Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Atropat
(e.ə. VI əsr)
Atropat adının kökü "Ater", yəni "od", alov" deməkdir. Atropat Kiçik Midiya adı ilə tanınan Cənubi Azərbaycanda zadəgan ailəsində dünyaya göz açmışdır. Midiya adı ilə e.ə. 672-550-ci illərdə mövcud olmuş möhtəşəm bir dövlət tanınır. Bu dövlətin ərazisi Araz çayından İran körfəzinədək, Kiçik Asiyadan indiki Əfqanıstanadək uzanırdı. Onun Kiçik Midiya adlanan hissəsi dövlətin mərkəzi olan Cənubi Azərbaycana aid idi. E.ə. 550-ci ildən başlayaraq Əhəməni dövləti Midiyanı əvəz etdi, əvvəlki kimi Kiçik Midiya adlanan Cənubi Azərbaycan bu dövlətin tərkibinə qatıldı. Əhəmənilərin Şimali Azərbaycanı zəbt etmək məqsədlərinin qarşısı Tomrisin başçılığı ilə massagetlər tərəfindən alındı.
Döyüşçü kimi fərqləndiyi üçün Atropat dəstə başçısı təyin edilir və hərbi vəzifələrlə tədricən daha yüksək pillələrə qalxırdı. E.ə. IV əsrin 30-cu illərində o, Kiçik Midiyanın satrapı təyin edilir. "Satrap" anlayışı "canişin" mənasını verməklə vilayət başçısı demək idi. Vilayətin bütün qanunverici, icraedici, məhkəmə hakimiyyəti satrapın əlində idi, üstəlik o, vilayətin qoşunlarının başçısı və bəzən də dini başçısı hesab edilirdi. Bu zaman Kiçik Midiyada atəşpərəstlik yayılmışdı. Atropatın vilayəti digər vilayətlərə nisbətən daha sabit idi və iqtisadi baxımdan inkişaf etmişdi. İri quldarları itaət altına alan Atropat əhalini vergilərlə incitməyə imkan vermir, ədalətsizliklərin qarşısını alır, ölkədə sənətkarlıq və ticarəti inkişaf etdirirdi. Onun nüfuzu təkcə Kiçik Midiyada deyil, həm də Arazdan şimalda, indiki Şimali Azərbaycanda da böyük idi. Atropatın qoşunlarında döyüşçü qadınlardan ibarət Arazın şimalından toplanmış xüsusi dəstə var idi ki, bu dəstənin döyüşçülərinə Avropa müəllifləri "amazonka"-lar deyirdilər.
Əhəməni dövlətinin başçısı III Dara dövlətin bütün varidatını özünün və əyanlarının əyləncələrinə sərf edir, təmtəraqlı saraylar və imarətlər tikdirirdi. Artan xərcləri ödəmək üçün o, vergiləri artırırdı. E.ə. 336-cı ildə Makedoniyalı İsgəndər Əhəməni dövlətinə hücum edəndə III Daranın əmri ilə Atropat başqa satraplarla bərabər düşmənə qarşı vuruşa gedir. Qranik və İss döyüşlərində Əhəməni qoşunları məğlub olsalar da, Atropat özünü bacarıqlı sərkərdə və mərd döyüşçü kimi göstərir. E.ə. 331-ci ildə həlledici Qavqamela döyüşünə o öz qoşunları ilə bərabər Arazdan şimalda yerləşən alban, sak, massaget tayfalarının döyüşçülərini aparmışdı. Atropatın başçılıq etdiyi dəstələr düşmənin bir cinahını əzir, lakin III Daranın qorxaqlığı və vaxtından əvvəl döyüş meydanını tərk etməsi nəticəsində döyüş məğlubiyyətlə başa çatır. Xəzərin cənub sahillərinə çatdıqda III Dara silahdaşlarından biri tərəfindən öldürülür və beləliklə, Əhəməni imperiyası süquta uğrayır. Yeni dövlət - Makedoniya imperiyası formalaşmağa başlayır.
