Almaniyada siyasətçilər və məşhur şəxslər “Avropanın İslamlaşması”na qarşı çıxış edən PEGİDA qrupu əleyhinə kampaniyaya qatılıblar.
ANS PRESS-in məlumatına görə, kampaniya PEGİDA qrupu tərəfdarları və əleyhdarlarının Almaniya boyunca keçirdiyi bir sıra rəqib nümayişlərinə qarşı həyata keçirilib.
PEGİDA əleyhinə "Bild" qəzetində yayımlanan petisiyaya imza atmış 80 adam arasında sabiq kansler Helmut Şmid, aktrisa Karolin Herfurs və keçmiş futbolçu Oliver Bierhoff-un adları da var.
PEGİDA əleyhinə çağırışda təşkilat "əsassız qərəzçilik, ksenofobiya və dözümsüzlük” hisslərini qızışdırmaqda suçlanır.
Qeyd edək ki, PEGİDA - “Vətənpərvər Avropalılar Qərbin İslamlaşması Əleyhinə” qrupu ötən ilin oktyabr ayından bəri Drezden şəhərində hər həftə bu kimi çıxışlar təşkil etməkdədir. Eyni zamanda aparıcı siyasətçilərin tənqidinə məruz qalan PEGİDA əleyhinə də bir sıra mitinqlər təşkil olunub: Berlin, Köln və Drezden şəhərlərində keçirilən mitinqlər minlərlə iştirakçını cəlb edib.
DPS agentliyi Ştutqart, Münster və Hamburq şəhərlərindəki anti-PEGİDA nümayişlərinə 22 min adamın qatıldığını bildirir. Berlində isə PEGİDA əleyhdarlarının 5 min fəalı təşkilatın yürüşünə müdaxilə ediblər.
Bazar ertəsi Drezdendə PEGİDA yürüşünə gələnlərin sayı rekord sayılan 18 minə çatıb. Polis eyni zamanda keçən anti-PEGİDA mitinqində 3 min adamın iştirak etdiyini bildirib.
Kölndə anti-İslam yürüşlər əleyhinə etiraz əlaməti olaraq şəhərin əsas kilsəsi ilə yanaşı mərkəzdəki bir sıra binalar və Reyn çayı üzərindən keçən körpüdəki işıqlar söndürülüb.
Avtomobil istehsalı üzrə Volkswagen şirkəti Drezdendəki avtomobil zavodunda işıqları söndürməklə “açıq, azad və demokratik cəmiyyətə dəstək” göstərdiyini bəyan edib.
Almaniya kansleri Angela Merkel Yeni il müraciətində təşkilatı tənqid edərkən onun liderlərini “qərəzçilik, soyuqluq və hətta nifaqda" suçlayıb.
PEGİDA-nın təsisçilərindən biri Drezdendə keçən yürüş vaxtı Almaniyada “siyasi təqiblərin” baş qaldırdığını deyib.
"Bəs necə olur ki, siyasi sığınacaq və immiqrasiya üzrə Almaniyanın mövcud olmayan siyasətinin ədalətli tənqidinə görə biz aparıcı siyasi partiya və media tərəfindən açıq təhqir olunur, irqçi və nasist adlandırılıq?”, - deyə Katrin Oertel bildirib.
BBC-ə danışan almaniyalı jurnalist Sigrun Rottman PEGİDA mitiqnlərində müxtəlif qüvvələrlə yanaşı sağçı və irqçi qrupların iştirak etdiyini deyib. Onun sözlərinə görə, başqa şəhərlərlə müqayisədə Drezdenin çox az immiqrant və müsəlman sakininə malik olduğunu qeyd etmək önəmlidir.
Mövzu ilə bağlı sorğu keçirən Stern jurnalı 1000-dən artıq respondentin fikrilə maraqlanıb. Sorğuda iştirak edən 8 nəfərdən anti-İslam yürüşünün evlərinə yaxın yerdə keçirildiyi təqdirdə ona qatılmaq niyyətində olduğunu deyib.
Qeyd edək ki, PEGİDA təşkilatı 2014-cü ilin oktyabr ayında fəal Lutz Baxman tərəfindən Drezdendə təsis olunub. Sağ təmayüllü qrupların çətir təşkilatı olan PEGİDA mühafizəkarlardan tutmuş neo-nasist və futbol xuliqanları kimi müxtəlif qrupların dəstəyini qazanır. Qrup Avropa boyu İslamın “təhlükəli nüfuzunun” artması əleyhinə küçə çıxışları təşkil edir. PEGİDA nasist meyllər və ksenofobiyaya yol verməsilə bağlı ittihamları rədd edir. Qrupun 19 bənddən ibarət bəyannaməsində PEGİDA-nın ekstremizm əleyhinə olduğu bildirilir. Bəndlərdən biri Almaniyada Yəhudi-Xristian mədəniyyətinin qorunmasına səsləyir.
Xatırladaq ki, Almaniya Avropa İttifaqına üzv ölkələr arasında ən çox qaçqın və sığınacaq qəbul edən dövlətdir. Almaniyada qaçğın və sığınacaq istəyənlərin əksəriyyətini Suriya vətəndaşları təşkil edir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
"Zövq" tortu (foto resept)
Qarışqanın iybilmə xüsusiyyəti
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi(1)
Günün ulduz falı
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Prodüser Burak Özçvitdən üzr istədi-FOTO
İzmirdə ardıcıl yeraltı təkanlar baş verib
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Düşmən kvadrokopteri məhv edilib - RƏSMİ
Ələ keçirilən düşmən qənimətlərinin görüntüləri yayıldı - VİDEO
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Kələm dolması(foto resept)
Azərbaycanda vergi yığımında dəyişiklik
Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır
Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks istismara verilib
Eynəyi necə seçməli?
Gəlinlər üçün toy günü manikürü
“Hercai”nin məşhur aktrisası 93 kq arıqladı – FOTO
Azərbaycan ordusunun Kəlbəcərə daxil olması “Haber Global”da - VİDEO
Moskvada koronavirusa yoluxma azalmaq bilmir: Qaydalar iki aylıq sərtləşdirildi
Emre Aşık boşandığı xanımına hər ay 25 min ödəyəcək
"Bizim Tarla" - Kürü məhsulları
Kartof pəhrizi
Azərbaycanda soyadların verilməsində yenilik
Böyük boy fərqi olan cütlüklər xoşbəxtdir
38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq
Smartfonlar insanı koronavirusa yoluxdura bilərmi?
4 uşaqlı ana bədən quruluşu ilə heyrətləndirdi-FOTO
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Günün ulduz falı - 19.01.2014
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Tas kababı (foto resept)
Azərbaycanda bu gecə ən çox qar hara yağdı?
Ərp bağlamış boğaz...
Düşüncə dərsi (6)
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Azərbaycanda icbari tibbi-sığorta tətbiq olunacaq
Rəngarəngliyi sevən xanımlara
Azərbaycanda əhalinin sayı hər il bu qədər artacaq
Ayaqqabı dünyası
Bakı bulvarından Yeni il sürprizi
Bred Pittlə Cenifer Enistonun yaşadığı malikanə illər sonra satıldı-VİDEO
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
Dəbli qocalar
Ziyafət üçün baş örtükləri
Yürüyüş zamanı meditasiyanın faydaları
Zövqlü çanta modelləri
Facebook istifadəçilərinə xoş xəbər
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
- ŞƏRHLƏR