Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu ilin I-IV qrupları üzrə ən populyar ixtisasların keçid balını açıqlayıb.
DİM sədri hər ixtisas üzrə keçid ballarının formalaşmasının müxtəlif parametrlərdən asılı olduğunu deyib.
O bildirib ki, keçid balı imtahanda iştirak edən abituriyent və yerlərin sayının artıb azalması, həmin ilin nəticələri, yəni yüksək və ya aşağı bal toplayanların nəticəsinə görə formalaşır: “Müxtəlif qruplarda nəticələr fərqlidir. Biz deyirdik ki, III qrupda müsabiqə vəziyyəti yüksək olacaq, nəinki II qrupda”.
M.Abbaszadə qeyd edib ki, Azərbaycan bölməsində I qrup üzrə ən populyar ixtisas Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyidir: “Belə ki, bu ixtisasa dövlət sifarişi əsasında ötən il 540-dan çox nəticəsi olanlar qəbul olunmuşdu. Həmin ixtisasın bu ilki keçid balı 522,3 bal olub.
II qrupda Azərbaycan Dövlət İqtisad Universitetində keçən il tədris dili ingilis dilində olan Maliyyə ixtisasına dövlət hesabına 667 balla sonuncu qəbul olubsa, bu il il sonuncu qəbul olan şəxs 643,4 balla həmin ixtisasa qəbul olub.
III qrupda Azərbaycan Dillər Universitetində İngilis dili müəllimi ixtisasına dövlət vəsaiti hesabına sonuncu qəbul olan abituriyent 584 balla keçmişdisə, bu il bu rəqəm 527,4 bal olub. Yaxud həmin ixtisas üzrə ödənişli əsaslarla qəbul 416 bal idisə, bu il 464.6 toplayan abituriyent qəbul olub. Bir faktı da qeyd edim ki, bu il 400-550 arası bal toplayanların sayı artıb.
IV qrupda Azərbaycan Tibb Universitetində illərlə populyarlığını itirməyən Müalicə işi ixtisasına ötən il dövlət hesabına sonuncu abituriyent 662 balla qəbul olmuşdusa, bu il 578.7 balla qəbul olub. Yaxud həmin ixtisas üzrə ödənişli təhsillə bağlı sonuncu qəbul nəticəsi 609 bal idisə, bu il 575,4 bal toplayan abituriyent qəbul ola bilib.
Müqayisələr onu göstərir ki, bu yerlər üzrə sıxlıq yüksəkdir. Yəni bu il 600 baldan yuxarı nəticələr çox deyil və keçid balları aşağı düşüb. Bu nəticələrə subbakalavrların (kollec məzunları) mövcudluğu heç bir təsir göstərməyib”.
Qeyd edək ki, bu il 42 062 nəfər (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR