Son 10-15 il ərzində Xəzər dənizində kilkə balıqlarının ehtiyatı 10 dəfə azalıb.
Qadin.Net bildirir ki, bunu trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
Onun sözlərinə görə, son illər ərzində Xəzər dənizində balıqların növ tərkibi dəyişməsə də, balıqların ehtiyatı ildən-ilə getdikcə azalır. Ehtiyatların azalması daha çox vətəgə əhəmiyyətli balıqlara aiddir:
Xəzər dənizinin əsas balıq ehtiyatının çoxunu kilkələrin təşkil etdiyini deyən M.Axundov əlavə edib ki, kilkələrin qidalandığı zooplanktonların, yəni dənizdəki xırda canlıların kütləsi 10 dəfə azaldığından dənizdə bu balıqların da ehtiyatı çox azalıb.
Zooplanktonların ehtiyatının azalma səbəblərini açıqlayan M.Axundov qeyd edib ki, 1990-cı illərin sonlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş mnemiopsis leidyi (kilkələrin yemini yeyən yad orqanizm) dənizin akvatoriyasında sürətlə yayılaraq, Xəzərin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurub. O, kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükədib.
Kilkələrin sayının azalmasını bu prosesin nəticəsi sayan M.Axundov qeyd edib ki, bu balıqların sayının azalması Xəzərin yalnız Azərbaycan sektorunda deyil, bütün Xəzər dənizində müşahidə edilir.
M.Axundov qeyd edib ki, yaranan problemin aradan qaldırılması üçün kilkələrin sənaye ovuna qadağanın qoyulması məsələni həll etmir:
"Sadəcə olaraq, kilkə ovuna ehtiyatlı yanaşma lazımdır. Kilkələri müəyyən həcmdə ovlamaq olar. İmkan vermək lazımdır ki, kilkə çoxalsın. Kilkə çoxalarsa, bütün balıqlar üçün də yem ehtiyatı artar".
M.Axundov qeyd edib ki, son 15 il ərzində kilkə kütləsi azaldığından kilkə ilə qidalanan bütün başqa balıqların da kütləsi azalıb. Bunlar siyənəklər, nərə cinsli balıqlar, qızıl balıq və sairdir.
XƏBƏR LENTİ
Lalə (Tulipan) gülü
Cəlbedici makiyaj növləri
Havanın temperaturu 43 dərəcə olacaq
Bunları bilirsinizmi?
Reanimasiyada həkimlər koronavirusla belə mübarizə aparır - VİDEO
Kahı sendviçi (foto resept)
2020 BAFTA Mükafatları: Qırmızı Xalça
Telefonla oynayan uşaqlar təhlükədədir
Ən çox qazanan yazıçılar - SİYAHI
Naxçıvandan Batumiyə marşrut fəaliyyətə başlayacaq
Erməninin şokedici etirafı
Həyatımızın "Kaş ki"ləri
Rusiya ilə bağlı bədbin proqnoz
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Romantik yataq otağı dekorasiyası
Saçlar üçün
Monika Belluçi imicini dəyişdi-FOTO
"Brexit" Azərbaycana təsir edəcəkmi?
Azərbaycan və Türkiyə ordusu Ermənistan sərhədinə toplandı
Hörüklü pizza (foto-resept)
Bu qarpızları əsla yeməyin, yoxsa... - FOTO
Misirdə Xeops ehramı bu yolla tikilib-Qədim papirus tapıldı
Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO
40 il artıq yaşamaq istəyənlərə 7 məsləhət
Manatın məzənnəsində ciddi dəyişiklik
Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı
Fərqli köynək düymələri
Günün qoroskopu: Təxəyyülü işə salın!
Dünyanın ən qəribə cərrahı: özü əlildir, amma
Facebook-dan Azərbaycana zərbə
Kəs və yapışdır-19
Azərbaycanda təhsil sisteminin vahid məlumat bazası yaradılacaq
Heyvanlara münasibət
Yeni stadion tikiləcək
AQTA-dan çağırış: Bu göstərişlərə əməl edin!
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Parlaq saçlara necə sahib olmalı?
Pyotr dövrünə aid sikkələr tapıldı
17 ildən sonra ilk dəfə onu seçdilər-FOTO
Bu gündən Bakıya istilik veriləcək
Günün ulduz falı
Bu 12 məsləhəti hər gün yerinə yetirin
Qadınlar doğuşdan niyə qorxur?
Gülşən qazancından danışdı-FOTO
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Bu ölkədə internet zəiflədi
Tərbiyədə səbrin rolu
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Gülben Ergeni öldürmək istədilər
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI














