
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, genişzolaqlı internetin inkişafı layihəsi çərçivəsində yeni optik kabellərin çəkilişi 2013-cü ilin sonuna qədər şəhərin Məhsəti, Natavan, Cavadxan qəsəbələrində həyata keçiriləcək. Gəncə Telekommunikasiya İdarəsi tərəfindən hazırda qəsəbələrdən 2-də optik kabellər çəkilib, digərlərində isə işlər sifariş olunan avadanlıqlar gətirildikdən sonra davam edəcək. Gəncədə genişzolaqlı internetin inkişafı layihəsi çərçivəsində işlər sürətlə davam edir. Şəhərin Məhsəti qəsəbəsində 5 km uzunluğunda magistral optik kabellər çəkilib, hazırda daxili şəbəkə sisteminin qurulması üçün qazıntı işləri gedir. Qəsəbədə 192 nömrə, 128 ADSL tutumlu 2 optik paylayıcı qutu quraşdırılacaq. Natavan qəsəbəsində isə 7.5 km uzunluğunda magistral optik xətlər çəkilib. 256 nömrə tutumlu optik paylayıcı qutu sifariş olunub. İş icraçısı Arif Məmmədov: “Məhsəti və Natavan qəsəbələrində işlər görmüşük. Optik kabellərin və paylayıcı qutuların qazıntılarını həyata keçirmişik, yaxın vaxtlarda daxili kabellər və qutular gətirildikdən sonra sakinlərə telefon buraxılışını təmin edəcəyik”. Gəncə Telekommunikasiya İdarəsinin baş mühəndisi İsrail Məmmədovun bildirdiyinə görə, genişzolaqlı internetin inkişafı layihəsi çərçivəsində ilin sonuna qədər 4 qəsəbə tamamilə optikləşəcək. Şəhərin 3112 ADSL tutumu təkcə bu 4 qəsəbənin hesabına artırılaraq 4500-ə çatdırılacaq. Bildirək ki, 3 illik genişzolaqlı internetin inkişafı layihəsi nəticəsində idarənin ADSL tutumu 44440-a çatdırılacaq, şəhərdə optik paylayıcı qutular quraşdırılacaq.İsrail Məmmədov: “Gəncədə şəhər telefon şəbəkəsində rekonstruksiya işləri gedir və bununla bağlı 75 optik paylayıcı qutuların tikilməsi, quraşdırılması nəzərdə tutulub. Bu da optik kabellərin əhaliyə yaxınlaşdırılması, yəni mərkəzi ATS-lərin yerində qalmaqla mis kabellərin optik kabellərlə əvəz olunması deməkdir”. Digər iki yaşayış məntəqəsi, Cavadxan və Sadıllı qəsəbələrində də optikləşmə işləri görüləcək. Hər iki qəsəbədə ümumilikdə 5.8 km uzunluğunda optik kabel çəkiləcək, 3584 yeni nömrə istifadəyə veriləcək. Onu da əlavə edək ki, Cavadxan və Sadılllı qəsəbələrində 2 yeni elektron ATS tikiləcək. Cavadxan qəsəbəsində olan ATS binasının oktyabrın 15-ə qədər tam təhvil verilməsi nəzərdə tutulub.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şokolad souslu peçenye (foto resept)
SSRİ-nin ilk gözəllik kraliçası-FOTO
Kəsmikli kartof (foto resept)
"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib
At şampununun saçlarımıza təsiri
Menstruasiya ağrılarını azaldan ərzaqlar
Beren Saatdan Uşaq Açıqlaması-FOTO
Cəbhədə vəziyyət gərgindir!
Yoluxucu xəstəliklərdən qorunmağın yolları
Hadisə bütün qadınlara səsləndi
Azərbaycanın məşhur aparıcısı azadlıqda
"Nadir Şah" romanı səhnələşdiriləcək
Çin qəbiləsinin qadınları-FOTO
Apple yenə də Samsungu vurdu
Bekhemin malikanəsinin tikintisi dayandırıldı - FOTO
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Məktəblər yenidən bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Paris Hilton Kraliçanın qoxumu çıxdı
HAVA necə olacaq?- 25 fevral
Həftənin ilk iş günündə hava necə olacaq?
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Yeni dərman - banan
Neon dırnaqlar
Milli Ordunun yaranmasından 102 il ötür...
Günün qoroskopu: Ağlınızı işlədin!
Boksçu Məhəmməd Əli üsyan etdi
Sərin yay donları
Dodaq yemə vərdişi
Folqada dana dili (foto resept)
Gülben Ergen bu mahnıya 150 min xərclədi
21 uşaqlı ailədə Yeni İl xərci-5000 dollar
Döşlərinizi Tibet üsulu ilə böyüdün!-3
Donuz qripi təhlükəsi: şəxsi gigiyenaya riayət edin
Stresdən xilas olmağın yolları
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Dünyanını "lənətləyən" rəssam
Ramazan ayının 18-ci gününün imsak və iftar vaxtları
Daha bir bank bağlandı
HAVA necə olacaq?
Xoşbəxt ailənin formulu: yalnız sevgi kifayətdirmi?
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Beren Saat Kənanı təbrik etdi-FOTO
10 ölçülü kainat necə açıqlanır?
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Hamilə xanımlar, oriental rəqs edin
Badamcıq əməliyyatı
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]