Fəsilə: Liliaceae (Zambaqillər)
Cinsi: Tulipa (Lalə)
Növ: (bir çox növ)
Günəş: Tam gün
Qış: -40 ° C
Lalə bitkisi ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zambaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilər.
Əksəriyyətlə bir soğan bir çiçək açar, amma bir soğanda iki və ya üç çiçək çıxaran lalələr də vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan lalələri çiçəkləri birdən birə ardınca açarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Yay istilərinin başlamasıyla yarpaqları da quruyar gedər. Buna görə evlərdə, bağlarda hobbi olaraq lalə yetişdirilməsi çox uyğun deyil. Çünki yarpaqları belə yalnız yazda vardır; bütün il soğanını qorumaq məcburiyyətindəsiniz. Lalə yetişdirilməsi kəsmə çiçək ticarəti üçün daha uyğundur. Daima açıq havada çöldə tutulması qətiliklə şərtdir. Qışda -40 ° C dərəcə kimi ağır don hadisələrinə davamlılığı tamdır. Ev içində yetişdirməyə çalışmayın. Balkonlarda qalın kənarlı torpaq saxsılarda yetişdirilə bilinər.
Toxumların toplanması və saxlanması.
Toxumlar yetkinləşincə torpağa tökülüb asanca gözdən itə bilər. Bunun olmaması üçün toxumların yetkinləşdiyi dövrdə torpaq səthinə ağ kağız sərilməlidi ki , toxumlar siz toplamadan tökülürlərsə, itməsinlər. Toxumları əldə etsəniz belə, bəziləri kifdir. Diqqətlə baxmalısınız ki, bu kiçik toxumlardan hansıları həqiqətən yetkinləşmiş toxumdur anlaya biləsiniz. Payıza qədər çox sərin bir yerdə saxlamanız lazımdır. Çünki lalə toxumları çox zəifdirlər. Soğanlar kimi davamlı deyil. Toxumları təmiz bir qaba qoyun, qapağı möhkəmcə bağlayın, sentyabr qədər soyuducuda saxlayın.
Lalə soğanlarının əkilməsi.
Payızda əkilir. Və ya ən gec fevral ayında əkmək olar. Soğanın iti ucu yuxarı gələcək şəkildə, öz həcminin ən az iki misli dərinliyinə əkilməlidi. Olduğunuz şəhərin iqliminə görə dərinlik dəyişər. Əkdiyiniz lalələr açıq havada və soyuq yerdə olmalıdır. Lalə bir ev bitkisi deyil. Qış soyuğunda torpaq altında yavaş bir rooting prosesi yaşamayan lalələr çiçək açmaz.
Torpağı qumlu və gübrəli olmalıdır. Saxsıda yetişdirəcəksinizsə, payızın sonuna doğru soğanları əkin və saxsını mümkün qədər soyuq bir yerdə saxlayın. Qışda çox həddindən artıq don hadisələri olursa, uzun müddət donda qalmamalarını təmin edir, lakin isti məkanlara soxmayın. Mart başında yenə açıq havada daha günəşli bir yerə alın.
Lalə soğanlarının satışı payızda keçirilir (hərçənd bütün il satanlar var amma səhv). Aldıqdan dərhal sonra əkməlisiniz. Bunların təzə olmalarına diqqət edin. Yəni məsələn oktyabr ayında almısınıza, o soğanların 5 ay əvvəl yetkinləşmiş olmaları şərtdir. Daha əvvəlki ildən bəri gözlədilən soğanlar bəlkə köklenib yapraqlansa belə yaz gəldiyində çiçək açmayacaqlardır. Ancaq onlardan ibarət yeni soğanlar sonrakı il çiçək aça bilərlər.

Əkdikdən sonra sulanması və hara qoyulacağını öyrənək.
Lalə soğanlarını əkidikdən sonradərhal sulayın. Saxsılara əkmişsinizsə, saxsıları soyuq küləkləri alan bir yerə qoyun. Şimala baxan divar dibi ideal bir yerdir. Torpaq yağışdan qardan ıslanmayacaksa, hərdənbir nəzarət edərək ciddi bir quruma gördükcə bolca su ilə sulayın. Fevral ayına qədər soyuq küləkləri almalı. Fevral girincə yaxşı günəş ala biləcəkləri bir yerə qoyun (yenə çöldə olacaq, bu qəti şərt, evdə olmaz). Üstünə qar yağa bilər, heç bir qorxusu yoxdur.
