Azərbaycan sularında 9 balıq növünün ehtiyatları kəskin şəkildə azalıb, onlar artıq nəsli tükənmək üzrədir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun "İxtiologiya" laboratoriyasının böyük elmi işçisi, alim Namiq Mustafayev Trend-ə bildirib ki, bu, Azərbaycanın ərazi sularında aparılan tədqiqatlar nəticəsində məlum olub.
Azərbaycanın "Qırmızı kitab"ının II nəşrinə daxil edilmiş balıqların 7-si Xəzərin Azərbaycan sektorunda yaşayır. Bu balıqlar Zərdəpər, (Barbus capito (Güldenstaedt, 1773) - Усач-чанари - Barbel), Xəzər qızılbalığı (kumja) - Salmo trutta caspius Kessler, 1870 - Каспийская РєСѓРјР¶Р° (лосось) - Caspian Salmon (Bulltrout), Dəniz sıfı (Sander marinus (Cuvier, 1828) - РњРѕСЂСЃРєРѕР№ судак - Sea Sander), Qılıncbalıq (Pelecus cultratus (Linnaeus, 1758) - Чехонь - Sabrefish), Xəzər şirbiti (Barbus brachycephalus Kessler, 1877 - Каспийский усач - Caspian barbell), Poru ( Abramis sapa (Pallas, 1814) - Южнокаспийская белоглазка - White-eye) və Qaya balığıdır (Acipenser nudiventris Lovetsky, 1828 - РЁРёРї - Ship sturgeon).
Bununla yanaşı, Azərbaycanın şirin sularında Qızılxallı (Salmo trutta fario Linneus, 1758 - Речной форель - Rainbow trout) və Şirvan külməsinin (Rutilus atropatenus Derjavin, 1937 - Ширванская плотва - Shirvan roach) də ehtiyatları kəskin şəkildə azalıb.
Hazırda bu balıqlara çox nadir hallarda rast gəlindiyini deyən N.Mustafayev bildirib ki, həmin balıqların ehtiyatlarının kəskin şəkildə azalmasının əsas səbəblərindən biri onların çayda kürü tökmə imkanlarının olmamasıdır.
Alim qeyd edib ki, Xəzər dənizindəki əksər balıqlar kürülərini çaylarda tökürlər. Ancaq çaylar üzərində su anbarlarının inşası balıqların bu imkanını xeyli azaldıb. Artıq balıqların Xəzərə tökülən çayların 90 faizinə girmək imkanı yoxdur. Həmin balıqlar o çaylara girsələr belə, bir neçə km-dən sonra çayın yuxarı hissələrinə gedə bilmirlər: "O balıqlar çayın yuxarı hissələrinə qalxmalıdırlar. Çünki onların kürülərinin inkişafı üçün suda olan oksigenin miqdarının çox olması lazımdır. Çayların da ən çox yuxarı hissələrində oksigen bol olur".
N.Mustafayev bildirib ki, Xəzərin Azərbaycan sektorunda nərəkimilərin azalmasına onların yem bazasının azalması, qanunsuz balıq ovu da da təsir göstərib.
Alim balıqların ehtiyatlarının azalmasında Xəzər dənizinin neftlə çirklənməsinin də rol oynadığını söyləyib.
O, qeyd edib ki, Dəniz sıfı balığı Xəzər dənizində - Bakı şəhəri yaxınlığında dənizin dibində yaşayır və kürü tökür. Amma neftlə çirklənmə nəticəsində yaranan tullantılar dənizin dibinə çökdüyündən Dəniz sıfı balıqları kürü tökə bilməyərək oradan uzaqlaşıblar. Buna görə də həmin balıqların ehtiyatları kəskin şəkildə azalıb.
N.Mustafayev əlavə edib ki, ehtiyatları kəskin şəkildə azalan balıqların kürü tökmə imkanlarının artırılması üçün müvafiq qurumlara təkliflər də veriblər. Təkliflərdə qeyd edilir ki, çayların üzərindəki su anbarlarının bir hissəsində qapı qoyulsun: "Bəzi çayların üzərində 1970-1980-ci illərdə tikilmiş su anbarları artıq su anbarı kimi fəaliyyət göstərmir, çünki onlar tamamilə dolublar. Həmin su anbarlarında rekonstruksiya işləri aparmaq, onların bir hissəsində həm lili təmizləmək, həm də balıqların keçməsi üçün qapılar qoymaq olar".
Nənbə:trend.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sabahın HAVAsı
Dəbli çantalar
“Çukur”da yeni aktyor-FOTO
Yerə təhlükə yaxınlaşır
Duzlu bisküvit (foto resept)
Azərbaycanda yenidən "kolxoz" yaradılır
"Kirpi" pirojnası (foto resept)
Avropada rouminq ləğv ediləcək
Dadlı qurabiyə (foto resept)
Hava XƏBƏRDARLIĞI
Bakıda inşa olunan möhtəşəm olimpiya stadionunun göörüntüsü
Deniz Çakır məşhur seriala qayıdır-VİDEO
Darçınlı çörək (foto resept)
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
"100 min mənim üçün qoz-fındıq puludur"
Dünyanın ən bahalı nişan üzükləri
Çoxuşaqlı ailələr bunu bilməlidir
Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ
Bakı və ətrafında torpaq neçəyədir?
Pəhrizin təsirini daimi etməyin yolu
Yağış qayıdır
Putinin hamıdan gizlədiyi qızı
Qısa dırnaqları uzun göstərməyin yolları
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
İşbazlar Göyçay fermerlərini çıxılmaz vəziyyətdə qoydular
Meyvələrdən ilham alan sənətkar
"Sevgi hormonu" ideal ağrıkəsicidir
Tramp ABŞ-ın kibertəhlükəsizlik agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırdı
Çin hakerlərin yara bilməyəcəyi internet xətti yaradır
Armudlu maffinlər (foto resept)
Tuba Büyüküstün bu dəfə KLİP təqdim etdi-VİDEO
Hava haqqında - 15.10.2013
Qəlbinin səsi ilə hərəkət edirsən, yoxsa məntiqinlə?
HP-dən ElitePad 1000
Sağlam böyüməyinə kömək edin
Yevlaxda Qurban bayramı qeyd olunur
Badamlı şirniyyat (foto-resept)
Selana Gomez xəstəxanaya yerləşdirildi-SƏBƏB
Gündə 3 ədəd ərik yesəniz..
İranda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
"İlin qadını" o oldu-FOTO
Hər zövqə uyğun don modelləri
Karantində olan Ronaldudan koronavirusla bağlı böyük jest
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
Günün ulduz falı
Azərbaycanda bu tarixdə karantin sərtləşdirilə bilər - RƏSMİ
Evlər kəskin bahalaşacaq
Koronavirusun qulaqlara təhlükəli təsiri
Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər: "Pul itirmişik..."
1,2 min rus əsgəri Ermənistanda















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]