Qoç - günün ilk yarısında bütün işləri istədiyiniz kimi yerinə yetirmək mümkün deyil. Yaxın ətrafınızdakı insanlardan bir neçəsinin müqavimətini hiss edəcəksiniz. Tənbəllik etməyin, aktiv olun. Həllini tələb edən məsələlər arasında ən önəmlisini seçərək onu çözməyə başlayın.
Mühafizəkar olun.
Günün ikinci yarısında səbrli və təmkinli olsanız, işlərinizdə əhəmiyyətli dərəcədə irəliləyə bilərsiniz. Etibarlı tərəfdaşlardan dəstək almağa çalışın.
Cazibədar təsir bağışlayan, amma şübhəli məsələlərə aldanmayın. Məşğul olduğunuz işlə bağlı təkliflərə aldanmayın. Diqqətli olun.
Buğa - günün ilk yarısında maraqlarınız və qayğılarınızın sayı artacaq. Sakit zaman deyil. Çox adama lazımsınız. Kiməsə yardım etməli olsanız, minnətdarlıq gözləməyin. İndi hamı öz işi ilə məşğuldur.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar arasında kreativ yanaşma nümayiş etdirənlər var. Ümumi maraqları və məqsədləri təhlil etmək olar. İnformasiya ilə iş, yazışma üçün yaxşı zamandır. Ünsiyyətdə sayıq olun.
Axşam saatlarında səhhətinizə fikir verin.
Əkizlər - yeni əlaqələrin qurulması və ya zəif münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli zaman deyil. Məntiqə əsaslanın, ətrafınızdakı insanlara çox güvənməyin. Paxıllarla bədxahlarınızın məkrli planlarını alt-üst edin.
Günün ikinci yarısında sizi aldatmağa çalışacaqlar. Gerçəklə yalanı ayrıd etməsəniz, itkilər verəcəksiniz. İşdə təşəbbüslərinizi rəhbərlik dəstəkləyəcək.
Səmimi olun, gülərüz insan təsiri bağışlayın. Ailə üzvlərinin məsləhətlərini dinləyin.
Xərçəng - əsas məsələ düşünülməmiş addımlar atmamaqdır. Məsul işə başlayanda xırdalıqları və detalları qulaqardına vurmayın. İstehsalat prosesinə qatılıbsınızsa, səhvlərə yol verməyin. Sifariş və tapşırıqları vaxtında yetirin.
Günün kiinci yarısında yaxınlarınızdan birinə təcili kömək göstərin. Yaxşı bələd olmadığınız insanlarla söhbətlərdə sirləri açmayın. Diqqətli olun, sayıq davranın.
Şir - günün ilk yarısı yeni işə başlamaq, layihəyə start vermək üçün əlverişlidir. Maraqlandığınız sahədə fəaliyyət göstərə bilərsiniz. Yaşam və ya iş yerini dəyişmək üçün münasib zaman deyil. Kollektiv çalışmaq daha yaxşıdır.
Günün ikinci yarısında yeni şəriklə münasibətlərin detallarını dəqiqləşdirin. Sevdiyiniz insana hədiyyə verməyi unutmayın. Bununla belə kimsəni ideallaşdırmayın. İnsanlarda xas olmadıqları məziyyətləri görməyə can atmayın.
Axşam saatlarını internetdə məlumatlar aramaqla keçirmək də olar.
Qız - hisslərə uymayın. Absurd təklifləri dərhal rədd edin. Nə istədiyinizi dəqiqləşdirin, xəyallara qapılmayın. Maliyyə, əmlak məsələlərində, hətta şəxsi münasibətlərdə anlaşılmaz vəziyyət yarana bilər.
Günün ikinci yarısında münasibətlərdə qarşılıqlı anlaşmaya və etimada nail olun. Sinirli davranış, şübhələr təmaslara çox ağır zərbə vura bilər. Mənasız qısqanclığa heç bir səbəb yoxdur.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilk yarısı uğur vəd edir. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, yeni zirvələr fəth edə bilərsiniz. Şəxsi münasibətləri peşəkar problemlərə qatmayın. Emosionallıq cari durumda yalnız mənasız sədlər yarada bilər.
Günün ikinci yarısında çalışdığınız yerdə aktiv və təşəbbüskar olun. Vəzifə səlahiyyətlərinizi aşmayın, tapşırıqları vaxtında yerinə yetirin.
Yaxınlarınızla təmaslarda qayğıkeş və diqqətli olun. Ailə ilə daha çox vaxt keçirin.
Əqrəb - ötənlərdəki problemlərin çözümünə vararaq vaxtınızı boş işlərə sərf etməyin. Olanlar sizə mənfi təsir etməməlidir. Yalnız hərəkət etməyənin səhvlərə yol vermədiyini xatırlayın. Problemlər o qədər də ağır deyil.
Günün ikinci yarısında əmlak və maliyyə məsələlərində xüsusilə diqqətli, sayıq davranın.
Yeni biznes layihəyə başlamaq üçün əlverişli zamandır. Yaxınlarınızla, dəyər verdiyiniz insanlarla söhbətdə gərəkli sözləri seçin. Qayğıkeş və mərhəmətli olun.
Yalnız belədə məqsədə çata bilərsiniz.
Oxatan - irreal məqsədlərə can atmayın, illüzor hədəflərin əsiri olmayın. Romantika zamanı deyil. Təfərrüatlarına yaxşı bələd olmadığınız işə başlamayın.
Gəlir mənbələrini artırmaq imkanları var. Təsadüflərdən yararlanın, şansları dəyərləndirin.
Günün ikinci yarısında faydalı əlaqələrin sayını artırmaq, yeni dost və ya tərəfdaş qazanmaq olar. Əks cinsin mənsubu ilə söhbətdə xüsusilə diqqətli olun. Yeni tanışlıqda tələsəkənliyə yol verməyin.
Axşam saatlarını sevdiyiniz insana ayırın.
Oğlaq - yaxın ətrafınızdakı insanların sizə təsiri artmamalıdır. Başqalarının maraqlarını öz istəkləriniz kimi qəbul etməyin. Yaxşı tanımadığınız insana inanmayın.
Günün ikinci yarısında məqsədə doğru hərəkətin vacibliyi əla stimula çevriləcək. Maliyyə durumunuzu möhkəmləndirin. Əlavə gəlir mənbələri əldə etməyə çalışın.
Sevdiyiniz insanlarla münasibətlərdə romantikanı artırın.
Dolça - maraqlarınızın təminatı üçün qətiyyətli və iradəli olun. Münasibətlərin, əməkdaşlığın perspektivlərini müzakirə edin. İşləri paylaşdırın. Birgə fəaliyyətə ehtiyac var. İnformasiya məkanı rəqabət mübarizəsi yerinə çevrilə bilər.
Günün ikinci yarısında qərar qəbul etməzdən əvvəl yaxşı düşünün, hadisələrin müxtəlif inkişaf variantlarını nəzərdən keçirin. Fəaliyyət müstəvisindəki əlavə, artıq motivlərə aldanmayın.
Yeni planı reallaşdırmağa başlamaq olar.
Axşam saatlarında istədiyiniz, bəyəndiyiniz kimi dincəlin.
Balıqlar - qarışıq, hadisələrlə zəngin zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktivliyinizi yaxşı planlaşdırın. Danışıqlar və söhbətlər çox olacaq. Problemlərin həllini primitivləşdirməyin.Günün ikinci yarısında önəmli məlumat alacaqsınız. Prioritetləri yeniləmə zamanıdır. Bir neçə obyekt diqqət tələb edir. İşgüzar münasibətlərdə potensialınızdan tam istifadə edin.Qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.
Axşam saatlarında normal istirahət edin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məşhurlar da bir-birinə bənzəyir
ABŞ yeni qırıcıları sınaqdan çıxarıb
Əmizdirmə haqqında ən çox verilən suallar
Həyətə girən ayı hovuz kənarında yatmış ev sahibini oyandırdı
Həcdə daha bir dəhşət yaşandı: 4 nəfər ağır vəziyyətdə
Gündəlik 30 dəqiqə kitab oxumaq...
Xama alarkən nələri bilməliyik?
Meqanın 5 saniyəsinə 5 MİLYON təklif etdilər-SƏBƏB
Pekinin ən böyük bazarında koronavirus tapıldı: Risk yüksəkdir
Barış Mançonun həyatından film çəkiləcək
Daha bir prezident karatedə doqquzuncu dan aldı
İrem Dericidən qəribə açıqlama
Ev şəraitində yığa biləcəyiniz saç modelləri
Günün qoroskopu: aktiv və enerjili olun
Geyimlərə yeni dizayn qazandıran Jillian Owens
Məşhur ginekoloq Azərbaycan qadınının problemlərindən danışdı
Beyons yenidən böyük səhnədə-FOTO/VİDEO
Ölüm vaxtını təyin edən test inkişaf etdirildi
Bu gün Ramazanın 4-cü günüdür
İstidən qovrulduq
Dünyanın ən ucuz şəhərlərinin reytinqi açıqlandı
Məşhur aktrisa yaddaşını sildirəcək-SƏBƏB
Tulantılardan hazırlanmış yaradıcılıq nümunələri
Naxçıvanda zəlzələ oldu
Dünyanın ən böyük aeroportu bu tarixdə istifadəyə veriləcək! - FOTO
Tom Tit Tot
Hər yerdə sevgi
Astmalı xəstələr üçün məsləhətlər
Qarışqanın iybilmə xüsusiyyəti
Lazer epilyasiyası
Sevimli başmaqlar
Şeyma Subaşı Etiraf Etdi:"Kitabı Mən Yazmadım!"
"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
Azərbaycanda qeyri-adi toy - FOTO
HAVA necə olacaq?
Bir yumurtadan iki leylək balası çıxdı-FOTO
“Atletiko” qalib gəldi, “Valensiya” uduzdu
Fotoşəkildə gözəl görünməyin 5 Yolu
Adriana Lima ƏSƏBLƏŞDİ-SƏBƏB
Tavada toyuqlu börək (foto resept)
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
Prezident İlham Əliyev: "Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"
Planetin ən təhlükəli hava limanları (FOTO)
“iPhone 6” üçün növbəyə düzüldülər
"ASAN xidmət"ə üz tutanlar bu məlumatı mütləq oxusun
Ermənistanda səfərbərlik başlayıb?
Şagirdlərin maskadan istifadəsi məcburi olmayacaq
Hər kəs bu qadından danışır-FOTO
Keti Prays sevənlərini görünüşü ilə təəccübləndirdi-FOTO
Ankara terrorunu bu qruplaşma öz üzərinə götürdü















- ŞƏRHLƏR