- Yarışa maraq necədir, nə qədər bilet satılıb və daha çox hansı ölkələrin vətəndaşları Azərbaycana gələcək?
- Turistlərin sayı barədə hansısa statistik rəqəmlər varmı?
- Yarışın təhlükəsizlik məsələləri necə həll olunub? Nə qədər canlı qüvvə cəlb olunub?
- Bakıya hansı məşhur pilotlar gələcək?
- "Formula 1" yarışı Azərbaycana hansı siyasi və iqtisadi dividend gətirəcək?"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri NİGAR ARPADARAİ ilə bu və ya digər məsələlərə aydınlıq gətirib.SİTATLAR:
N.Arpadarai bildirib ki, artıq tikinti işləri yekunlaşmaq üzrədir: "Yarış üçün şəhər halqası 6 kilometrdir. Halqa mərkəzi küçələri əhatə edir. İnsanların həyatına mane olmamaq üçün son işlər iyunun 14-də, yollar bağlandıqdan sonra həyata keçiriləcək. Ümumilikdə, 9 tribuna var. Ən böyük tribuna Abşeron tribunasıdır, məhz bu tribuna pit binası
ilə üzbəüz yerləşir. İşlərin 95 faizi yekunlaşıb".
Onun sözlərinə görə, yarışa maraq böyükdür: "Formula 1" yarışında azarkeş kütləsi böyükdür. "Formula 1" bu mövsümdə 21 ölkədə keçirilir. Bilet satışına dekabr ayından başlamışıq. Biletlerin 50 faizini xarici vətəndaşlar, qalan 50 faizini isə Azərbaycan vətəndaşları alıb. İlk biletimiz ABŞ-dan alınıb. Son həftələr Azərbaycan vətəndaşlarının yarışa marağı artıb. Əsas bilet alan ölkələr arasında Rusiya, Böyük Britaniya, Ukrayna, Avropa və ərəb ölkələrinin adlarını çəkmək olar. Ümumilikdə, 37 ölkədən bilet alınıb. Kifayət qədər bilet alınıb. Elə tribunalar və mehmanxanalar var ki, artıq tam dolub. Hesab edirik ki, yaxın günlərdə biletlərin hamısı tam alınacaq".
N.Arpadarai vurğulayıb ki, yarış üçün biletin qiyməti 30 dollardan 600 dollar civarındadır. "Paddock-club" (VİP yerlər) üçün biletin qiyməti 5 min dollaradək olub: "Bu yeri "Formula 1"-in təşkilatçıları satır. 5 min dollarlıq bilet satışı kifayət qədər olub. Həm xarici, həm də Azərbaycan vətəndaşları olub. "Paddock-club" çox sevilən məkandır. Orada şirkətlər biznes danışıqları da aparırlar. 3 günlük bilet alan şəxs iyunun 16-dan "Formula 1" şəhərciyinə daxil ola biləcək. Həmin şəhərcikdə xüsusi əyləncələr olacaq. Pilotlardan avtoqraf götürə biləcəklər, kartinqlər olacaq. Bilet çərçivəsində Bakıda keçiriləcək 3 dünya ulduzunun konsertinə baxa biləcək".
N.Arpadarai qeyd edib ki, "Formula 1" yarışması miqyasına və TV auditoriyasına görə Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından sonra üçüncü yerdədir: "Lakin "Formula 1"-in özəlliyi odur ki, hər il keçirilir. Hər il yarım milyard insan "Formala 1"-i izləyir".
Onun sözlərinə görə, "Formula 1" yarışmasının Bakıda keçirilməsi Azərbaycan üçün təbliğat baxımdan çox gözəl fürsətdir: "Canlı yayımda Bakının mərkəzi küçələri göstəriləcək. Bu yarış Azərbaycanın təbliğatı baxımından çox gözəl fürsətdir. Dünyanın ən mötəbər kanallarında Bakı canlı göstəriləcək. Bizim model Sinqapur modelidir. Sinqapurda 8 ildir ki bu yarış keçirilir. Biz görürük ki, Sinqapurda sırf biznes modelidir. Yarış olan ərəfədə ölkədə iqtisadi cəhətdən çox böyük canlanma olur. Bakı da həmin modeli seçib. Dünyanının ən böyük brendləri "Formula 1"-in baş sponsorlarıdır. Onların nümayəndələri Bakıya gələcəklər. Bu da Bakıya investisiya axını deməkdir. Bu, Azərbaycana iqtisadi və siyasi cəhətdən çox böyük töhfə olacaq".
