
Pulu necə istifadə etməyimiz haqqımızda çox şey deyir. Aramızda pulla səliqə ilə davranan, üst-üstə qoyaraq dəst şəklində yığan, əzərək, səliqəsiz bükənlər də var. Bütün bunlar əslində həyata olan yanaşmamızı, qorxuları göstərir.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, pul dəstəsi azadlıq və sərbəstliklə assosiasiya olunur. Pulu bu şəkildə saxlayanlar istənilən anda yaşadıqları yeri dəyişdirə, bir ölkədən başqa yerə çıxıb gedə bilərlər. Xüsusilə də, kişilər qalın pul dəstinə əl vurduqda onlara zövq verən hisslər keçirə bilərlər. "Pul dəstinə toxunmaqla özündə kişilik gücünü hiss edənlər də olur. Onlar pul dəstinə toxunaraq özlərini önəmli hiss etməyə başlayırlar. Lakin pis vəziyyətə düşməkdən, pulsuzluqla üzləşməkdən qorxanlar da pul dəstinə toxunanda sakitləşirlər. Pulu dəst şəklində saxlamağa üstünlük verir və pul dəstini qalın gördükdə narahatlıqları azalır".
Pulu pencəyin və ya hər hansısa geyiminin daxili cibində, alt geyimində belə saxlamağı xoşlayanlarsa, psixoloqun fikrincə, pulu itirməkdən qorxanlardır. Pulları daxili cibə qoymaqla onlar pulu qoruduqlarını sanır və rahatlanırlar. Pullar daxili cibdə olanda istədikləri an pulu yoxlayır və itmədiyinə əmin olurlar.
Pulu geyimin qarşı tərəfdəki cibinə qoyanlar isə müdafiəyə, kiməsə arxalanmağa ehtiyac duyur. Pul sanki onları qoruyucu örtüklə örtür, bir növ qalxan rolunu oynayır. Pulu qarşı ciblərə qoyaraq insanlar özü ilə xarici mühit arasında sərhəd də çəkirlər.
Mütəxəssis qeyd edir ki, şalvarının yan ciblərində pulu saxlayanlar vaxtaşırı pula toxunmaq istəyir və buna qarşı çıxa bilmirlər: "Ona görə də pulu yan ciblərinə qoyurlar. Belə insanların tez-tez əllərini və ya barmaqlarını cibində gəzdirməsini müşahidə etmək olar. Bu jest şəxsi münasibətlərə olan istəyi göstərir. Lakin istəklərinə görə qınanılacağından qorxurlar. Ciblərini isə yoxladıqları üçün onları heç kim qınamayacaq".
Pulları arxa cibdə saxlayanlarsa, şüuraltı olaraq onları görmək istəmir. Buna baxmayaraq pula nəzarət etmək onlar üçün çox vacibdir. Lakin pulu arxa cibinə qoyduqları üçün asanlıqla oğruların qurbanlarına çevrilə bilərlər.
Pulu pul kisəsinə qoyanlarınsa, bir qismi pulu xərcləməyi, bir qismi isə toplamağı sevir. Pulu xərcləyib qurtarmaqdan ehtiyat edənlər pulu pul kisəsinə qoymaqla bir növ onları özündən qoruyur.
Müsahibimiz bildirir ki, pul kisəsi pul, açar, kart, şəkil və s. xırdalıqları saxlamaq üçün istifadə olunur. Eləcə də, pul kisəsinə nəzərən insanların hansı sosial təbəqəyə aid olduğunu bilmək olar. Geyim tərzini, ümumi görünüşü tamamlayan aksessuar rolunu da oynayır.
Müasir zamanda yalnız kartla ödəniş edənlərə də rast gəlinir. Psixoloqun dediyinə görə, əsasən varlı insanlar kartdan istifadə etməyə üstünlük verirlər. Onların çoxusu virtual varlılığın onlara üstünlük verdiyinni hiss edirlər. Kartlar onlar üçün nəğd puldan fərqli olaraq təmizdir. Adətən kartdan istifadə edənlər bunun rahat olduğunu bildirirlər. Lakin bu davranış gerçək puldan uzaqlaşmaq istəyi, ən əsası onunla assosiasiya olanı görməkdən qaçmaq kimi də izah olunur.
Cibində və ya pul kisəsində xarici pul saxlayanlar da xeylidir. Dollar və ya avro saxlamaq aid olduğu həyatdan başqa, daha yaxşı həyata nail olmaq istəyini göstərir. Öz cibində və ya çantasında bu pul vahidlərini gəzdirənlər sanki özlərini də yaxşı həyata hazırlayırlar.
