Hər bir ölkənin prosedurlarına uyğun olaraq, vətəndaşlığını almaq mümkündür. Uzunmüddətli yaşamaq, yerləşmək üçün müraciət etdikdə bir çox ölkə müvafiq vizanı tələb edir.
Amma vətəndaşlığı yalnız müəyyən pul müqabilində verən ölkələr də var.
Qadin.Net modern.az-a istinadən pul qarşılığında vətəndaşlıq təklif edən 20 ölkənin siyahısını təqdim edir.
Uruqvay
Uruqvay balanslaşdırılmış iqtisadiyyatı və vətəndaşların sosial hüquqlarını təmin etməsi baxımından Cənubi Amerikanın İsveçrəsi kimi tanınır. Cənubi Amerikanın ən kiçik ikinci ölkəsi vətəndaş olmaq istəyənlərdən böyük investisiyalar və yüksək məbləğdə pul istəmir.
Uruqvay vətəndaşı olmaq üçün ayda 1200 dollardan çox qazanmağınız vacibdir. Üç il bu məbləği ödədikdən sonra həmin ölkənin vətəndaşı ola bilərsiniz.
Dominikan Respublikası
Tropik meşələr, qumlu çimərliklər, xurma ağacları və açıq mavi dəniz ilə məşhur olan Dominikan Respublikası bir çox səyahətçinin diqqət mərkəzindədir. Bu Karib adası yaşamaq istəyənlərə 100 min dollar qarşılığında vətəndaşlıq verir. Lakin həyat yoldaşınız və uşaqlarınız varsa, ödəyəcəyiniz məbləğ iki dəfə yüksək olacaq.
Albaniya
İtaliya və Osmanlı imperiyasının izlərini özündə əks etdirən unikal mədəniyyətə malik ölkə - Albaniyanın vətəndaşlıq üçün yeganə tələbi bu ölkəyə 250 min dollar sərmayə qoymaqdır.
Albaniyada vətəndaşlıq ev almaq və ya 250 000 ABŞ dolları investisiya yatırmaqla əldə edilə bilər.
Sent-Kits və Nevis
Karib dənizinin şərqində yerləşən bu ölkədə, 250 000 dollarlıq ev alaraq və ya investisiya yatıraraq, vətəndaşlıq ala bilərsiniz. Heç bir ölkənin vətəndaşına qadağası olmayan bu federal dövlət, yalnız İran vətəndaşlarına vətəndaşlıq vermir. Heç bir halda İran vətəndaşı olan şəxs Sent-Kits və Nevis vətəndaşı ola bilməz.
Yunanıstan
Mifologiyanın məkanı kimi tanınan Yunanıstan səyyahların dilində olan və tarix kitablarında adı tez-tez çəkilən ölkədir.
Bəs, məhdud büdcələri olan və qısa səfərləri sevən turistlər üçün böyük imkanları olan Yunanıstanda yaşamaq tələbi nədir? Yunanıstan vətəndaşı ola bilərsiniz, bunun üçün sadəcə 250 min avro sərmayə qoymaq lazımdır.
Almaniya
Özünəməxsus mədəniyyətə malik fərqli bir ölkə olan Almaniya, qonaqlarını iqtisadi, mədəni və sosial cəhətdən xoşbəxt edə biləcək dövlətdir. Almaniya vətəndaşı olmaq üçün bu avtomobil sənayesinin nəhəng ölkəsinə 250 min avro ödəyərək, vətəndaşlıq ala bilərsiniz.
Makedoniya
Balkanların incisi olan Makedoniya hər adama vətəndaşlıq verməyən ölkələrdəndir. Makedoniya vətəndaşı olmaq üçün bu ölkəyə 400 min avro sərmayə qoymaq lazımdır. Bu məbləğdə sərmayə yatıran hər bir iş adamı Makedoniya vətəndaşı sayılır.
Çernoqoriya
Çernoqoriya Balkanlarda yerləşən, kiçik Avropa ölkələrindən biridir. Amma bu ölkənin vətəndaşlıq vermək tələb etdiyi məbləğ kiçik deyil. Çernoqoriyada yaşayan şəxslər 500 min avro ödədikdən sonra vətəndaşlıq alır.
İspaniya
İspaniya dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. İspaniyanın vətəndaşı olmaq üçünsə 500 min avro ödəmək, yaxud bu qiymətə ev almaq lazımdır. Həmin məbləği sərf etsəniz, bu gözəl Aralıq dənizi ölkəsinin vətəndaşı ola bilərsiniz.
Portuqaliya
Portuqaliya iqtisadiyyatı zəif, lakin mədəniyyət baxımdan zəngin bir Qərbi Avropa ölkəsidir. Ona görə də, bu unikal ölkənin vətəndaşlığı 500 min avroya başa gəlir.
İrlandiya
Bu ölkədə ziyarət ediləcək, gəziləcək ölkələr sırasında ilklərdə olmasa da, fərqlilik etmək, turist kimi daha təcrübəli olmaq istəyirsinizsə, İrlandiya doğru ünvandır. Həyat şəraitinin bahalı olduğu bu ölkədə yaşamaq isə o qədər də asan deyil. Ada ölkəsində vətəndaşlıq almaq üçün 500 min dollar ödəməlisiniz.
