Ramazan ayı başladı.
Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Hər il olduğu kimi bu il də Ramazan ayının başlanılması ilə bağlı fikir müxtəlifliyi var. Bəziləri ayın ilk günün iyunun 28-nə, bəzilər isə iyunun 29-na təsadüf etdiyini iddia edir. Bu il Ramazan ayı 30 gün olacaq. Ancaq istənilən halda Islamın əsas şərtlərindən olan orucun tutulmasının qaydaları hamı üçün eynidir. Müsəlmanlar orucu bir fayda təmənnasıyla yox, Allahın tövsiyəsi olduğu üçün tuturlar.
Ancaq Allahın bütün tövsiyələri kimi, bunun da mütləq bir faydası olduğunun da fərqindədirlər. Oruc nəfsi, iradəni, əxlaqı tərbiyədə mühüm rol oynayır, sosial faydaları da danılmazdır.
Oruc tibbi cəhətdən də çox xeyirlidir. Il boyu durmadan işləyən mədə və həzm sistemi orucluqda sanki məzuniyyətə çıxır, dincəlir.
Quranda əvvəlki nəsillərə də peyğəmbərlər vasitəsilə orucun tövsiyə edildiyi yazılır. “Ey möminlər, sizdən öncəkilərin taleyinə yazıldığı kimi, sizə də oruc buyuruldu ki, Allaha qarşı çıxmaqdan çəkinəsiniz” (Baqara, 183). Biz bu xalqlara hansı formada və şərtlər altında vəhy edildiyini deyə bilmərik. Bilinən odur ki, oruc bu və ya digər formada dünyanın istənilən dinində var. Bu ibadət dövrü dindarların həyatında vacib bir məqamdır. Orucun əsasında imtina durur - qida qəbulu ya tamamilə dayandırılır, ya da məhdudiyyət qoyulur. Dindarlar bu ibadəti yerinə yetirməklə ruhi və fiziki təmizlənməyi hədəfə alırlar.
On bir ayın sultanı
Ramazan ay təqviminə görə ilin doqquzuncu ayının adıdır. “Rumuz” sözündəndir, günəş, isti deməkdir. Ayların adı dəyişiləndə Ramazan isti vaxta düşdüyündən, ona bu adı qoyublar. Islam inancına görə, Ramazan ayların ən üstünü, on bir ayın sultanıdır. Çünki Müqəddəs Kitabımız bu ayda endirilib: “Insanlara yol göstərən, doğru nədir, əyri nədir - ayırd edən Quranın nazil olduğu Ramazan ayı ki var, kim o zaman ayı gördü, oruc tutsun. Kim xəstədirsə, yaxıd yol üstədirsə, oruc tutmadığı günlərin əvəzini başqa bir vaxt çıxmalı. Allah işinizi asanlaşdırmaq istər, çətinləşdirmək istəməz. Orucu başa vurub tamamlamağınızı, doğru yol üzrə Onu ucaltmağınızı istəyər. Umulur ki, şükür edəsiniz” (Baqara 185). Peyğəmbərimizin Mədinəyə hicrətinin ilk illərində müsəlmanlar ayda üç gün, bir də aşura günü oruc tutarlarmış.
Hicrətdən bir il yarım keçdiyi vaxt, qiblə dəyişməsindən sonra şaban ayının onunda oruc fərz qılınıb. Deyilənə görə, bu, Bədr savaşından sonra olub.
Ramazan Allahın lütf və rəhmət qapılarının açıldığı aydır. Peyğəmbərimiz orucluq vaxtı könüldən edilən dua, ibadət və yaxşılıqların Allah qatında daha keçərli olacağını söyləyib. Əbu Hamid əl-Qəzali orucun üç növü olduğunu yazır. Avamın orucu. Qəzaliyə görə, bu oruc yemək, içmək və intim münasibətdən imtinadan ibarətdir. “Avam” dedikdə adi insanlar nəzərdə tutulur. Xas adamların orucu. Bu tipdə yuxarıdakı yasaqlara əməl edilməklə yanaşı üstəlik göz, qulaq, dil, əl və digər orqanları da günahdan qoruyaraq oruc tutulur. Üçüncü isə peyğəmbərlərin, siddiqlərin, müqərriblərin (yaxınlaşdırılmışların) orucudur. Onlar yuxarıdakı şərtlərə əməl eləməklə yanaşı, üstəlik qəlblərini də dünya ilə bağlı düşüncələrdən təmizləyər, masivanı (Allahdan başqasını) düşünmür, düşündükdə oruclarını pozulmuş sayırlar (“Ehyayi-ülumiddin”, I cild, səh 602).
Günahların bağışlandığı ay
İnsan orucu mədə ilə yemək arasında hicran, iftarı isə həsrətlilərin vüsal dəmi kimi dərk edə bilər. Amma bu cür bəsitləşdirilməsə, daha yaxşıdır. Ramazan oruc tutan adamın il ərzində yol verdiyi bağışlanması mümkün olan kiçik günahların təmizlənməsində mühüm rol oynayır. Bu ayda insan öz ağlını, şəxsiyyətini, şüurunu, həyatını Quran üzrə inşa eləmək üçün fürsət qazanır. Yəni oruc səhər “fəcrin ağ ipliyi qara ipliyindən seçiləndən” axşamacan ac-susuz qalmaqdan, nəfsinə xoş gələn şeylərə “yox” deməkdən ibarət passiv bir ibadət növü deyil. O həm də davranışlarına adi günlərdən fərqli bir gözəllik qatmaqdır. Eyni zamanda introspeksiya - öz daxili aləmini gözdən keçirmə və özünə tənqidi yanaşma zamanıdır. Ramazanda insan il boyu müxtəlif situasiyalardan uğurla çıxmaq üçün öz ruhunu akkumulyasiya edir, pozitiv enerci toplayır. Şəhvani duyğularını ayaqlar altına alır, heyvani və cismani olanı yenir, özündə mələklik keyfiyyətlərini üzə çıxarır. Orucu dərindən yaşayanlar üçün bu, bir zövq mənbəyidir.
Orucun insan orqanizminə xeyri
Ramazanda tutulan oruc mənəvi sağlamlığa yol açdığı kimi bədən üçün də faydaları var. Ramazanda yeməyin miqdarının azalmasının qara ciyər, piylənmə kimi xəstəliklərə tutulanlar üçün faydası var. Orucluq zamanı mədə-bağırsaq sistemi istirahət edir. Tibb mütəxəssislərinin fikrincə, insan nə qədər yeməyinə fikir versə də, əgər arada bir toksinlərdən təmizlənməsə, lazım olan faydanı əldə edə bilməz. Oruc bədəni zərərli toksinlərdən azad etməyin ən yaxşı yoludur. Insan elə yaradılıb ki, bədəndə yeməyə ehtiyac əmələ gələndə və o olmayanda orqanizm daha çox ehtiyac duyulan maddələri həzm etməyə başlayır. Beləliklə, depolanmış piylər, toksinlər zərərsizləşdirilir. Bu yolla insan revmatizm, ilkin mərhələdə olan şəkər xəstəliyi, piylənmə, miqren və s. kimi xəstəliklərdən qurtulur.
Proteinlər aləminə səyahət
Canlıların yaşaması üçün proteinlərin çox böyük həyati əhəmiyyəti var. Onların hüceyrə içində istehsalı heç bir başqa istehsal prosesi ilə müqayisə edilməycək dərəcədə mükəmməldir. Proteinlər hüceyrələrə mesacları daşıyır, onları dəyərləndirir, hüceyrəyə giriş və çıxışları nəzarətə götürən, kimyəvi prosesləri sürətləndirən də onlardır. Proteinlərin çox tanınanlarından biri hemoqlobindir. O, qandakı oksigeni toxumalara daşıyır. Transferin qanda olan dəmiri daşıyır, immunoqlobinlər vücudu bakteriya və viruslardan qoruyur. Fibrinogen və trombin qanın laxtalanmasını təmin edir. Bəzi canlılarda onların həyat şəraitinə uyğun zəruri protein növü olur. Məsələn, bəzi balıqlarda antifriz proteini var ki, o, balıqların qanını donmağa qoymur.
