Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin təşkil etdiyi “Kosmosa səyahət” adlı sərgidə 100-dək eksponat nümayiş olunur. APA TV-nin məlumatına görə, sərginin eksponatları arasında kosmik stansiyaların maketləri, kosmosa aparılan və başqa planetlərdən gətirilmiş orijinal nümunələr, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavtların geyim və aksesuarları, meteoritlər və s. var. “Sərgidə nümayiş olunan bu daş parçası isə adı daş deyil. Bu, Mars və Yupiter planetləri arasındakı asteroid zolağından düşən bir meteoritdir. Namibiya səhrasından tapılan bu meteoritin dəyəri milyonlarla ölçülür. Qalaktikadan Yer kürəsinə gələn meteoritlərin sayı-hesabı yoxdur. Onlardan ən böyüyü isə sərgidə nümayiş olunan bu meteoritdir ki, bu da ABŞ-ın Kanzas ştatında tapılıb. Sərginin ən dəyərli eksponatı isə Aydan gətirilən “Apollo 15” adlı daş parçasıdır. Bu daşın yaşının 4 milyard il olduğu hesab edilir. Çəkisi isə 4,770 qramdır. Sərgidəki “Mir” kosmik stansiyasının, “Apollon-Soyuz” kosmik gəmisinin maketləri iştirakçıların diqqətini çəkib. ABŞ Kosmik və Raket Mərkəzinin icraçı direktoru Debora Barnhard bildirib ki, sərginin Heydər Əliyev Mərkəzində keçirilməsindən məmnundurlar: “Çünki burda hər cür şərait var. Sizə təqdim olunan nümunələr orijinaldır. Gələcəkdə təmsil etdiyim qurumun tərəfdaşlarından biri də Azərbaycan olacaq ”. 12 aprel 1961 ci il ilk dəfə insanın kosmosa uçduğu gun kimi tarixə düşüb. Hansı ki, bu tarixdə Yuri Qaqarin kosmosa uçub. Sərgidə numayiş olunan bu geyim də Yuri Qaqarinin geydiyi ilk kosmik formadır. Sonralar bu formaya bir sıra əlavələr olunub, digər şəxslər də geyinib. Sərgidə nümayiş olunan bu qidalar orda insanların nə ilə qidalandığını göstərir. Burda xüsusi tərkibli yeməklər var ki, fəzanın şəraitinə uyğundur. Bu qidaların üzərinə qaynar su tokməklə rahatlıqla qəbul edilir. ABŞ-ın istehsalı olan “Saturn 5” raketi dünyanın ən güclü kosmik raketi hesab olunub. Bu raket Verner For Braun tərəfindən hazırlanıb və on min funt hündürlüyə qalxmaq gücünə malikdir. Kosmosa uçan ilk həmyerlimiz kimi tarixə düşən Sovet İttifaqı qəhrəmanı Musa Manarov bunları deyib: “Mənim iki uçuşum olub. Birincisi bir il sürüb. İkincisi isə yarım il davam edib. Ona görə də təəssüratlarım haqqında çox uzun danışmaq olar. Əsas məsələ isə odur ki, həmişə bütün kosmonavtların da dediyi kimi birincisi dünyada heç bir sərhəd görünmür. Görünən odur ki, dünya bütün insanlara aiddir. İnsanlar hasarlar yaradıblar. İkincisi isə dünya kosmosdan çox gözəl görünür və bizi aldatmayıblar, həqiqətən dairəvidir”. 3500 kv metr sahədə təşkil olunan sərgidə 100-dək eksponat nümayiş olunur və sərgi 2014-cü ilin fevralın 23-dək davam edəcək.
Mənbə: Lent.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
3 Axmaq (2009)
Təklik nədir?!
Vanqa haqqında bilmədikləriniz
"Benim tatlı yalanım" serialı FİNAL edir-SƏBƏB
Bu da Toyota Avalon
"ASAN xidmət"dən möhtəşəm yenilik
Azərbaycanda prestijli nömrələrin qiymətləri açıqlandı
"Ermənistana əl uzatdıq, lakin əlimiz havada qaldı"
Dəbli qızıl sırğalar
Gün ərzində Azərbaycanda ikinci zəlzələ
Heyrətamiz mikrodünya
Zəngilanın daha bir kəndindən görüntülər - VİDEO
Çempionat bitdi, olimpiyaçımız birinci oldu
Timoşenko əleyhinə etiraz aksiyası keçirildi
Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın
Dünyanın ən gözəl qadını
“Bakı-2017” 58 ölkədə yayımlanacaq
Soyuq havadan saçınızı qoruyun
Tilavət nə deməkdir?
Günün ulduz falı
Almaniyanın ən gözəl qızı seçildi
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
İtaliya şokda
Çağatay və Duyğu ilk dəfə yan-yana - FOTO
Arıqlayarkən üzdəki dərinin sallanmaması üçün nə etməli?
Pınar Altuğ TƏHQİRLƏRƏ tək-tək cavab verdi-FOTO
Bakıda uşaq bağçalarının açılması üçün hazırlıq işləri başladı
Azərbaycanda nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub, biri ölüb - RƏSMİ
Dodaqlara qulluq
Ziyafət üçün baş örtükləri
Zeytun yağlı badımcan (foto-resept)
Kişilərin qadınlardan az yaşamağının səbəbləri
Emal edilmiş ətdən uzaq durun - xərçəng riskini xeyli artırır
Ən uzun körpüdə - FOTO
Ramazan ayının 25-ci gününün duası
Qatardan nə vaxt düşəcəyini bilməyən insan nə etməlidir?
Bu kəşf alimləri qorxutdu
Kıvanç Tatlıtuğ Bodrumda dincəlir-FOTO
Öncə xidmət, sonra ali təhsil
""Formula 1" yarışında 5 min dollarlıq bilet satışı kifayət qədər olub"
Venesuelaya meteorit düşdü
Qar yağacaq, külək əsəcək
Doldurulma toyuq budları (foto-resept)
Paşinyandan ŞOK ETİRAF: "Uzun illər səhv etmişik"
Vladimir Putin böyük tədbirə dəvət edilmədi
Yağışlı, qarlı, şaxtalı hava gəlir
"Titanik" yenidən hazırlanır-2022-ci ildə təhvil veriləcək
Sevgiyə ağlayan qadınlar
Dünyanın gözü yenə Bakıda oldu
Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]