Makedoniyalı İsgəndərin qoşunları Kiçik Midiyaya çatdıqda onun Atropat barəsində fikri mənfi idi. Belə ki, Atropat Əhəmənilərin satrapı olmuş, onlara xidmət etmiş, neçə-neçə makedoniyalı döyüşçünü öldürmüşdü. Bu zaman dağ vilayətlərində olan Atropat gizlənib canını qurtara bilərdi. Lakin o, qırılmaq təhlükəsi ilə üzləşmiş xalqını xilas etmək qərarına gəlir. Kiçik bir dəstə ilə o, Makedoniyalı İsgəndərin hərbi düşərgəsinə gəlir və cəzasını çəkməyə hazır olduğunu bildirir. Tarixdə ədalətli hökmdar kimi tanınan Makedoniyalı İsgəndər bu hərəkətdən heyrətlənir. O başa düşür ki, Atropat əslində vətənpərvər hökmdar və qorxmaz insandır. İsgəndər Atropata toxunmur və Kiçik Midiyaya qoşun yeritmədən Şərqə doğru yürüşünü davam etdirir.
İsgəndər tərəfindən Kiçik Midiyaya satrap təyin olunmuş Atropatın adamlarından biri ölkəni idarə edə bilmir, iqtisadiyyat dağılır, insanların narazılığı artır, quldur və canilərin sayı artır. Vəzifədən kənarlaşdırılan, lakin xalq arasında böyük nüfuza malik olan Atropat quldur dəstələrini məhv edir. E.ə. 328-ci ildə İsgəndərlə Atropat görüşürlər və İsgəndər onu yenidən Kiçik Midiyanın satrapı təyin edir. Vilayətin vəziyyətini sabitləşdirəcəyinə söz verən Atropat Kiçik Midiyaya Makedoniya qoşunlarının yeridilməməsini xahiş edir və İsgəndər bununla razılaşır.
Bir sıra tədbirlər nəticəsində Atropat iqtisadiyyatı bərpa edir. Çay vadilərində, Urmiya gölü ətrafında yerləşən torpaqlarda əkinçilik, bağçılıq və üzümçülük inkişaf edir. Dağ ərazilərində yaylaq maldarlığı yayılır, mal-qara və at ilxılarının sayı günü-gündən artır. Dəmir, qızıl, gümüş, mis yataqlarının işlənməsi genişləndirilir, "Midiya yağı" adı ilə tanınan neft uzaq ölkələrə göndərilirdi; neftdən çıraqlarda və hərb işində istifadə edilirdi. Qazaka, Fraaspa, Fanaspa, Aqnazana, Vera şəhərləri regionun on iri sənətkarlıq və ticarət mərkəzləri kimi tanınırdı. Bu baxımdan Atropatın iqamətgahı yerləşən Qazaka şəhəri xüsusilə fərqlənmişdi. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, sənətkarlar yüksək keyfiyyəti ilə seçilən silahlar, metal və gil qablar, parçalar, bəzək əşyaları və s. düzəldirdilər. Vilayətdə Makedoniyalı İsgəndərin pul sikkələri geniş istifadə edilirdi.
Qədim müəlliflər Strabon, Plutarx, Ptolemey və digərləri Atropatın mədəni inkişafa böyük diqqət yetirməsini xüsusi qeyd edirlər. Sonrakı dövr müəllifləri Kiçik Midiya əhalisinin azəri dilində danışdığını qeyd edir, yazıda isə yunan yazılarından istifadə etmələrini xəbər verirlər.
E.ə. 323-cü ildə Makedoniyalı İsgəndər vəfat edir və onun imperiyası parçalanmağa başlayır. Atropatın güclü ordusu peşəkar döyüşçülərdən və bacarıqlı sərkərdələrdən ibarət idi. Arazdan şimalda yaşayan tayfalarla yenidən əlaqələri genişləndirən Atropat hərbi qüdrətini daha da artırır. Bütün görülmüş tədbirlər nəticəsində Atropat Kiçik Midiyanı tabe etməyə çalışan makedoniyalıların qarşısını ala bilir. Öz mövqelərini gücləndirdikdən sonra o, Kiçik Midiyanı "Atropatena dövləti" adı ilə müstəqil dövlət elan edir. Dövlətin paytaxtı Qazaka şəhərində müstəqilliyin rəmzlərindən biri olan pul sikkələri buraxılır. Həmin dövlətin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını və Şimali Azərbaycanın bəzi rayonlarını əhatə edirdi.
