
2012-ci ildə Böyük Britaniyada mütəxəssislərin detektiv janrının ilk romanı hesab etdikləri və müəllifi Çarlz Filiks olan “Nottinq Hillin sirri” romanı yenidən nəşr olundu. Bu roman-felyeton 1862-63-cü illərdə həftəlik “Once a week” jurnalında, 1863-cü ildə isə ayrıca kitab şəklində nəşr olunmuşdu.
150 il keçdikdən sonra o yenidən nəşr olunur. Britaniya və Amerika detektiv ədəbiyyatı bazarında sensasiyaya səbəb oldu. Kitab "British Library Publishing" nəşriyyatı (Britaniya Milli Kitabxanasının nəşriyyatı) tərəfindən ilk nəşriyyatın məşhur yazıçı Dafna Dümoryenin babası Corc Dümorye tərəfindən çəkilmiş rəsmləri ilə birlikdə nəşr olunmuşdur.
Çarlz Filiksin bu romanının yenidən nəşrinə qədər fransız yazıçısı Emil Qaborionun 1866-cı ildə çıxan “Dul qadın Lerujun işi” və ingilis yazıçısı Uilki Kollinzin 1868-ci ildə nəşr olunan “Ay daşı” ilk detektiv romanlar kimi qəbul olunurdular. “Nottinq Hillin sirri” yenidən nəşr olunduqdan sonra tarixi həqiqət zəfər çaldı və onun müəllifi Çarlz Filiks detektiv romanın banisi elan edildi, halbuki, adətən detektiv janrın ilk əsərləri Edqar Ponun 19-cu əsrin 40-cı illərində yazdığı hekayələri hesab edilirlər.
Çarlz Filiks - təxəllüsdür, onun arxasında ingilis hüquqşünası, jurnalist və səyahətçisi Çarlz Uorren Adams durur. Romanın müasir tənqidçilərini onun ədəbi texnikası heyran etmişdir – roman növbələşən gündəlik yazıları, ailə məktubları, şahidlərin ifadə protokolları, kriminoloji dəlillər və cinayət yerinin sxemləri formasında yazılmışdır. Əyani olaraq XX əsrin 20-ci illərinə qədər detektiv janrında belə bir texnika istifadə olunmamışdır. XIX əsr üçün bu novator ədəbiyyat fəndi idi.
Çarlz Filiksin romanında qərbi Londonun rayonlarından biri olan Nottinq Hilldə törədilmiş qətl barəsində danışılır. Baron R. sığorta polisinə görə böyük məbləğ əldə etmək üçün öz arvadını qətlə yetirir. Qətlin təhqiqatını sığorta şirkətinin xəfiyyəsi Ralf Henderson aparır. Qətlin təhqiqatına üçqat qətl, qaraçılar tərəfindən balaca uşağın qaçırılması, zəhərlənmə və varlı dayının vəsiyyətnaməsi kimi işlərin də süjet xətləri əlavə olunur. Romanda Ralf Henderson Şerlok Holmsun carçısı kimi görünür, belə ki, o, təhqiqat zamanı öz dövrünün elmi metodlarından istifadə edir.
Doğurdanmı “Nottinq Hillin sirri” detektiv janrının ilk romanıdır?
Bu suala detektiv janrının məşhur britaniyalı tarixçisi, “Britaniya detektiv ensiklopediyası”-nın müəllfi və Britaniya Detektiv Janrı Yazıçıları Assosiasiyasının keçmiş vitse-prezidenti Barri Forşou cavab verir:-
-Hansı kitabın tarixdə ilk detektiv roman adlandırılması ilə bağlı daima mübahisələr gedirdi. Adətən Uilki Kollinzin “Ay daşı” romanını göstərirdilər. Bu əsər 1968-ci ildə nəşr olunmuşdu. Ancaq xronoloji baxımdan “Nottinq Hillin sirri”, “Ay daşından” və Qaborionun qəhrəmanı-xəfiyyə Lekokun iştirakı ilə olan ilk romanı “Dul qadın Lerujun işi”-ndən qabaq çap olunub. Odur ki, heç şübhəsiz bu ilk detektiv romandır. Bununla belə bu roman sadəcə detektiv janrın ilk romanı deyil. Romanı maraqlı edən həm də onun orijinal ədəbi formasıdır. Bu romanın nə dərəcədə müasir görünməsi heyranedicidir. Bu sadəcə ilk detektiv roman yox, həm də maraqlı və orijinal formalı bir romandır.
- Bu roman öz dövrü üçün novatorçu sayıla bilərmi?
- Bəli və ilk növbədə məhz o dövr üçün qeyri-adi sayıla biləcək ədəbi formasına görə. Onu da unutmayaq ki, o dövr və eləcə də ondan əvvəlki dövrün bir çox romanlarında özünəməxsus novatorluq var idi. Məsələn, götürək elə Daniel Defonun “Molli Flanders”-ini. Bu detektiv roman deyil, ancaq onu ilk kriminal roman adlandırmaq olar. Burada keçmiş yüngül əxlaqlı qadının kübar cəmiyyətə daxil olmasından bəhs edilir. Belə bir süjet öz dövrü üçün tamamilə bir yenilik idi. Mərkəzində xəfiyyə və cinayət təhqiqatı olan roman da cox qeyri-adi idi. Dikkens də roman-felyetonlar yazmasına baxmayaraq, bu barədə heç vaxt yazmamışdı. “Nottinq Hillin sirri”-ni də təkcə burada cinayət və qətldən söhbət getdiyinə görə o dövr üçün novatorluq adlandırmaq olmaz. Romanda əsas bu deyil. Əsas cinayətkarı ifşa edən xəfiyyə Ralf Hendersonun obrazıdır.
