Nazirlik “Arsak” qalmaqalına aydınlıq gətirdi
Sosial şəbəkələrdə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində “Arsak” toponiminin yer alması ilə bağlı bir çox qeyri-peşəkar və tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli məlumat yayılıb. Burada əslində tarixi həqiqət təhrif olunaraq, əsassız şəkildə Azərbaycan tarixinin ayrılmaz parçası olan qədim Albaniyanın 12 vilayətindən biri Arsakın guya ermənilərə aid olması ilə bağlı yanlış və heç bir mənbəyə əsaslanmayan şərhlər verilir. Ancaq bir çox tarixçi alimlərin (M.Kalankatuklu, A.A.Bakıxanov, Z.Bünyadov, F.Məmmədova, Q.Qeybullayev və b.) sübut etdiyi kimi, Arsak yer adı tamamilə qədim Azərbaycana aid olan məkan və addır və işğalçı qonşuların Azərbaycanın bir çox tarixi yer adları kimi bu adı da özününküləşdirmə cəhdi sadəcə tarixi saxtakarlıq nümunəsidir.
Təhsil Nazirliyindən Teleqraf.com-a bildirilib ki, bir çox sosial şəbəkə yazarları özəl nəşriyyat tərəfindən çap olunan tarixi məlumat kitabçası ilə nazirliyin nəşr etdirdiyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyini qarışdıraraq mətləbdən tamamilə uzaq düşmüş və məsələnin nə yerdə olduğundan xəbərsiz olaraq sosial şəbəkə istifadəçilərinə yanlış məlumat veriblər. Əslində isə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində yer alan tarixi məlumatlar tarixçi alimlər tərəfindən səhih tarixi mənbələrə istinad edilərək təsbit olunub. Digər “dərslik” kimi təqdim olunan kitab isə nəinki dərslik deyil, hansısa özəl nəşriyyat tərəfindən ali məktəblərə hazırlaşanlar üçün çap edilmiş soraqçadır və Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur.
Xatırladaq ki, hələ 2015-ci ildə Təhsil Nazirliyi bununla bağlı rəsmi olaraq öz mövqeyini bildirib. Buna baxmayaraq həmin məsələ yenidən gündəmə gələrək insanlarda çaşqınlıq yaradıb.
Bir daha tarixçilərin dəqiq mənbələrinə istinadən deyə bilərik ki, tarix dünənin mirası olmaqla, həm bu günün mirası, sabahın aynasıdır. Biz hamımız tarixi gerçəkliyi dəqiq mənbələrə istinadən verməklə, həm də öz missiyamızı yerinə yetiririk.

XƏBƏR LENTİ
Arzu Əliyevanın "Hədəf Bakıdır" sənədli filminin Los-Ancelesdə premyerası keçirilib
Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər
Yeraltı məscid tikildi (FOTO)
Parol dövrünə son
Sağlam və ağ dişlər üçün tövsiyələr
Şakira Pikeyə ərə getmək istəmir-SƏBƏB
Günün qoroskopu:Təşkilatçı olun!
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
Güləşçilərimizdən növbəti uğur
Emin "Qlükoza"nı Bakıya dəvət etdi-FOTO
Cem Yılmaz Serenay Sarıkaya üçün arıqladı
Diş məcunu ilə hamiləliyi müəyyənləşdir - TEST
"Çukur" serialının çəkilişləri təxirə düşdü
Okeana atılmış məktub sayəsində dostlaşdılar
34 yaşlı çörək-FOTO
"Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir" - Araz Əlizadə
Toy üçün tortlar
Heyvanın inanılmaz faydaları
Antalyada birinci xanımların şərəfinə nahar verilib
Azərbaycanı böyük fəlakət gözləyir
Dindar ailələlər niyə dağılır?
Aksesuar dizaynında son dəb
Evdə istifadə olunan təhlükəli məhsullar
Limon yağının faydaları
4 yaşlı “Youtube” ulduzu - FOTO
Azərbaycanda kolleclərə qəbulda yenilik
Ermənilərdən şok etiraf
Rəngarəng ayaqqabı modelləri
Ağıl (20 yaş) dişləri ilə necə başa çıxmalı?
Bu qızlar 15 dəqiqəyə 1,1 milyon qazanırlar
Qadınlar ən çox bu kişiləri sevirlər
Xanımlarımızın möhtəşəm nəticəsi
Nar
Bığlı Dibər müəllim - növbəti dərslik biabırçılığı
İşdən sonra iş barədə...
İki gündür ölkəni silkələyən xəbərə rəsmi açıqlama
Əlillələrə iş imkanı
Murad Boz azərbaycanlı iş adamının toyuna gəldi-VİDEO
Cizgi filmləri xatırladan kafe
Yol hərəkəti qaydalarının pozulmasına 10 maddə əlavə olunur
Saç düzümləri
Müdafiə Nazirliyindən düşmən təxribatı ilə bağlı RƏSMİ AÇIQLAMA
Aşbazların sirləri
Bölgələrimizin mətbəxi -Şəki
Xəyalımızdakı gözəl evlər
Ermənistan prezidenti: “Təslim olduğumuzu KİV-dən öyrəndim”
Ali təhsildə yenilik
Öd kisəsi əməliyyatından sonrakı həyat
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
Maradonanın iki saat taxmasının sirri açıldı