Atropatena dövlətinin yaradılması Azərbaycan xalqının tarixində əlamətdar hadisə idi. Ona görə ki, yenidən dövlətçilik ənənələrimiz bərpa edilir, dövlət rəmzlərimiz, milli ordumuz formalaşır. Azəri dili dövlət dili səviyyəsində inkişaf etdirilir. "Atropatena" sözü tədricən dəyişərək "Aderbayqan" sözü kimi işlənir və sonralar "Azərbaycan" termininə çevrilir. "Azərbaycan" sözü isə "Od allahının qoruduğu məkan" deməkdir.
XƏBƏR LENTİ
Samsung 5 min dollara televizor satır
Onlar nə idmanla, nə də əməliyyatla arıqlayıblar - FOTO
Pendirli şam ağacları (foto resept)
Kalsiumun faydaları haqqında bilmədiklərimiz
"Andromeda" satıldı - 3,6 milyon avro
Ekran yorğunluğunun qarşısını almaq üçün 3 üsul
Azərbaycanda könlü balıq istəyənin...
Qeyri-adi görünüşü olan quşlar
Quru meyvəli keks (foto resept)
48 yaşlı Cennifer Lopes cavan qalmaq üçün bunu etdi - FOTO
Qlütensiz kotlet (foto resept)
Kıvanc Tatlıtuğ haqqında 10 il müddətinə azadlıqdan məhrumetmə istəyi
Yeni nazirliklər yaradılır
Kişilərə görə ideal qadının xüsusiyyətləri
Bakıda gözəl quş qalmayacaq?
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Günəşdən qorunmağın 5 qaydası
Qorxaqsınızmı?
Qarğıdalı pəhrizi
Əfsanəvi futbolçu klub sahibi oldu
Çinli cərrah meyvələri əməliyyat etdi - VİDEO
Məşhur aktrisa övladı ilə-FOTO
Dəbdən düşməyən ayaqqabılar(1)
Azərbaycanda hava şəraiti dəyişəcək
Almalı tort(foto resept)
Asan salat (foto resept)
Virusun yayılacağını iki il əvvəl biliblər? - Üzə çıxdı... (VİDEO)
Çimərlik mövsümü başlayır
Bakıda nəhs günün ilk əlaməti göründü
Qəbul imtahanlarının vaxtları açıqlandı
Obama tətilə çıxdı
Bildirçin yumurtasının faydaları
Günün ulduz falı
26 yaşlı şeyx dünyanı heyrətləndirdi
"Göbələk" tortu (foto-resept)
Gözaltı qaraltılar üçün maska
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - Rəsmi cavab
Bezeli vafli tortu (foto resept)
Koronavirusla bağlı yayılan səs yazısına RƏSMİ AÇIQLAMA
Kudryaj tortu(foto-resept)
Nebahat Çehredən 26 illik ETİRAF
Heydər Əliyev Fondu körpələrə bayram sevinci bəxş etdi
Qalaktikada biz tək deyilik: elm təsdiq etdi
Torpağın qiyməti bahalaşır
İlk qəbul imtahanının vaxtı açıqlandı
Pulu qənaətlə necə xərcləməli?
Mədəndə FACİƏ: 150 nəfər dağıntılar altında qaldı - Rusiyada
Payız gəldi...
Yıldız Tilbenin SİRRİ məlum oldu-FOTO
"Beşiktaş"ın matçından sonra güclü partlayış: 29 ölü, 166 yaralı















- ŞƏRHLƏR