İnsanlar arasında pula qarşı etinasız yanaşan, pulları bükərək və əzərək istifadə edən, toplayanlar da olur. Belələrinin pulun qiymətini bilməməsi hesab olunur. Qurbanova izah edir ki, bu belə deyil. Pulu əzərək, səliqəsiz qatlaya və yığaraq görünüşcə onun sayını, çəkisini artırırıq. Bu pula görə qıcıqlanmağı, pul kifayət etmədiyi üçün əsəbləşməyi, hər şeyi qaydasına salmağın mümkün olmadığına görə qorxunu da büruzə verir. Lakin pulu əzən sonradan onu hamarlayıb səliqə ilə qoya da bilər.
Elə insanlar var ki, onlar pula əl vuranda həzz keçirlər. Pul az da olsa ona əl vurmaq, baxmaq, səliqə ilə üst-üstə yığmaq belələrinin sevimli məşğuliyyətidir. Onlar pula toxunaraq pulla nə ala biləcəklərini, nəyi dəyişdirəcəyini düşünürlər. Təsəvvüründə bunu canlandırır, sevinir, amma çox şeyi olduğu kimi saxlayırlar.
İri pul vahidləri insanın elit təbəqəyə aid olduğuna işarə edir. Puldan bu cür istifadə insanın özünün vacibliyini nümayiş etmək istədiyini göstərir. Elə də adamlar var ki, özü ilə iri olmayan, amma çoxlu sayda pul gəzdirməyi xoşlayırlar. Onların da daxili istəyi özünü göstərməkdir. Öz imkanını göstərərək hörmət qazanmağı düşünürlər. Belə insanlarda əminliyi bir-iki iri pul vahidi deyil, çoxlu sayda pul yaradır. Pulları yığmaq, saymaq onlara zövq verir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Tut doşabının faydaları
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Məşhur aşpaz orduda xidmətə başladı - FOTO
Ermənistana məxsus PUA məhv edildi - RƏSMİ
Hava haqqında
Cəbrayılın işğaldan azad olunan kəndlərinin görüntüləri - VİDEO
Üzü tamamilə yanmış xanımın dəyişimi- VİDEO
HAVA necə olacaq?
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi keçiriləcək
Amaliya Pənahova ilə vida mərasimi sabah olacaq
Şəkildə gözəl görünməyin incə məqamları
Azərbaycan tarixindən yüz şəxsiyyət-3
Baş infeksionist: “Simptomsuz xəstələr daha təhlükəlidir” - VİDEO
İnternetdə hadisələrin səbəbkarları kimdir?
Qadınlar haqqında deyilmiş aforizmlər(2)
“Instagram”da yeni funksiyalar
Novruz Məmmədov: "Biz bununla bağlı öhdəlik götürməmişik"
Bakıda möhtəşəm bina tikilir
Bu gecə Azərbaycanda saatların əqrəbi çəkiləcək?
Bel ağrılarına ən təsirli həll: Pilates
Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb - AÇIQLAMA
Bağça rəhbərlərinə vaxt verildi
Çağatay Ulusoy ilk dəfə sevgilisindən danışdı
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
Gümüşün ev şəraitində təmizlənməsi
Yayın son günləri Azərbaycanda hava necə olacaq?
Ağız qoxusunun qarşısını alan üsullar
Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb - RƏSMİ
Yeni doğulan körpələrdə qəbizliyi necə aradan qaldırmalı?
Günün ulduz falı
Çentik kababı (foto resept)
Oktyabrda hava necə olacaq?
Cəbhədə güclü atışma
Cütlüklər Hellouində
Yaxşı ata olmağı bacaran 6 bürc
Elton Con Dağlıq Qarabağla bağlı paylaşımını sildi
HAVA necə olacaq?-26 noyabr
Bu gecə niyyət gecəsidir
ÜST: Avropada koronavirusla bağlı vəziyyət pisləşır
Qadınlar üçün çantalar
Məzəli meyvə və tərəvəzlər
Fatih Terim: "Ölüm qrupuna düşmək istəmirik"
Tovuz rayonunun içməli su problemi 95 faiz həll olunub
Zövqlü çanta nümunələri
Selfi sevgisi 150 illik heykəli parçaladı
Dünyanın ən bahalı rəsmi şahzadənin yaxtasında qorunur-FOTO















- ŞƏRHLƏR