"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi mayın 6-da mötəbər yarışın yayım hüququna dair əlavə müqavilələr imzalayıb.
Milli.Az-a Əməliyyat Komitəsindən bildiriblər ki, bununla da IV İslam Həmrəyliyi Oyunlarının dörd qitəni əhatə edən 58 ölkədə yayımlanması təmin olunacaq. Asiya-Sakit Okean Ölkələri Yayım Birliyi (ABU) ilə əldə olunan razılaşma İran, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv adaları və Bruney tamaşaçılarına IV İslam Həmrəyliyi Oyunlarını izləmək imkanı verəcək.
"Bakı-2017", həmçinin Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanda da yayımlanacaq.
"Radio Televizionit Shqiptar" (RTSH) şirkəti ilə imzalanan müqavilə Albaniya tamaşaçılarına Oyunları izləmək imkanı verəcək.
Bu müqavilələr çərçivəsində yayım hüququna malik bütün şirkətlər mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımını, Oyunlar zamanı nümayiş etdirilən ən yaxşı idman göstəriciləri və medal uğrunda mübarizə məqamlarını xarakterizə edən bir saatlıq gündəlik icmal proqramı, futbol üzrə Türkiyə, Kamerun, Mərakeş, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandalarının mübarizə aparacağı bütün 16 yarışın canlı yayımı və Oyunlara dair iki saatlıq icmal proqramı nümayiş etdirə biləcəklər.
Müqavilələr bundan əvvəl Yaxın Şərq və Şimali Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və Oyunlara ev sahibliyi edən Azərbaycan ərazisində "Bakı-2017"ni yayımlamaq barədə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və AzTV ilə artıq mövcud olan müqavilələrin fonunda yer alır.
Yayım hüququna dair müqavilələr barədə danışan "Bakı-2017"nin əməliyyatlar üzrə rəhbəri Mayk Loynd deyib: "Biz "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının bu qədər böyük beynəlxalq auditoriyaya yayımlanacağından məmnunuq. Müqavilə dörd qitəni əhatə edən 58 ölkədə 1,3 milyard tamaşaçıya Oyunları seyr etmək imkanı verəcək. IV İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyasına (İHİF) üzv 57 ölkənin idmançılarını bir araya gətirərək, onlara bu möhtəşəm beynəlxalq idman tədbirinin bir parçasına çevrilmək şansını verəcək.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu tələbələr təhsil haqqından azaddır!
Kral ailələri Azərbaycana istirahətə gəldi
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Sağaldığınızı düşünərkən ölümə doğru gedirsiniz
Ancelinaya bənzəməyə çalışan Səhər boynunu qırdı-FOTO
İstehsal tarixindəki səhvlər
Yağlı saçlarla necə mübarizə aparmalı?
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
İran kapitalı Azərbaycana gələrsə...
Günün qoroskopu - 12.01.2014
Milli Məclisin təcili iclası çağrıldı
Azad Rəhimovdan İbrahimoviç açıqlaması
Hava haqqında
Yeni ideya tortu (foro resept)
Facebook pulsuz antivirus paylayır
Quzu qabırğa qızartması (foto resept)
Azərbaycanda prezident seçkilərində 87 ölkədən müşahidəçilər iştirak edəcək
Yuxusuzluq ürəyin düşmənidir.
Müalicəsi olmayan bəla
Qızılın qiyməti ucuzlaşdı
Cəbhədə erməni təxribatının qarşısı alındı
Ana evdə olmayanda
Uşaqlarda yerini islatma
17 yaşlı müğənni 2 milyonluq reklama çəkildi - FOTO
Emin yeni klipini təqdim etdi-VİDEO
Ev şəraitində alma sirkəsinin hazırlanması
Qarın əridən qidalar
Bütün dünya təyyarəni axtarır
İvana Sert sevgilisi ilə tətildə
Messidən möhtəşəm dönüş
Azərbaycana turist axını olacaq
Dünya mətbəxi - Yunanıstan
Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO
5:02 pəhrizi
Məşhurların ilk rol aldığı filmdən şəkillər
Monteneqro sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək
İt sahibinin cəsədini bir aydan çox qorudu
Sedanın 11 il əvvəlki fotosu bəyənilmədi
Kim deyir ki, qadın zəif məxluqdur?
Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər - VİDEO
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Ortodonti müalicə müddəti qısalır
Rayonlara gediş-gəlişin hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
Azərbaycanda xüsusi rejimə görə ərzaq mağazaları bağlanır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda həkimlər arasında daha çox cərrahların sayı artıb
Sərnişinlərə şad xəbər
Göz ətrafını gözəlləşdirən tövsiyələr
Müəllimləri sevindirəcək xəbəri NAZİR AÇIQLADI
Azərbaycanla AB arasında viza rejimi sadələşdiriləcək
İŞİD kürdləri bombalayır