Malta
Malta İtaliyanın, Siciliya adasının şərqində və Liviyanın, Tunisin şimalında yerləşir və dünyanın ən kiçik, əhalinin sıx məskunlaşdığı ölkələrindən biridir. Aralıq dənizinin bu gözəl və isti ada ölkəsində daimi yaşamaq haqqı 800 min avrodur.
Kanada
400 minlik investisiya ilə bərabər, hesabınızda 800 min dollar varsa, artıq Kanada vətəndaşlığına sahibsiniz.
ABŞ
Amerikaya - azadlıq ölkəsinə daxil olmaq da, yaşamaq da düşünüldüyü qədər asan deyil. Bir milyon dollar dəyərində şirkət qurmalısınız. Yaxud ölkənin bu cür vətəndaşlıq üçün təyin etdiyi sahələrdən birinə ən azı 500 min dollar investisiya yatırmalısınız. Əlbəttə ki, 5 il yaşadıqdan sonra vətəndaşlığa alınacağını da xatırlatmalıyıq.
Slovakiya
Dunay çayının sahilində yerləşən bu dağlıq ölkə güclü mədəniyyətə malik olsa da, iqtisadiyyatı zəifdir. Buna görə, belə bir ölkədə yaşamaq üçün 1 milyon avroluq investisiya yatırmalı olacaqsınız.
Bolqarıstan
Bolqarıstanda isə bir il ərzində 1,2 milyon dollar investisiya qoyaraq, vətəndaşlıq alacaqsınız.
Honq Konq
Dünya ticarətinin ən vacib mərkəzlərindən biri olan Honq Konqun vətəndaşlığı üçün 1,260 milyon dollarlıq sərmayenizdən keçməlisiniz.
Sinqapur
Asiyanın parlayan ölkələrindən birinə çevrilmiş Sinqapur vətəndaşı olmağın yolu isə 2 milyon dolları ödəməkdən keçir.
Cənubi Kipr
Cənubi Kipr kiçik bir adadır. Burada vətəndaşlıq almaq üçün 3 milyon avro ödəməyiniz yetərlidir.
İngiltərə
İngiltərəyə daxil olmaq da İngiltərədə yaşamaq da çox bahadır. Vətəndaşlıq şərtləri qorxunc dərəcədə ağırdır.
5 il ərzində hər il 1 milyon funtsterlinq sərmayə qoyaraq, vətəndaşlıq əldə etmək mümkündür.
XƏBƏR LENTİ
Kayli Cennerin ayaq barmağı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
İnstaqram fenomeni olmaq istədi - borca düşdü
"Android" sahiblərinə xəbərdarlıq: Bu virus...
YAŞIL ÇAY
Sərxoş erməni Şuşa məscidinin minarəsinə çıxdı
Günün ulduz falı
Balqabaqlı brauni (foto resept)
Tədris ilinin sonunda şagirdlərin qiymətləndirilməsi necə aparılacaq?
Azərbaycanda Müasir Azərbaycan Peşəkarları Layihəsi uğurla həyata keçirilir
NATO Azərbaycanla əlaqələri genişləndirməyin zəruriliyini anlayır
Azərbaycanda daha 134 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Sinoptiklər istirahət gününə nə vəd edirlər?
Əl yuyulması ilə koronavirus arasında əlaqə AÇIQLANDI- FOTO
Sənə dönmək istəyirəm
Belə də nəqliyyat olur
Müəllimlərin bəzək əşyalarına – Qadağa
Bu günün hava proqnozu - 28.10.2013
Müəllimlər mənzillə təmin olunsun
Bitməyən savaş
Kiçik praktik ipucları
2013-ci ilin dəbli yay şalvarları
Ən çox övlad sahibi olan qadınlar
XXI əsrin qara kölgəsi-Piylənmə
Ev dizaynında müxtəlif üslublar
Çinli cərrah meyvələri əməliyyat etdi - VİDEO
SMS-lə icazədə yenilik edildi
Zabit Səmədov Dubayda döyüşəcək
İki yaşlı uşaq milyoner oldu
Quş südü tortu (foto resept)
Hündürdaban ayaqqabının yaratdığı xəstəliklər
Sızanaqlardan xilas olan qadın danışdı-FOTO
Görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin doğumundan 106 il keçir
Tələbələr kirayə ev tapmaqda niyə çətinlik çəkir?
Kiyev milisi odlu silaha əl atacaq
Sellofan torbalar pullu olacaq
Döllənmə
Sağlam dəriyə qovuşmaq üçün nə etməli?
Bu üsulla kəpəkdən xilas olun
Nanə ilə gözəlləşin
HAVA necə olacaq?
Xurmalı şokolad topları (foto resept)
Məşhur modellərin qidalanma vərdişləri
Lobyalı-göbələkli salat (foto resept)
Dövlət Departamenti: Suriyada 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür
Dünyada növbəti soyuq müharibə
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 527 yeni yoluxma
Təzə qan gəncləşdirir, amma...
Azərbaycanda daha 3 nəfər koronavirusdan öldü: 127 yeni yoluxma faktı - RƏSMİ
İbn Sinanın əsəri ƏSRlər sonra
Avropa Birliyindən terror xəbərdarlığı