Lalə üçün torpaq.
Suyu yaxşı keçirən gerçək torpaq istifadə edin. Torf və hazır paket torpaqlar lalələr üçün heç etibarlı deyil. Saxsıya lalə əkərkən hazır paket torpaq istifadə etməkdənsə, küçədə sahil küncdə, parklarda tapa biləcəyiniz ərazi torpaqlarından istifadə belə daha etibarlıdır.
Torpağı məhsuldar olan bağçaların, tarlaların torpaqları ən optimaldır. Çox gilli isə qum qarışdırmalısınız. Beləcə süzəkliyi yerinə gəlir. Torpağın süzək olması lalələr üçün çox əhəmiyyətli bir ehtiyacdır .
Soğanların torpaqdan çıxarılması, təkrar əkilməsi.
Lalələr çiçək açdıqdan bir neçə həftə sonra yarpaqlar quruyur. Qurumasalar belə ,sulamayın, qoyun qurusunlar. Bağçada yetişdirmişsəniz heç çıxarmasanız daha yaxşıdır.
Saxsıda yetişdirisinizsə, yenə çıxarmaq lazım deyil. Saxsını küləkli və kölgə bir yerdə gözlədin. Bağçaya əkilənlərin əksinə bunlar yazın qupquru torpaqda (əgər çox ısınırlarsa) pis zərər görə bilər -xüsusilə də yazın həddindən artıq isti olan bölgələrdə. Onun üçün torpaq hər qupquru olduğunda sulamalısınız. Beləcə qurumağa çalışan torpaq həmişə sərin qalar. Soğanlar istidən zərər görməz.
XƏBƏR LENTİ
Azərbaycanın sabiq naziri Bakıya qayıtdı
Zərif və zövqlü ziyafət geyimləri (3)
Evliliyin ən çətin və xoşbəxt illəri
Boyunuz qısadırsa, geyiminizdə nələrə diqqət etməlisiniz?
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 161 yeni yoluxma
Eksklüziv Hyundai Veloster
4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO
Xalq artisti dünyasını dəyişdi
Uğurlu insanın 25 əlaməti
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yığmamızın kapitanı karyerasını başa vurdu
İrandakı duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər
Xəzərdən atılan raket xəstəxananı dağıtdı
Nyu-Yorku siçanlar basdı
Məşhurlardan hörük modelləri
Girovlarımızdan məktub var
Təhsil müəssisələrində bunların istifadəsi dayandırılır
Doğulduğunuz aya görə necə qadınsınız?
Bu ölkə gözəl qadın "fabriki"dir
"Çudo-peçka"lar bağlanır
Rus Dili dərs-23
56 yaşlı Culianna - FOTO
Ananaslı və köklü keks (foto resept)
Dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssiləri Bakıya toplaşır
Uşağım məktəbə hazırdırmı?
Lətifələr kitabımdan
"Bakcell"lə "Nar" birləşir?
DİN əhaliyə çağırış etdi - VİDEO
Gəncədə genişzolaqlı internetin inkişafı layihəsi çərçivəsində işlər sürətlə davam edir
Dünyanın ən böyük məzarlığı-FOTO
Nejat İşlər yeni serialda - VİDEO
Saçlara xüsusi qulluq
"FaceApp" iddialara cavab verdi
Microsoft-da maaşlar azalır
Hande Erçel və Murat Dalkılıçın ayrılıq səbəbi bəlli oldu
Xarici ölkələrə səfər etmək üçün turpaket alanlar - Diqqətli olun!
Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı
"Zalim İstanbul"serialı cərimələndi-SƏBƏB
Ekran qarşısında çox vaxt keçirən uşaqlar üçün idman
Rəsmi Tehrandan Türkiyə xəbərdarlığı
Ermənistan ordusu bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub
Kabayeva mandatdan imtina etdi
Azərbaycan tarixindən yüz şəxsiyyət-13
Şişləmə tort (foto resept)
Öz-özünə danışmaq dəlilik əlamətidirmi?
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
Bakı telefonlarında internet olacaq
Əkizlərlə necə davranmalı?
Şəkidə işləyən bərbər əsgərlərin saç-saqqalını qırxmaq üçün cəbhəyə getdi -VİDEO















- ŞƏRHLƏR