ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnoz açıqlayıb. Bildirilir ki, dondurulmuş münaqişənin həllində ən yaxın aylarda "əhəmiyyətli dönüş" gözlənilir.
ANS PRESS-in məlumatına görə, "Stratfor" analitikləri yazırlar ki, Ermənistan vəAzərbaycan arasında status-kvonu partlatmaq üçün Rusiya və Azərbaycan əməkdaşlıq edir. Bu, onunla bağlıdır ki, Rusiya ora sülhməramlılarını göndərməyə və region üzərində uzunmüddətli nəzarəti qurmağa çalışır.
Onların fikrincə, indi o əlamətləri daha çox görmək olur ki, dondurulmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın strategiyası gələcək iki onillikdə dəyişməyə başlayır: "Hər halda keçmişlə müqayisədə son aylarda Azərbaycan və Rusiya arasında ən yaxşı münasibətlərin yaranması bu barədə fikirləşməyə əsas verir. Rəsmi Moskva Azərbaycana həlli son dərəcə mühüm olan Dağlıq Qarabağ mövzusunda cəzbedici təklif edib. AzərbaycanAvropa ilə danışıqlardan və əməkdaşlıqdan, eləcə də ATƏT-in vasitəçiliyindən yoruldu. İndi haqlı olaraq buna yenidən baxmaq istəyir və son illərdə hərbi hazırlığın köməyi ilə öz ərazisini qaytara biləcəyini düşünür."Analitiklər yazırlar ki, Ermənistan münaqişə ərazilərində əsas hündürlükləri tutub və Azərbaycan qarşısında strateji üstünlüyünü saxlayır və buna görə də status-kvonu saxlamağa açıq-aydın üstünlük verir. Ancaq bu yeganə doğru yol deyil və Ermənistan danışıqlar yolu ilə Dağlıq Qarabağ məsələsində şərtləri təkrar gözdən keçirməyə məcbur ediləcək. Bu, Azərbaycanın hərbi təsiri ilə ola bilər. Ona görə də Rusiya Ermənistanın əsas himayəçisi kimi, bunun dayandırılması üçün vasitəçilikdə baş rol oynayacaq. Bu plan Ermənistanın boynuna yalnız diplomatik vasitələrlə qoyula ola bilər.
"Stratfor"un ekspertləri bu ssenarinin mütləq reallaşdırılması üçün kifayət qədər əlamətlərin olduğunu düşünürlər: "Bu əlamətlər Dağlıq Qarabağ məsələsində mümkün sarsıntıların yaranacağına gətirib çıxara bilər. Rusiya Dağlıq Qarabağı özünün nəzarəti altında olan ərazilər siyahısına daxil edib. Rusiya sərhədlərinin genişləndirilməsi siyasətini davam etdirir."
Bu arada Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da görüşü gözlənilir. Təbii ki, indiyədək görüşlər nəticəsiz qalsa da rəsmi Bakı Nyu-York görüşünə ümidlə gedir desək yanılmarıq. Çünki danışıqlardan müsbət nəticə əldə olunması ehtimalı böyük görünür.Politoloq Qabil Hüseynli Qarabağ məsələsi ilə bağlı aparılacaq müzakirələrdə müsbət nəticələrin əldə olunacağı ilə bağlı fikir söyləməkdə çətinlik çəkib. Onun fikrincə, Rusiyanın indiyədək Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe Azərbaycan üçün qaneedici olmayıb.
O, analitik mərkəzin, eləcə də son vaxtlar Qarabağın həlli ilə bağlı Rusiya tərəfindən qəti addımların atılacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, Rusiyanın şərtləri və tələbləri müzakirə mərhələsindədir. Son siyasi qərar yoxdur və bunların hamısı söz-söhbətlərdir. Ona görə konkret nəsə demək olmur.
Politoloqun fikrincə münaqişənin həllində yeganə çıxış yolu hərb yoludur. Azərbaycan öz üzərinə düşən sülhpərvər missiyasını yerinə yetirir. Hər şeyin sonu olmalıdır. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi milyonlarla insanın taleyində əks olunub. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir.
Bir sözlə, Azərbaycan bütün bunlara rəğmən sülhpərvər missiyasını davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Diplomatik uğurların qiymətləndirilməsi meyarı Azərbaycan dövlətinin şəksiz və qanunauyğun şəkildə ölkənin ümumi qüdrətində əks olunan uğurlarındadır. Prezident İlham Əliyevin dediyi kimi, bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır: "Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır. Eyni zamanda, əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə Ermənistana güclü təzyiq göstərə bilərik. Bu, artıq hiss edilir.”
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Şahzadə Harri və Meqan Markldan vida paylaşımı
Bakı gülə qərq olub (FOTO)
Vanil və badam tamlı ağ qarpız yetişdirilib
8 mart üçün fincan formalı açıqca
Ali Sunal:"Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu"
Qış üçün salat(foto resept)
"Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır"
Əlibəylidə atışma olub
Şokoladdan Hökumət evi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kraliça II Yelizavetanın 93 yaşı oldu-FOTO
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Azərbaycan alimləri dünyada ilkə imza atdılar
Cennifer Lopez Alexlə birlikdə -FOTO
Delfinlər haqqında bilmədiklərimiz
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
İspan dili 8-ci dərs
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Azərbaycanın mobil rabitə operatoru MNP xidmətinin tətbiqi hesabına abonent bazasının artmasını gözləyir
“Bu, əsla mümkün olmayacaq” - ÜST-ün baş katibindən QORXUNC PROQNOZ
Bu fotolara baxmağa dəyər
Şeytanla danışdığını dedi hər kəsi qorxutdu-FOTO
Ərdoğan: Sübut edə bilməsən, alçaqsan, namərdsən
Harri Şahzadə Diananın işini təkrarladı-FOTO
İstirahətdən sonra iş rejimini necə bərpa edək?
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı
Uşaqlarınızı yuxu rejiminə alışdırın
Mehriban xanım və Leyla Əliyeva uşaqları sevindirdi-FOTO
Google yeni şirkət aldı
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Çanaqqala döyüşünü dünya anır
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Həcc mərasimi ilə bağlı BƏYANAT
Meymun dahisi internetdən istifadə edir, yemək bişirir
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
Bu gün Milli Musiqi Günüdür!
Şeyx xalqa müraciət etdi
Hər şeyin çoxu ziyandır
Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılır
Emrahdan xanımına 8 milyonluq jest
HAVA necə olacaq?
İşləmək istəyənlərin nəzərinə!
Heyvansevərlər üçün maraqlı şəkilər
Torpaqların qanunsuz istifadəsinə qarşı monitorinqlər intensivləşib
Mehriban xanımdan vacib paylaşım
Bəşər Əsəd Rusiya və ABŞ-ın təklifi ilə razılaşdı
Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...
Meditasiyanı vərdişə çevirmək üçün nə etməli?
- ŞƏRHLƏR