Son günlər qonşu respublikalarda donuz qripinə yoluxma hallarının artması və ölümlərin qeydə alınması ölkəmizdə də əhalini təşvişə salıb. Məsələn, son vaxtlar bir çox valideynlər donuz qripinə yoluxa bilmə ehtimalını nəzərə alıb, uşaqlarını bağçalara göndərmirlər. Bir vaxtlar bağçaların qarşısında avtomobil və adam əlindən tərpənmək olmurdu; lakin son günlər bir qədər seyrəklik hiss olunur. İnsanların bu narahatlığı başa düşüləndir...
Bəs donuz qripi haqqında nə bilirik və ölkəmizdə bu xəstəliklə mübarizəyə qarşı hansı hazırlıq işləri görülüb? Səhiyyə Nazirliyindən qəzetimizə verilən məlumata görə, son dövrlərdə dünya əhalisini təşvişə salan donuz qripinə yoluxma halları Azərbaycanda qeyd olunmayıb: "Ölkəmizdə mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi isə son illərin orta göstəricisini aşmayıb. Lakin bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən qarşımızda potensial təhlükə yaratmaqla profilaktik, müalicəvi və əks-epidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların mobilləşdirilməsini tələb edir. Bu məqsədlə Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb. Əmrdə ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.
Qeyd etmək istərdik ki, qriplə mübarizə məsələlərində əhali əhəmiyyətli rol oynayır. Bu baxımdan da əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, donuz qripi mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, təngnəfəsliklə müşahidə olunur. Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağciyərlər zədələnir. Əhalidən xəstəliyin əlamətləri özünü büruzə verdiyi andan səhiyyə müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu maskalardan istifadə etmək, şəxsi gigiyenaya riayət etməsi xahiş olunur". Nazirlik vətəndaşlara epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfər etməməyi, əhalinin kütləvi toplaşdığı - mədəni və digər tədbirlərdə iştirak etməməyi tövsiyə edir.
Onu da əlavə edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında donuz qripinin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə də əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır. Eyni zamanda qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməsi sənəddə öz əksini tapıb.
Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda, dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, respublikanın şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb. Sənəddə yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə işlərinin aparılması, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksların tam hazır vəziyyətə gətirilməsi, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilməsi təmin edilməsi müvafiq quruma tapşırılıb.
"Azərbaycanda indiyədək heç bir şəxsdə donuz qripi xəstəliyi aşkarlanmayıb". Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Trend"ə açıqlamasında deyib ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib. L. Bayramova "donuz qripi" ilə əlaqədar laborator müayinələrin aparılması üçün bütün şəraitin, kifayət qədər test ehtiyatının, diaqnostika imkanlarının olduğunu söyləyib.
Donuz qripinin əlamətlərinə gəlincə, Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) laboratoriya müdiri Musa Cahanov "lent.az"a açıqlamasında deyib ki, donuz qripinin törədicisi olan H1N1 virusu tapılmayıb. Donuz qripinin yüksək yoluxucu kəskin respirator xəstəlik olduğunu deyən M. Cahanov qeyd edib ki, bu xəstəlik əsasən donuzla təmas etdikdə yoluxulur, ancaq bəzi hallarda insandan insana da yoluxma baş verə bilər: "Yəni donuz qripinə artıq yoluxmuş bir insandan hava-damcı yolu ilə sağlam bir insana bu virus keçə bilər".
"Donuz qripi" xəstəliyinin əlamətlərinə görə adi qripdən heç fərqlənmədiyini vurğulayan M. Cahanov deyib ki, bəzi hallarda yüngül formada keçirilən xəstəliyin tam sağalması mümkündür: "Adi qripdə olduğu kimi, yoluxmuş şəxslərdə yüksək temperatur, öskürək, boğazda ağrı, zökəm, əzginlik, baş ağrısı, titrətmə, bəzən ishal və qusma baş verə bilər. Xəstəliyin müalicəsində də qrip əleyhinə istifadə edilən dərman preparatları işlədilir və xəstə qısa zaman ərzində sağalır".
Ancaq M. Cahanov müstəsna hallarda ağırlaşmaların yaşandığını deyərək, bu xəstəliyin 5 yaşadək, əsasən 2 yaşadək olan uşaqlarda, 65 yaşdan yuxarı şəxslərdə, hamilə qadınlarda və xroniki xəstəlikləri olan xəstələrdə daha ağır yaşandığını və pnevmaniya kimi ciddi ağırlaşmalarla nəticələndiyini xüsusi vurğulayıb.
O deyib ki, xəstəliyin əlamətləri müşahidə ediləndə həmin şəxs ayrı otaqda təcrid edilməlidir və ona qulluq edən şəxs tibbi maskadan istifadə etməli, əllər tez-tez yuyulmalı, çirkli əlləri üzə, buruna, gözə toxundurmamalı, belə xəstələri gördükdə onlardan uzaq durmalı və sağlam həyat tərzi keçirməlidir. Və şəxsi-gigiyenik şərtlərə əməl edərək bu xəstəliyə yoluxma riskini azaltmaq mümkündür.
M. Cahanov əlavə edib ki, əlamətlərinə görə donuz qripini adi qripdən ayırmaq ancaq laboratoriya müayinələrindən sonra mümkündür: "Müayinələr Taun Əleyhinə Stansiyasının Virusoloji laboratoriyalarında aparılır. Qriplə müşahidə edilən xəstəliklərin nümunələri götürülür və müayinəsi aparılır".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq