Azərbaycan faunasında ilk dəfə olaraq 2 yeni balıq növü aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutundan Trend-ə verilən məlumata görə, qurumun "İxtiologiya" laboratoriyasının böyük elmi işçisi, alim Namiq Mustafayev Azərbaycan faunasında ilk dəfə Amur enlibaşı - Pseudorasbora parva - (Temminck et Schlegel, 1846) və Koreya kilqarınını - Hemiculter leucisculus - (Basilewsky, 1855) ilk dəfə olaraq aşkar edib. Çox güman ki, bu balıqlar keçən əsrin 70-ci illərindən başlayaraq bitki ilə qidalanan balıqların (ağ Amur, qara Amur, ağ qalınalın və əlvan qalınalın) Azərbaycan faunasına introduksiyası zamanı təsadüfən gəlib çıxıb. Belə ki, bitki ilə qidalanan balıqların körpələri gətirilən zaman diqqətsizlik üzündən bu balıqların da körpələri onlarla birlikdə gəlib və su hövzələrinə keçib. Amur enlibaşı demək olar ki, Azərbaycanın bütün daxili su hövzələrində (Lənkəran təbii vilayəti və Quba-Xaçmaz inzibati rayonlarının su hövzələrində, Kür və Araz çaylarında və onların qollarında, Kürətrafı göllərdə, Mingəçevir, Varvara, Yenikənd, Şəmkir su anbarlarında, Pirsaatçayda, Naxçıvan MR-in su hövzələrində) və Xəzərin Azərbaycan sahillərində geniş yayılıb. Azərbaycan sularında yaşı 5, uzunluğu 94 mm, kütləsi 10 q-a qədər olan Amur enlibaşına rast gəlinib. Koreya kilqarını Lənkəran təbii vilayəti çaylarında, Mingəçevir su anbarında, aşağı Kürdə və Arazda, Xəzərin Azərbaycan sahillərində (Abşerondan Astaraya qədər) yayılıb. Azərbaycan sularında ovlanaraq tədqiq olunmuş ən böyük Koreya kilqarınının yaşı 5, uzunluğu 150 mm, kütləsi 25,4 q olub. Son məlumatlar əsasında Azərbaycan faunasında 110 növ və yarımnöv balığın olması məlum idi. Bu iki növ balığın da respublikamızın faunasına daxil olması ilə faunamız zənginləşib və hazırda onların sayı 112-yə çatıb.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Cütlüklər niyə özünü tənha hiss edir?
Qorxudan qurtulmaq mümkündürmü? (psixoloji baxış bucağı)
Bankomatlarda koronavirus təhlükəsi: toxunduqda... - XƏBƏRDARLIQ
Muratla Hande barışdı
Qan iltihablanması və müalicəsi
Sarımsaq qoxusunun əldən getməsi üçün..
Hər gün edilən 7 səhv
Azərbaycanlı gənclərdən mart soyqırımı ilə bağlı aksiya
Yeni təhlükəli virus yayılıb - Meymun qripi
Milli Məclis 11 qanunu dəyişdirdi
“Google” şirkəti 50 milyon avro cərimələndi
Ermənistan ordusu doqquz istiqamətdə atəşkəs rejimini pozub
Hamiləlik pəhrizi – əsas qidalar
Qadınların gizlətdikləri A-dan Z-yə qədərdir
Azərbaycan və Türkiyə könüllüləri Ermənistana qarşı döyüşmək üçün müraciət ediblər
Niyə təbii gülümsəməyi süni şəkildə edə bilmirik?
Məktəblilərarası V Məntiq Olimpiadası keçiriləcək
Gürcüstan-Ermənistan münasibətləri soyumağa başlayıb
Autizm
Kosmosa lift çəkilir?
Bergüzar və Halit Çeşmədə tətildə-FOTO
Dünyanın ən bahalı brendi bəlli oldu
Ruslar Azərbaycanı əsas rəqib hesab edirlər
Qışda saçları məhv edən 6 vərdiş
"Lavrovla Sarkisyan arasında görüş çox gərgin olub"
Ermənilər almanların ulduzunu zədələdilər
Tramp və xanımı koronavirusa yoluxdu
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Vişnəli piroq(foto resept)
Yeni il üçün manikür modelləri
Yod çatışmazlığı hansı fəsadları törədir?
Meteorit istəyən var?
Fransanın birinci xanımı nəvələrini necə tərbiyə edir?
Dəbli ofis mebelləri
Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ
Mübarək Rəcəb ayı haqqında
Ledi Qaqa yeni Sevgilisi ilə-FOTO
Ən gözəl göbələklər
BÜRCLƏR bizə nə vəd edir?- 2 Dekabr
"ASAN xidmət"in səlahiyyətləri artırıldı
Bu ölkədə Qurban ətini odunda bişirməmək - TÖVSİYƏ OLUNDU
Balıq hərracda 1,8 milyon dollara satıldı-FOTO
Dünyanın ƏN TÜKLÜ QADINI - Yeni görünüşü hamını təəccübləndirdi - FOTOLAR
Ən gözəl CƏSUS-FOTO
Şəhzadə Diananın gəlinləri onun tərzində
Ayaq bilərzikləri-3
Günün ulduz falı
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Ziyafət üçün geyim kombinləri
BÜRCLƏR bizə nə vəd edir?-5 Noyabr