Orucu pozan əməllər
Namaz və digər ibadətləri bilməyən və etməyənlər də oruc tuta bilər. Ramazan orucunda niyyət yalnız Allah rizası olmalıdır.
Oruc tutan şəxs sübh azanı verilən axşam azanına qədər bir neçə əməldən çəkinməlidir.
Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar.
Yemək, içmək, siqaret çəkmək, intim əlaqə, hər cür qatı toz və tüstünü udmaq (narın un tozu, siqaret tüstüsü, su buxarı və s), qəsdən qusmaq (qeyri-ixtiyari olaraq istisnadır), bədənə imalə etdirmək, qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışmaq, Quran ayələrini bilə-bilə səhv oxumaq, yalan hədislər söyləmək, qeybət etmək, ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsi orucu batil edir. Ağız suyunu udmaq orucu pozmaz. Ancaq bəlğəmi udmaq olmaz. Orucluqda qan, su, yaxud dərman udmadan, diş çəkdirmək olar.
Xəstələnmiş şəxs təyinatlı ampulalar istisna olmaqla, müalicə üçün iynə vurdura bilər.
Qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq yemək dadmaq orucu pozmaz.
Gecə orucu açmadan, səhər də yemədən iki gün ardıcıl oruclu olmaq məsləhət deyil.
Orucu su və xurma ilə açmaq bəyənilir.
Oruclu olanın xeyirli işlər, yardımlar etməsi müstəhəbdir.
Oruc tutan müsəlman, ağıllı və həddi buluğ yaşında olmalıdır (uşaqlara fərz deyil, amma tuta bilərlər).
Xəstə və səfərə gedənlərə oruc fərz deyil (amma bir ziyanı olmazsa tuta bilərlər).
Allah orucunuzu qəbul etsin!
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Azərbaycanda GMO qadağan edildi
Hipertoniya (təzyiq xəstəliyi)
ÇOX FİKİRLƏŞMƏYİN HEÇ BİR ZİYANI YOXDUR
Közlənmiş badımcan salatı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Süni ət istehsal edildi
Evlilikdən zövq alın
Düşmənə daha bir tutarlı cavab
Ayda qeyri-adi obyekt aşkarlandı-FOTO
Siqaretin qiyməti bahalaşacaq
Kanadalı rəssamdan mənzərə rəsmləri
İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər - VİDEO
Ərgin pendirin zərərləri AŞKARLANDI
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bakıda keçirilən Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq
Qubaya 17 sm qar yağdı-FOTO
İrəvanda gərginlik başladı
Bakıda yağış, bölgələrdə qar yağacaq
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
Küləkli hava Şəkini işıqsız qoydu
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
Azərbaycan coğrafiyasının inkişaf tarixi-2
“WhatsApp”da YENİLİK!
35 yaşdan sonra ana olmağın FAYDASI
Qaynadılmış yumurtanı necə təzə saxlamaq olar?
Getmədən görək
Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?
Günün ulduz falı
Bakıda sürücülərə və piyadalara "brilliant" veriləcək
Nanotexnologiya və mikrodünyalardakı yaradılış-1
Hansı şagirdlərin dərslərdə maska taxmasına ehtiyac yoxdur? - AÇIQLAMA
Sümük suyunun sağlamlığa faydaları
Balqabaqlı sıyıq(foto resept)
Aygün Bəylərdən inanılmaz dəyişiklik - FOTOLAR
Toppuzun hazırlanması və istıfadəsi (foto izah)
Müəllimliyə seçim mərhələsinin nəticələri - Açıqlandı
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Ajda Pekkandan AÇIQLAMA
Mərci şorbası (foto resept)
AZTV-dən “Böyük qayıdış” kompozisiyası - VİDEO
Sezonun trendi: Albalı
"Dəlisov professor" tələbələrini Heyrətləndirdi-VİDEO
Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO
Bişirdiyi yumurtalar rəsm əsəri kimi görünür
Qurban bayramı TÖVSİYƏSİ
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
ABŞ-ın Azərbaycana qərəzi
Pəhriziniz düzgündürmü?
Azərbaycanda poliklinikaların sayı artırılır