- “Nottinq Hillin sirri”-nin müəllifi barədə nə məlumdur?
- O jurnalist olub və onda ona qədər Edqar Allan Poda olan kimi cinayət işləri və detektiv təhqiqatlarına maraq olub. O başqa kitablar da yazıb, o cümlədən, “Məxmər otluq”. Ancaq bu kitabların hamısı unudulub. Odur ki, əsl adı Çarlz Uorren Adams olan Çarlz Filiks müasir oxucu üçün tamamilə yeni addır. Onu Çarlz Dikkens və ya detektiv janrının atası Poya yanaşma meyarları ilə qiymətləndirmək olmaz. Onlar böyük yazıçılardır. Çarlz Filiks Emilo Qaborio kimi sadəcə maraqlı və istedadlı nağılçıdır. O ilk dəfə olaraq cinayət təhqiqatı barədə kitab yazmış və xəffiyə obrazı yaratmışdır və bu da ədəbiyyatda yenilik idi. Filiks bu sahəni çox gözəl bilirdi və onu yaxşı təsvir edə bilmişdi. Onu gözəl stilist və ya böyük yazıçı adlandırmaq olmaz. Bu romanın yenidən nəşrinə böyük ədəbi kəşf də demək olmaz. Bu sadəcə maraqlı tarixi sənəddir.
- “Nottinq Hillin Sirri”-nin yenidən nəşri Britaniya detektiv ədəbiyyatı bazarında əhəmiyyətli hadisə oldumu?
- Bu ən azından bir məsələdə əhəmiyyətli hadisədir: roman vəzifəsi Britaniya ədəbiyyatının qorunması və dəstəklənməsi olan qocaman mədəni təşkilat – Britaniya Kitabxansının nəşriyyatı tərəfindən çap olunub. Bu nəşriyyatdan adətən Şekspir və ya Uilyam Bleyk səviyyəsində kitablar gözləyirlər. Onların “Nottinq Hillin Sirri”-ni nəşr etməsi heyrətamizdir. Bizim üçün bu roman bir nov keçmiş zamanlara səyahət imkanı verən zaman maşınıdır. Britaniya kitabxanasının onu nəşr etməsi faktı özlüyündə çox əhəmiyyətlidir. Bu o deməkdir ki, nəhayət detektiv janrı sadəcə yüngül əyləncə deyil, ciddi ədəbi janr kimi qəbul edilmişdir.
Tərcümə etdi: S. Huseyn

XƏBƏR LENTİ
Daima sirr olaraq saxlamağınız vacib olan 11 şey
Məşhur cütlüyün evində səslər yüksəlib
BÜRCLƏR bizə nə vəd edir? - 8 MAY
Yanukoviç jurnalistlərin qarşısına çıxacaq
“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”
Azərbaycanda bələdiyyələrin statusu dəyişdirildi
Pakistan ayağa qalxdı
Hava haqqında - 08.09.2013
Kıvançın yeni imici hər kəsi təəccübləndirdi – FOTO
Rəssam həbsxanada qalanda - FOTO
Hava haqqında
Tarkandan xanımı ilə bağlı paylaşım etdi- FOTO
Göbələkli, toyuqlu zapekanka (foto resept)
Günün qoroskopu: Stress qaçınılmazdır!
Rus dili dərs-26
Günün qoroskopu:Qətiyyətli və sürətli olun!
İşğaldan azad edilmiş Qubadlı ilə bağlı yeni qurum yaradıldı: Rəis təyin olundu
Şərqin parlaq ulduzu-Nar
Cim Kerri ABŞ-ın yeni Co Baydeni olacaq
Əkrəm İmamoğlu koronavirusa yoluxub
Alimlər planeti məhv edəcək asteroidin ölçüsünü dedilər
Xurma pəhrizi
5 kiloqram arıqladan kök pəhrizi.
Yarımçıq doğulan körpənin dramı
Müəllimlərin maaşları artırıldı - Bu gündən...
"WhatsApp" daha bir yenilik edəcək
Həftənin ulduz falı
Günün ulduz falı
Valentinonun yeni üzü: Lady Gaga
İkimərtəbəli evini "iPhone 6"-ya dəyişən var
Malcolm X-in ibrətli sözləri
Polislərdən gedişhaqqı alınsın! - "Baku Bus"dan göstəriş
İdmançımız qızıl medal qazandı
90 yaşında universitet diplomunu aldı
Şəhid zabitimizin dəfnindən görüntülər
Sodanın bilinməyən faydaları
ETİRAFLAR-"Kökəm, ancaq xoşbəxtəm!"
Sabah qaz olmayacaq
Bergüzar Korelin Azərbaycanda OXŞARI TAPILDI - FOTO
Azərbaycanda daha 25 hərbi qulluqçu mənzillə təmin olunacaq
Rusiyadan II Avropa Oyunları ilə bağlı açıqlama
Dəbli ayaq bilərzikləri
Dərslərin başlaması ilə bağlı ŞAD XƏBƏR - İlk olaraq bu siniflər
Çilidə sunami: ölənlər var
Qadın
Məşhurların ev halı-FOTO
Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiq edilib
İncə bilərziklər
Ətli bağlama (foto resept)
Necə gözəl gəlin olmalı?

- ŞƏRHLƏR