N.Arpadarai daha sonra qeyd edib ki, "Formula 1" yarışı zamanı bütün təhlükəsizlik tədbirləri görüləcək: "Təhlükəsizlik məsələləri bütün güc strukturları ilə birgə işlənilir. 5 min nəfər könüllü, 1300 nəfər marşal, 300-ə yaxın da komitənin işçisi və digər dövlət qurumlarının canlı qüvvəsi "Formula 1"-in işinə cəlb olunub".
O qeyd edib ki, bu mövsümdə iştirak edən bütün məşhur pilotların hamısı Bakı yarışında da olacaq: "Pilotlar martdan noyabradək 21 ölkədə yarışmada iştirak edirlər. Təxminən hər 10 gündən bir hansısa ölkədə olurlar. Həftəsonu Kanada Qran-prisindən sonra birbaşa Bakıya dönəcəklər. Yarışmanın səhəri günü isə Bakını tərk edəcəklər. Ona görə də məhz pilotlar üçün xüsusi proqram təşkil etmək mümkünsüzdür. Ancaq yarış zamanı Azərbaycanın təbliği üçün çadırlar qurulacaq".
Mənbə: Milli.AZ

XƏBƏR LENTİ
Qəlbinizdə hiss edəcəyiniz xoşbəxtliklər
Ən asan və arıqladan idmanlar
İnternetin haqqımızda bildikləri
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
Ağac və göbələkdən saat düzəltdilər-FOTO
Dərinizi təravətləndirən maskalar
Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı
Göbələyin faydaları
Evdar xanımlara bəzi məsləhətlər
Yeni “Kabus ovçuları”nın ilk treyleri təqdim olundu – VİDEO
"Instagram" çökdü
İnanılmaz və qəribə dostluqlar
Yay üçün dəbli ətəklər
77 kq arıqlayan qadın: "Kimsə inanmırdı, amma bunu etdim" - FOTO
Sağlam hamiləlik üçün 5 idman qaydası
Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı - RƏSMİ
Qurama (Dərs 4)
İdrak pozuntusu (conginitive disorder)
Məşhur aktyor qəzəbləndi-SƏBƏB-FOTO
Azərbaycanda dövlət qurumlarında çalışan bu işçilərin işə çıxması qadağan edildi - RƏSMİ
3 milyondan çox insana pis xəbər
Arnold Şvartsenegger koronavirusdan belə qorunur – VİDEO
Tarkan ikinci dəfə ata olmaq istəyir
Diz ağrıları üçün 3 idman hərəkəti
Novruz bayramınız mübarək!
Ərdoğan Putinə məktub göndərdi
Yeni Xiaomi smartfonları təqdim olundu
Keti Perridən şok etiraf
"Azərbaycanın NATO sammitində iştirakı...
Prezidentdən Elmira Süleymanova ilə bağlı SƏRƏNCAM
Təsirli Lamborghini Aventador
Prezident İlham Əliyev: "Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir"
"Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" artıq Bakıda
Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır”
"Nar bilərziyi" salatı (foto-resept)
Energetika Nazirliyinin strukturu təsdiq edildi
Susuzluq ağız qoxusuna səbəb olur
Öldü zənn etdilər - Dəfnindən sonra qayıtdı
Bədənimizdəki nəhəng fabrik
Azərbaycanda boşanmaların sayı açıqlandı
Utancaqlıqdan necə xilas olmaq olar?
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
Tərəvəzli dolma (foto resept)
Məşhur aktyorun davranışı görənləri TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanda dönərçilərə xəbərdarlıq
Mən dönə bilmərəm!
Zeytunlu çörək (foto resept)
Erkən doğulan körpələrin yaşamaq ehtimalı artır
Telefonlar üçün YENİ TƏHLÜKƏ - Batareyanı partladır
Əgər prezident olsaydım...(2)
