndirilir. Toplanan maye optik sinirə təzyiq göstərir.Gözdə kor ləkələr yaranması ilə başlanan glaucoma sonda görmənin tamamən itirilməsi ilə nəticələnir. Risk faktorlara ailə, etnik qrup və yaş aid edilir.Bu problem adətən gündə 4 dəfə istifadə edilən göz damcıları ilə müalicə edilir. Ancaq bu damcıların yuxu və iqtidarsızlıq kimi yan təsirləri ola bilər.Yeni 10 dəqiqəlik lazer proseduru sayəsində bu problemi kökündən həll edə bilərsiz.
Sarı nöqtə problemi
Mərkəzi görmənin itirilməsi ilə xarakterizə olunur və siz üzdəki cizgiləri artıq görməməyə başlayırsız. Televizor izləmək, qəzet oxumaq da çətinləşə bilər, çünki əşyaları əyri görməyə başlayacaqsız.Retina qişasının ortasındakı makula nöqtəsinin zədə alması ilə baş verir.İki növü var: quru və yaş. Quru növü gec irəliləsə də, müalicəsi çox çətindir. Yaş növündə retinanın altında böyüyən kiçik qan damarlarına qan və maye sızır.Risk faktorları sırasında siqaret çəkmək (bu, problemin riskini 3 qat artırır), sərbəst radikallar tərəfindən zədələnən retina, ultrabənövşəyi şüalar, yoxsul pəhriz və yaş faktoru var.Quru növü üçün xüsusi, yüksək dozada vitamin qəbulu nəzərdə tutulur. Lampalizumab adlı yeni dərman də sınaqdan keçirilir. İnyeksiya ilə tətbiq edilən bu dərmanın xəstəlik riskini 4 % azaltdığı deyilir.
Katarakta
Göz almasının içərisində hər iki tərəfi qabarıq linzanı xatırladan büllur yerləşir. Büllurun qabarıb çökməsi gözə fokuslamaq qabiliyyəti verərək, görməmizə kömək edir. Normal büllur şəffaf olur. İnsan yaşa dolduqca büllurun şəffaflığı azalır və o, bulanmağa başlayır. Bulanmış büllur katarakta (mirvari suyu) adlanır. İlk əvvəl eynəyinizin ləkələndiyini düşünə bilərsiz və hətta ən kiçik hərfləri belə görmək üçün iki qat güclü eynəyə ehtiyacınız ola bilər.Risk faktorlarına qocalmaq, irsiyyət, siqaret, spirtli içki və diabet daxildir.Yeganə həlli əməliyyatla mümkündür. Hər il 350 min əməliyyat gerçəkləşdirilir.
Diabetik retinopatiya
Diabetik retinopatiya şəkərli diabetdən əziyyət çəkən xəstələrdə göz dibini örtən və sinir toxumasından ibarət tor qişanın damarlarının zədələnməsi zamanı əmələ gəlir. Bu zaman tor qişanın damarlarının divarı zədələnərək, oradan tor qişaya qan sızır. Bundan əlavə yeni və anormal damarlar əmələ gəlir.Qəfil görmənin itirilməsi ilə nəticələnir və müalicə edilməsə, korluğa səbəb ola bilər. Nəzarətdə saxlanmayan yüksək qan şəkəri, qan təzyiqi bu xəstəliyin yüksək risk faktoru hesab olunur.Retinal tədqiqat və illik müayinə gərəkdir. İnyeksiyalar istifadə edilir.İnsanlar fərqli göz problemlərindən, uzaqgörmə, yaxıngörmə, katarakta, konyuktivit və quru gözlərdən şikayət edir.Uzaq və yaxıngörmə refraktiv qüsur hesab olunur və göz kürəsinin retina üzərində işıq saçmaması ilə bağlıdır.Uzaqgörmə (miyopiya) uzaq məsafənin dumanlı, yaxın məsafənin aydın görülməsi ilə müşahidə edilir. Səbəbi insanların daha çox qapalı şəraitdə vaxt keçirməsi və texnologiyadan çox istifadə etməsidir.Yaxını görə bilməmə (hipermetropiya) göz kürəsinin çox qısa, ya da buynuz qişanın əyri olması ilə bağlıdır. Yaşla əlaqələndirilir.Astiqmatizm isə linza, ya da buynuz qişanın sferik mükəmməl olmaması ilə bağlıdır. Bulanıq və təhrif olunmuş görməyə səbəb olur.Mütəxəssislər hər iki ildən bir gözlərin müayinə edilməsini, daha çox açıq havada vaxt keçirməyi məsləhət görürlər.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?