Qadin.NET / Qaqarinin paltarları, meteoritlər, 4 milyard yaşlı daş

Qaqarinin paltarları, meteoritlər, 4 milyard yaşlı daş

 

Qaqarinin paltarları, meteoritlər, 4 milyard yaşlı daş

Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin təşkil etdiyi  “Kosmosa səyahət” adlı sərgidə 100-dək eksponat nümayiş olunur. APA TV-nin məlumatına görə, sərginin eksponatları arasında kosmik stansiyaların maketləri, kosmosa aparılan və başqa planetlərdən gətirilmiş orijinal nümunələr, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavtların geyim və aksesuarları, meteoritlər və s. var. “Sərgidə nümayiş olunan bu daş parçası isə adı daş deyil. Bu, Mars və Yupiter planetləri arasındakı asteroid zolağından düşən bir meteoritdir. Namibiya səhrasından tapılan bu meteoritin dəyəri milyonlarla ölçülür. Qalaktikadan Yer kürəsinə gələn meteoritlərin sayı-hesabı yoxdur. Onlardan ən böyüyü isə sərgidə nümayiş olunan bu meteoritdir ki, bu da ABŞ-ın Kanzas ştatında tapılıb. Sərginin ən dəyərli eksponatı isə Aydan gətirilən “Apollo 15” adlı daş parçasıdır. Bu daşın yaşının 4 milyard il olduğu hesab edilir. Çəkisi isə 4,770 qramdır. Sərgidəki “Mir” kosmik stansiyasının, “Apollon-Soyuz” kosmik gəmisinin maketləri iştirakçıların diqqətini çəkib. ABŞ Kosmik və Raket Mərkəzinin icraçı direktoru Debora Barnhard bildirib ki, sərginin Heydər Əliyev Mərkəzində keçirilməsindən məmnundurlar: “Çünki burda hər cür şərait var. Sizə təqdim olunan nümunələr orijinaldır. Gələcəkdə təmsil etdiyim qurumun tərəfdaşlarından biri də Azərbaycan olacaq ”. 12 aprel 1961 ci il ilk dəfə insanın kosmosa uçduğu gun kimi tarixə düşüb. Hansı ki, bu tarixdə Yuri Qaqarin kosmosa uçub. Sərgidə numayiş olunan bu geyim də Yuri Qaqarinin geydiyi ilk kosmik formadır. Sonralar bu formaya bir sıra əlavələr olunub, digər şəxslər də geyinib. Sərgidə nümayiş olunan bu qidalar orda insanların nə ilə qidalandığını göstərir. Burda xüsusi tərkibli yeməklər var ki, fəzanın şəraitinə uyğundur. Bu qidaların üzərinə qaynar su tokməklə rahatlıqla qəbul edilir. ABŞ-ın istehsalı olan “Saturn 5” raketi dünyanın ən güclü kosmik raketi hesab olunub. Bu raket Verner For Braun tərəfindən hazırlanıb və on min funt hündürlüyə qalxmaq gücünə malikdir. Kosmosa uçan ilk həmyerlimiz kimi tarixə düşən Sovet İttifaqı qəhrəmanı Musa Manarov bunları deyib: “Mənim iki uçuşum olub. Birincisi bir il sürüb. İkincisi isə yarım il davam edib. Ona görə də təəssüratlarım haqqında çox uzun danışmaq olar. Əsas məsələ isə odur ki, həmişə bütün kosmonavtların da dediyi kimi birincisi dünyada heç bir sərhəd görünmür. Görünən odur ki, dünya bütün insanlara aiddir. İnsanlar hasarlar yaradıblar. İkincisi isə dünya kosmosdan çox gözəl görünür və bizi aldatmayıblar, həqiqətən dairəvidir”. 3500 kv metr sahədə təşkil olunan sərgidə 100-dək eksponat nümayiş olunur və sərgi 2014-cü ilin fevralın 23-dək davam edəcək.

Mənbə: Lent.Az

3 dekabr 2013
GO BACK